Aqrar Universitetdə nələr baş verir? - QALMAQAL
Bir müddət bundan əvvəl aktualxeber.az saytında Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti ilə bağlı bir neçə tənqidi məqalə dərc etmişdik. Redaksiyamıza ADAU ilə bağlı yeni məlumatlar daxil olub. Belə ki, bu yaxınlarda Baytarlıq təbabəti və Zoomühəndislik fakultəsi dekan seçkilərinə hazırlaşır. Seçkilərə qısa zaman qalsa da, fakultənin ayrı-ayrı kafedra və müəllimləri prosesin gedişatından narazıdır. Rektorluq tərəfindən elan edilən dekanlıq seçkisinə süni maneə və təzyiqlər var. Şəxsən rektor İbrahim Cəfərovun özünün istəyilə bu vacib seçkinin adi təyinata çevrilməsi cəhdləri müşahidə olunur. Rektor universitetdə dekan seçkisində şəffaflığı və ədaləti təmin etmək əvəzinə, birokratik əngəllərlə fakultədə çalışan professor-müəllim heyəti arasında seçmək və seçilmək azadlığını buxovlayaraq boğur. Əslində bu boğulma ölkənin yeganə aqrar təhsil ocağında axsayan tədrisin növbəti çılpaq nümunəsidir. Rektor öz adamını asan yolla deyilən fakültəyə dekan təyin etmək üçün artıq tam hərəkətə keçib. O, bu yaxınlarda dekanlıq seçkisinə ən şanslı namizəd olan dosent, Mikrobiologiya və parazitologiya kafedrasının müdiri Zahir Ələsgərovu yanına çağırıb, namizədliyini geri götürməyə məcbur edib. Kollektiv və tələbələr yanında kifayət qədər nüfuzu olan Z.Ələsgərov da şansına küsərək rektorun şərtini icra etməyə aciz qalıb. Ardından da, rektorun özünün təkidlə fakültə dekanlığına irəli sürdüyü namizədin kimliyi xeyli maraq və təəccüb oyadıb. Belə ki, rektor Universitetdə və fakültədə şəxsi keyfiyyətləri və nüfuzu mübahisələr doğuran bir professora – Famil Nəsibova dekanlıq yolunda öz yaşıl işığını yandırıb. Baş tutacaq dekan seçkilərindən sevinmək əvəzinə, xeyli narahatlıq keçirən fakültədə əksər seçici Famil Nəsibovun namizədliyinin irəli sürüldüyündən narazıdır. İkrah doğuran və rektorluğun özbaşınalığını ehtiva edən ilk və ən diqqətçəkici hal isə professor F.Nəsibovun seçkiyə alternativsiz atılmasıdır. Rektorluq bu adamı favorit edərək fakültəyə rəqabətsizlik bəxş edib. Təsəvvür edin ki, başqa hansısa namizədi olmayan və ya alternativ imkanlar tanımayan bir fakültə ya Famil Nəsibova səs verməli, ya da yeganə namizədi seçməli olacaq. Bu situasiya adi məntiqlə də rektorun birbaşa dekan təyinatından elə də fərqlənmir.
Dekanlığın bir addımlığındakı adıçəkilən professorun dosyesi nöqsanlarla, töhmət və qüsurlarla, illərlə daşıdığı vəzifədə qeyri-səmimi davranışlarla xeyli zəngindir. Xatırlayırsınızsa, Famil Nəsibov adı 2016-cı ilin 8 avqustunda sabiq Kənd Təsərrüfatı naziri Heydər Əsədovun təşkil etdiyi kollegiya iclasında yarıtmaz fəaliyyəti ucbatından işdən qovulmuş alim – korrupsioner və özbaşına bir direktor kimi yaddaqalan olub. Həmin illərdə KTN-in Heyvandarlıq Elmi-Tədiqiqat İnstitunu ağlar günə qoymuş, dələduz qohum-əqrəbasını başına yığaraq korrupsiya burulğanı yaratmış, nazirinin etimadına xəyanət edərək daşıdığı məsul vəzifədən sui-istifadə etmiş birinin indi aqrar təhsil ocağında dekanlığa əvəzedilməz aday kimi irəli çəkilməsi sizcə nə deməkdir? Sosial şəbəkədə abiturientlərə Gəlin ADAU-ya – baytar olun!- deyə çağırış edən rektor bu cür zərərli iş üslublu alimi dekan təyin edərək gələcəkdə baytar mütəxəssislər hazırlamağı biz bilmədiyimiz hansı məntiqlərlə hədəfləyir ki? Axı, ötən tədris ilinin sonunda Famil Nəsibovun həm də qeyri-etik hərəkətləri ucbatından kafedranın iki xanım əməkdaşı işindən olub və bunu İbrahim Cəfərovun gözləri önündə ediblər! Əslində, ADAU rektoru bunca mənfi reputasiyaya sahib olan alimə həmişə kömək əli uzadıb. Rektor sabiq nazirin iradəsinin əksinə, korrupsiya və digər cinayət əməllərində məsuliyyətə cəlb edilən Famil Nəsibovu Yoluxmayan xəstəliklər kafedrasında müəllim saxlayaraq, qısa zaman sonra həmin kafedranın bölgüsündən törəyən ayrıca kafedraya müdir təyin etdirib ki, bununla da rektor ADAU-da mütəxəssis hazırlığının qayğısını çəkib deyə bilmirik. İndi isə F.Nəsibovu dekanlıqla taclandırmaq istəyi rektor İbrahim Cəfərovda hansı maraqlardan qaynaqlanır, deyə bilmərik.Onsuz da zaman-zaman eşidirik ki, universitetlərdə rektorun istəyi kimədirsə, o da dekan seçilə və ya kafedra müdiri ola bilir. Formallıqda normal seçkiyə dayanan proses isə ifşadan heç də sığortalanmayıb. Məncə, yuxarıdakı yazılanlar – ADAU-da qeyri-şəffaf dekanlıq seçimlərinin ifşası ola, qarşısı alınmaqla növbəti dekanlıq və digər seçkili vəzifələrin formalaşmasına stimullaşdırıcı amil ola bilər… Ümidvaram ki, ölkə başçısının yüksək etimad və inamına sığınaraq nazir adı daşıyan cənab İnam Kərimov və ölkənin Təhsil Nazirliyi ADAU-ya diqqət ayıracaq, hazırda rektorun diqtəsilə universitetin Baytarlıq təbabəti və Zoomühəndislik fakultəsinə kimin dekan təyin ediləcəyini aydınlaşdıraraq biabırçılığı durduracaqlar. Bunun üçün isə KT naziri sələfi Heydər Əsədovun imzaladığı 08.08.2016-cı il tarixli kollegiya qərarında yarıtmaz sabiq direktor Famil Nəsibov barədə yazılan sətirləri oxumaq, nəticə hissəsi ilə tanış olmaq kifayətdir. Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.
XalqXeber.Az
Paylaş:
Müəllif : Yazar
Tarix:13-12-2019, 10:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-12-2019, 10:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11