Müsavat Partiyasinin "mühacir" biznesiylə bağlı YENİ DETALLAR — Rauf Arifoğluda HANSI FAKTLAR VAR?
Müsavat Partiyasının saxta mühacir və sənəd alveri məsələsi getdikcə daha da dərinləşməkdədir. Bu məsələ partiya daxilində əməlli-başlı iri çaxnaşma yaradıb. Tərəflər bir-birini ittiham etməkdədir. İstər öncə Avropaya mühacirət edən, istərsə də burada qalan partiyanın tanınmış simaları təşkilatın sədri Arif Hacılı və onun ətrafındakıları saxta səndə alverində kəskin şəkildə ittiham edirlər. Səslənən ittihamlar bir daha onu deməyə əsas verir ki, son 20 ildən artıq müddətdə müxalifət partiyalarının, xüsusən də Müsavat və AXCP-nin rəhbərliyinin əsas fəaliyyət istiqaməti “mühacir” ixracı biznesi olub və onlar bunun sayəsində özlərinə əməlli-başlı şərait qurublar. Əks təqdirdə üzvlük haqqı və ianələrlə Müsavat və AXCP rəhbərliyi özlərinə belə dəbdəbəli həyat şəraiti qura bilməzdilər. Saxta sənəd alveri və mühacir ixracı ilə bağı səslənən ittihamlardan bəlli olur ki, onlar Müsavat Partiyasının saxta sənədini sanballı qiymətlərə satıblar. Avropaya mühacirət edən şəxslərin dediyinə görə Müsavat Partiyasının vəsiqəsini əldə etmək və lazımı sənədləri toplamaq üçün ən azı 1500 manat ödəyiblər. Bu qiymətin deyildiyindən bir neçə dəfə çox olması da səslənir.
Bütün bunlarla bağlı Elnur Aydın oğlu Mirzəyevi partiya rəhbərliyinə qarşı ünvanladığı bəyanatla bağlı deyilir:
"Avropada olan mühacirlərdən Elnur Aydın oğlu Mirzəyevin adından Belçika ölkəsinin Miqrasiya İdarəsinə təqdim edilən Müsavat Partiyasının vəsiqəsinin, arayışın və “Elnur Mirzəyev barədə” sənədin Müsavat Partiyasına göndərilmiş surətləri tərəfimizdən araşdırılıb və saxta olduğu təsdiqlənib. Müsavat Partiyası tərəfindən E.Mirzəyevin adına verilməsi iddia edilən Müsavat Partiyasının 1216 saylı vəsiqəsi Müsavat Partiyasına məxsus deyil və saxtadır. Müsavat Partiyası tərəfindən verildiyi iddia olunan 10 noyabr 2014-cü il tarixli 92 saylı arayış partiyanın son illərdə istifadə etdiyi xüsusi blankda yazılmayıb, Müsavat Partiyası başqanının müavini kimi mənim adım və soyadım göstərilsə də, mənə məxsus imza və partiyanın möhürü saxtalaşdırılıb”- sənəddə deyilir.
E. Mirzəyaev buna cavab olaraq mətbuata açıqlamasında partiyanın onu aldatdığını iddia edib: “Mən partiyaya yazılan gün rəhbərliyə demişdim ki, burdan getmək ehtimalım var. Partiyaya üzv olmaq üçün külli miqdarda pul vermişəm. Konkret rəqəm lazımdırsa, deyim, 1800 manat. Bu hadisə 2011-ci ildə olub. Amma vəsiqəni köhnə tarixlə - 2008-ci ilə verdilər ki, inandırıcı olsun. Özləri də mənə dedilər ki, 2011-ci ilin noyabr ayındakı mitinqlərdə iştirak elə, şəkillərin olsun. O halda mühacirət statusu almağın daha asan olacaq. Onlar özləri orda ticarətlə məşğuldular. Maskaları cırılanda isə məni güdaza vermək istədilər”.
E.Mirzəyev həmçinin Gülağa Aslanlı tərəfindən yayılan və saxta kimi təqdim edilən iki arayışı elə onun özündən aldığını və bu sənədlərin hər birinə 300 manat ödədiyini bildirib. O əlavə edib ki, lazım olsa sübutları da təqdim edəcəyəm: “ Mesajlar, facebook yazışmaları, vatsap yazışmaları var əlimdə”.
E.Mirzəyev onu da əlavə edib ki, Müsavatda saxta sənəd alveri ilə məşğul olanların maskasını cıracaq: “Hamı bilir ki, 6-7 ildir Müsavat Partiyası bu alverlə məşğuldur. Sadəcə, indi işləri üzə çıxdı, məni qurban etdilər. Mənsə bu məsələni belə qoymayacam”. Bu hələ alman polisinin Müsavat Partiyasının üzvlərini həbs etməmişdən öncə baş verən hadisədir. Hələ o zaman belə həyəcan təbilləri çalınıb.
Avropada yaşayan gənc fəal Nahid Cəfərov da məsəəə ilə bağlı həyəcan təbili çalıb. Onun sözlərinə görə, düz 2 il bundan öncə Müsavatda sənəd alveri ilə bağlı Meydan TV-də yazısı gedib. “Həmin yazıdan sonra bütün Müsavat heyəti düşdü üstümə və məndən sübut tələb etdilər. Sübutları ara-sıra bəzilərinə göndərdim. Daha sonra Laçın Məmişov çıxdı və sənədli, şahidli faktlar qoydu ortaya. Şahid Rəşad adlı birisi efirə çıxdı və zərərçəkmiş kimi çıxış etdi. Mehdi Xəlilbəyli adlı birisinin onu necə aldatdığını və Musavatdan sənədi pulla necə aldığını efirdən səsləndirdi. Müsavat yenə də sübut tələb etdi”.
