reklam
Regionxeberlericom.az » Sosial » Neftçalanın kəndinin bitməyən sosial problemləri - "Bizə torpaq, yol verin!"

reklam

Neftçalanın kəndinin bitməyən sosial problemləri - "Bizə torpaq, yol verin!"


Neftçala rayonunun Xolqaraqaşlı kəndində bu ilki bələdiyyə seçkiləri sosial problemlərin fonunda keçirilir...

Bu dəfəki seçkini isə digərlərindən fərqləndirən kənddə 17 illik bələdiyyə sədrinə və onun oğluna gənc bir qadının rəqib olmasıdır.

Kənd icmasından bələlədiyyə üzvü olmaq istəyən başqa qadınlar olsa da kənd sakinləri onların kimliyindən xəbərsizdirlər.

Əhalini ən çox maraqlandıran xaricdə təhsil almış, ənənəvi məmur obrazı olmayan bir qızın seçkiyə qatılmasıdır.

Vəfa Nağı bu il bələdiyyə üzvü seçilmək üçün Xolqaraqaşlı kəndindəki 33 namizəddən biridir.

Namizəd yeni olsa da onu gözləyən problemlər köhnədir və uzun illərdir ki, həllini gözləyir.

Vəfa Nağı deyir ki, səlahiyyəti olsa daha çox iş görə bilər.

Kənd sakinləri deyirlər ki, ən əsas problemləri yolun olmamasıdır.

Kənd sakinlərindən bəziləri isə yolsuzluqla yanaşı, başqa sosial məsələlərin də olduğunu deyiblər.

BBC News Azərbaycancaya kənd bələdiyyəsinin fəaliyyətsizliyindən şikayətlənən əhali sədrin şəxsi məqsədlərini güddüyünü deyib.

Amma bələdiyyə sədrinin fəaliyyətini müdafiə edənlər də var.

Elə kəndin bələdiyyə sədri "Əlibala Səlimovun" adını daşıyan məscidin təsərrüfat müdiri deyi ki, məscidin bütün fəaliyyəti Əlibala Səlimovdan asılıdır.

Kənd sakinlərinin ittihamlarını qəbu etməyən 17 illik bələdiyyə sədri deyir ki, onun seçkiyə qatılmaq üçün hüququ var.

Bələdiyyə sədrinin sözlərinə görə, oğlu Özal Səlimov da seçkidə ona rəqib olacaq, ancaq ikisindən biri seçilə bilər.

O, ailəsindən başqa kiminsə və qohumlarının seçkiyə qatılması iddialarının isə əsassız olduğunu deyib.

Əlibala Səlimov haqqında səslənən ittihamlara cavab olaraq deyib ki, kəndin örüş yerləri heç kimə icarəyə verilməyib.

Onun sözlərinə görə, bələdiyyənin büdcəsinə ildə 7-8 min manat vəsait daxil olur ki, onu da kənd arası yollara, şəhid məzarının hazırlanmasına və sosial müdafiə fonduna ödənişlərə sərf edib.

Bələdiyyə sədri deyir ki, o və digər bələdiyyə üzvləri vəzifə maaşı almırlar, buna vəsait çatmır.

Ancaq Əlibala Səlimov iddia edir ki, o, fermer təsərrüfatından qazandığı vəsaiti hesabına məscid tikdirib və ona öz adını verdirib.

O bildirib ki, sakinlərin pay torpağından 58 hektar icarəyə götürüb və öz yaratdığı "Muğan-2017" fermer təsərrüfatını idarə edir.

Bələdiyyə sədri kimi səlahiyyət sahibi olmasını və eyni zamanda, həmin ərazidə sahibkar kimi çalışmasını isə ziddiyyətli hesab etmir.

Əlibala Səlimov bələdiyyənin balansında olan torpaqları icarəyə verdiyini və ondan gələn gəlirin cari işlərə xərcləndiyini deyib.

Seçkilərə gəldikdə isə Əlibala Səlimov bildirib ki, oğlu ilə bərabər seçkiyə qatılan gənclərə uğurlar diləyir.

Amma Bələdiyyənin binası qarşısındakı lövhədən namizəd Vəfa Nağının seçki plakatı cırılıb.

Neftçala rayon İcra Hakimiyyətindən isə bildirdilər ki, Xolqaraqaşlı-Xəzərkənd avtomobil yolunun 2020-ci ilin sonunda təmiri dövlət proqramına salınıb.

Bundan əvvəl yolu təmir edən şirkətin işi düzgün aparmaması ittihamı ilə isə rəsmi qurumdan razılaşmadılar.

İcra Hakimiyyətinin sözçüsü Vüqar Nağıyev bildirib ki, yolun təhlükəsizlik zolağına düzgün nəzarət olunmayıb və yol kənarında olan gölməçələrdəki su və yoldan keçən ağır yüklü maşınlar yolu sıradan çıxarıb.

61 saylı Neftçala seçki dairəsinin sədri Şaiq Məmmədov BBC News Azərbaycancaya deyib ki, namizəd Vəfa Nağının seçki plakatının cırılması haqqında məlumatlıdırlar.

Plakatın qorunması məsələsində isə əllərindən bir iş gəlmir, "gecə seçki məntəqəsi bağlandıqdan sonra belə hallar ola bilər" qurumdan bildirilib.

Şaiq Məmmədov onu da deyib ki, hazırda Xolqaraqaşlı kənd bələdiyyəsinə 31 namizəd var və bir neçə gün əvvəl iki nəfər namizədliyini geri götürüb.

Namizədliyini geri götürülənlərdən biri hazırkı bələdiyyə sədrinin oğlu Özal Səlimovdur, qurumdan bildirilib. (bbc.com)



Paylaş:


Müəllif : Tarix:
20-12-2019, 10:33
Sikayət   


loading...
Загрузка...