“Şərurlu İsfəndiyar” dul qadının mənzilinə göz dikib, fırıldaq yoluyla ələ keçirir - OLİQARX ÖZ QARDAŞININ İMZASINI SAXTA HESAB EDİR...
“Şərurlu İsfəndiyar” kimi tanınan qalmaqallı tikinti maqnatı İsfəndiyar Axundov Bakı Dövlət Universitetinin keçmiş müəllimi Rəna Quraşlının 10 il əvvəl pulunu ödəyib aldığı mənzilini faktiki qəsb edir. Adı az qala hər həftə hansısa tikinti dələduzluğunda hallanan “Şərurlu İsfəndiyar”ın növbəti
qurbanı olan bu qadın başına gələnləri danışıb.
Rəna Qaraşlı deyir ki, 10 ildən artıqdır ki, pulunu ödəyib aldığı şəxsi mənzilində rahat yaşaya bilmir. Virtualaz.org-un redaksiyasına üz tutan Bakı Dövlət Universitetinin keçmiş müəllimi deyir ki, “Şərur” MTK-nın podratçı şirkəti olan “Vedi-E” MMC-dən pulunu ödəyib aldığı mənzilə görə illərini və sağlamlığını itirib.
Şikayətçinin sözlərinə görə, 2008-ci ildə “Şərur” MTK-nın podratçısı olan “Vedi-E” MMC-nin sədri Qoşun Rəhimovdan Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində həmin şirkət tərəfindən inşa edilən çoxmərtəbəli binadan 62 min 100 manata iki otaqlı mənzil alıb. Binanın tikintisinin sifarişçisi Şərurlu İsfəndiyarın qardaşı İmran Axundovun rəhbər olduğu “Safari-N” MMC idi. Həmin vaxt mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışı və tərəflər arasında alqı-satqı müqaviləsi imzalanıb. İmran Axundov sənədlərin üstünə “əsli ilə düzdür” qeydini yazıb və öz imzası ilə təsdiq edib.
Amma təxminən dörd il sonra ona həmin mənzilin başqasına məxsus olduğunu deyiblər, məhkəmə iddiası qaldırıblar. Nəticədə R.Quraşova 2012-ci ildən məhkəmələrdə süründürülür. R. Quraşova deyir ki, ona qarşı maliyyə arayışı və müqaviləsinin etibarsız olması ilə bağlı iddia qaldıraraq mənzilini ələ keçirmək istəyirlər.
“Aldığım mənzil ”Şərurlu İsfəndiyar”ın qurduğu sxemlər üzrə yaratdığı MMC-lərdən birinin tikdiyi binada yerləşir. Bu MMC-lərdən mənzil alan insanlar İsfəndiyarın göstərişi ilə, onun “əlaltıları” vasitəsilə məhkəməyə verilir, evləri ələ keçirilir və həyatları məhv edilir. 2012-ci ildən bəri mən də ayrı-ayrı məhkəmələrə, o cümlədən, mənim şikayətlərim əsasında əvvəlcə Daxili İşlər Nazirliyində, sonra Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaqlara çağırılmışam. Uzun müddət gedən məhkəmə və istintaqlarda mənzilin mənə satılması sübuta yetirilib, ekspertizada sənədlərin saxta olmadığı təsdiqlənib. Buna görə “Vedi-E” MMC-nin direktoruna cinayət işi açılıb və həbs olunub. Lakin Şərurlu İsfəndiyar və onun qardaşı məndən əl çəkmirlər”,-qadın deyir.
Şikayətçi deyir ki, 2012-ci ildən etibarən Nəsimi Rayon Məhkəməsi, Ali Məhkəmənin Mülki Kollegiyası, Bakı Apellyasiya Məhkəməsi, Yasamal Rayon Məhkəməsi onun xeyrinə qətnamə və qərardadlar qəbul edib. Amma bu qərardadlar və qətnamələr icra edilməyib. Nəhayət Rəna Quraşlı 2017-ci ildə ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qəbulunda olub.