Müsavat başqanlığına namizəd olmuş Tofiq Yaqublu da baş verən hadisələrlə bağlı Müsavat rəhbərliyini ciddi ittiham edib. O sosial şəbəkə hesabında partiya başqanı Arif Hacılının ünvanına sərt ittihamlar səsləndirib:
"AKM və saxta arayışlar haqqında. 2016-cı ildən partiya rəhbərliyindən mühacirlərə verilmiş arayışlarla tanış olmaq üçün imkan yaradılmasını tələb etmişəm, ancaq buna imkan verilməyib. Hörmətli başqan Arif Hacılı canlı yayımların birində dedi ki, partiya üzvü yazılı ərizə ilə müraciət etsə, ona həmin arayışlarla tanış olmaq imkanı yaradılacaq. Bundan dərhal sonra Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının adına bir ərizə də yazdım, lakin heç xeyri olmadı və bildirilən 197 arayışla tanış olmaq imkanı yaradılmadı. Divan üzvü, başqan müavini olmağım da yetərli olmadı. Baxın, hüququm ola-ola və partiyanın da mənə həmin şəraiti yaratmasına borclu olmasına baxmayaraq, 3 il ərzində həmin arayışları mənə göstərmədilər, amma canlı yayımda səsləndirdiyim fikirdən yapışaraq, elə ertəsi günü məndə olan sübutları onlara təqdim etməyi tələb edirlər. Bilə-bilə ki, mənim həmin sübutu lazım bildiyim qədər özümdə saxlamaq və mənbəyini aşkarlamamaq hüququm var. Heç narahat olmayın, özüm münasib bildiyim şəkildə və şəraitdə nə lazımdırsa açıqlayacam. Siz hələ ortada olan suallara cavab verin. AKM haqqında da bir neçə kəlmə deyim. AKM Müsavat Partiyasının strukturudur, onun rəhbərliyinin təşkilatçılığı və tapşırığı əsasında yaradılıb. Nizamnaməsi partiyada hazırlanıb və təşkilatın yaradılması prosesi Divanın nəzarətində olub. Bu illər ərzində Bakıdan idarə olunub. Sadəcə olaraq, rəsmi qeydiyyatdan keçən zaman Almaniya qanunlarının onu partiyanın Avropa strukturu kimi qeydə alınmasına imkan vermədiyinə görə QHT kimi qeydiyyatdan keçirməyə məcbur oldular. İndi də bu QHT faktorundan yapışaraq, AKM-in Müsavat Partiyasına aidiyyatlı olmadığını deyirlər. Sanki biri pulunu verib ev alıb, uzun müddətdir ki içində yaşayır və hansı səbəbdənsə onu öz adına rəsmiləşdirə bilməyib yaxın qohumunun adına yazdırıb. Ortaya problem çıxanda da evin ona aid olmadığını deyir".
Bu və digər şəxslərin səsləndirdiyi fikirlər partiyada ciddi çalxalanma yaradıb. Artıq bu işdə biləvasitə əli olan və saxta sənədlərin hazırlanmasında müstəsna rolu olan Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı onların ünvanına səslənən ittihamları hər vəchlə rədd edib. Müsavat rəhbərliyi özünü təmizə çıxarmaq üçün hətta belə ittihamla çıxış edənləri məhkəmə ilə hədələmə yolunu seçiblər. Buna misal olaraq biz Gülağa Aslanlını Almaniyada yaşayan azərbaycanlı mühacir, keçmiş jurnalist Yafəz Həsənovu məhkəməyə vermə faktını çəkə bilərik. Hansı ki, Yafəz Həsənov “mühacir alveri”ndə adı keçən Müsavat Partiyası rəhbər şəxslərinin və funksionerlərinin siyahısını açıqlayıb.
Bu barədə öz Faceook hesabında məlumat verən Gülağa Aslanlı deyib ki, şər və böhtana görə jurnalisti məhkəməyə verir və son tamamlanma işləri gedir.
Gülağa Aslanlı qeyd edib ki, məhkəmənin qərarı olmadan qaldırılan iddialar, atılan böhtanlar elə iddia və böhtan olaraq qalır.
Aparat rəhbəri növbəti addımda hətta Almaniya Məhkəməsinə müraciət edəcəyini bildirib.
Ancaq bu batan gəmini xilas etməyə bənzəyir. G.Aslanlı unudur ki, belə faktlar 3-5 deyil, onlarla və yüzlərlədir. Hətta bu barədə Müsavat Partiyasının rəhbərliyində təmsil olunan “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu da saxta sənəd məsələsi ilə bağlı əlində yetərincə sənədin olduğunu bəyan edib. R.Arifoğlu mediaya açıqlamasında bəyan edib ki, lazım gəldiyi məqamda həmin sənədlər araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim oluna bilər.
Bütün bunlar onu deməyə əsas verir ki, Müsavat və digər müxalifət partiyalarının məqsədi təmsil olduqları partiyalaırn məram və proqramından öz biznes imperiyalarını yaratmaq üçün istifadə ediblər. Keçirdikləri aksiyalar, hökumətə qarşı sərt fəaliyyətləri də ancaq bu bizneslərinin daha da inkişaf etdirilməsinə xidmət edib.
Ölkə.Az
Paylaş:
Müəllif : Yazar
Tarix:12-12-2019, 15:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-12-2019, 15:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01