Şəkidə narazılığı kimlər yaradır? - GİLEY
Şəkidə ət qıtlığı yaranıb. Buna rayondakı qəssabların tətil etməsi səbəb olub. Onlar bütün rayon üzrə ət kəsiminin bir sallaqxanaya yönəldilməsinə etiraz edirlər.
Burada bir kiçikbuynuzlu heyvanın kəsilməsinin qiyməti 10 manata, iribuynuzlu heyvanın kəsilməsi 25-30 manata başa gəlir. Bura baytarın da pulu daxildir. Yəni, xərclər təxminən iki dəfə artırılır. Bundan əlavə, heyvan kəsimi imkanları məhdudlaşdırılıb.
Rayonun tələbatı gün ərzində 100-150 qoyun, 20-30 iribuynuzlu heyvandır. Yeni sallaqxana çox kiçikdir, bu qədər heyvanı kəsməyə imkan yoxdur.
Hakimiyyət qıtlığı ört-basdır etmək üçün martın 29-da Şəkinin kənarında yarmarkada ət satışını təşkil edib. Lakin orada kəl ətindən başqa digər ət növləri yoxdur.
Qəssabların Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə danışıqları uğursuz olub. Agentlik bəzi qəssabların standartlara cavab verən şəxsi sallaqxanalarda da heyvan kəsməsinə icazə vermir.
Həmçinin bildirilir ki, rayonun kəndlərində də narazılıq baş qaldırıb, çünki sakinləri rayon mərkəzinə həmin sallaqxanaya getməyə məcbur edirlər.
Qəssablar ötən ilin iyulunda da tətil etmişdilər. Lakin o zaman bu, qısamüddətli olmuşdu və məsələ müvəqqəti olaraq həll edilmişdi
Paylaş:
Müəllif : Yazar
Tarix:1-04-2019, 10:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-04-2019, 10:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11