Bu qəbuldan sonra öz mənzilinə köçə bilib: “Doğrudur, mənzilimə polis əməkdaşlarının müşayiəti ilə köçdüm, amma bir il məni bu MTK işıqsız, susuz qoydu. Mənzilimin işığını və suyunu kəsdiklərindən axşamlar şam işığında otururdum, bütün qışı soyuqdan dondum. Qonşularım, qohumlarım bizə su daşıyırdılar. Hətta binada işləyən fəhlələr də qaldığım mənzilə - 10-cu mərtəbəyə su gətiridilər. Xəstəlik tapdım, iş qabiliyyətimi itirdim...
İndiyə qədər bütün məhkəmələr mənim xeyrimə qərar çıxarıblar. Düşünürdüm ki, məsələ həll olundu, rahat yaşaya bilərəm, indi də mənə qarşı başqa bir iddia qaldırıblar”.
Şikayətçi deyir ki, hazırda Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsinin tələbi ilə Ali Məhkəmənin Mülki Kollegiyasının qarşısında 2012-ci ildən adı məhkəmələrdə heç yanda çəkilməyən Tofiq Balayev adlı şəxsin adından iddia qaldırılıb.
“Guya ki, mənim mənzilim əvvəlcə Tofiq Balayev adlı bu şəxsə satılıb. Bu şəxsin indiyə qədər olan məhkəmələrdə adı çəkilməyib, mənimlə heç bir mənzil problemi olmayıb, hətta üzünün belə görməmişəm. Əgər bu mənzil onundursa, niyə 10 il ərzində bir dəfə gəlib qapını döyməyib, mənzil tələb etməyib. Mən getdim, axtardım, araşdırdım, məlum oldu ki, bu şəxs “Şərurlu İsfəndiyar”ın şirkətində “KamAZ” sürücüsüdür. Özünü görə bilmədim, tanışları, qonşuları dedilər ki, onun heç mənzil iddiasından xəbəri yoxdur, yazıq, bədbəxt bir şəxsdir. Aldadıb pul təklif edib lazımi sənədlərə imza atdırıblar. Heç məhkəməyə də özü gəlmir, Şərurlu İsfəndiyarın vəkili Şahbar Kərimov onun adından prosesdə iştirak edir. Bu şəxsi İsfəndiyar öz oyununa cəlb edib, birinci fırıldaq baş tutmayıb, fikirləşir ki, bəlkə ikinci fırıldaq baş tutar, mənzilimi əlimdən alar”, - şikayətçi deyir.
R. Quraşovanın sözlərinə görə, dekabrın 25-də Ali Məhkəmənin hakimi Elşanə Vəliyevanın sədrliyi ilə növbəti məhkəmə iclası keçiriləcək. Məhkəmə bildirişində iclasda vəkillə birgə iştirak etməli olduğu qeyd olunsa da, imkansızlıqdan vəkil tuta bilmir: “40 ildən artıq müəllim işləmişəm, hazırda təqaüddə olduğumdan maddi imkanım yaxşı deyil. Vəkillə müqavilə bağlaya bilmirəm. Hüquqlarımı yalnız özüm qoruya bilərəm. Ümid edirəm ki, bu məhkəmə də işə düzgün baxacaq və ədalətli qərar çıxarılacaq”.
Qeyd edək ki, “Şərurlu İsfəndiyar”ın adı dəfələrlə bu kimi mənzil dələduzluğunda hallanıb. Məsələn, 2019-cu ilin martında Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələrinin zabiti, 2016-cı il aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı bu tikinti maqnatının fırıldağı ilə üzləşmişdi. Belə ki, şəhid zabit sağlığında “Kamran” MMC adlı tikinti şirkətindən mənzil sahəsi alıb. Bu şirkətin sahibi sonradan tikintini yarımçıq qoyub, bir mənzili bir neçə adama satdığı üzə çıxıb və həbs olunub. Tikintini “Şərurlu İsfəndiyar”ın şirkəti davam etdirib və sonradan zabitin həyat yoldaşının ödəmə sənədlərini “etibarsız” sayaraq mənzilin dəyərini yenidən ödəməyi tələb etmişdi. Bu məsələ ciddi ictimai rezonansa səbəb oldu və Heydər Əliyev Fondu işə qarışdı, Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə şəhid zabitin ailəsinə yeni mənzil verildi.
Virtualaz.org
Paylaş:
Müəllif : Yazar
Tarix:19-12-2019, 11:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-12-2019, 11:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11