Şərurda Mübariz Pənəhovla İsfəndiyar Axundov arasında hansı qalmaqal olub? - İDDİA
Tanınmış jurnalist Məhəmmədəli Qəribli öz “Facebook” hesabında hazırda gündəmin əsas mövzusu olan iş adamı İsfəndiyar Axundovla bağlı mövzuya münasibətini açıqlayıb. Jurnalist qələmə aldığı yazıda adı daima qalmaqallarda hallanan iş adamının məhz “Şərurlu” kimi təqdim edilməsinə etiraz edir. Sonra Məhəmmədəli Qəribli 90-cı illərdə “Laba” ləqəbli Mübariz Pənəhovla İsfəndiyar Axundov arasında yaşanan bir qalmaqalla bağlı da qeydlərini edib. Yazının böyük maraq doğurduğunu nəzərə aldığımız üçün, həmin paylaşımı olduğu kimi təqdim edirik:
“İsfəndiyar Axundov əslən Şərur rayonunun Siyaqut kəndindəndir. Özü müsahibəsində deyir ki, həmin kəndə Qərbi Azərbaycandan köçüblər. İsfəndiyar bildirir ki, heç vaxt adının “Şərurlu İsfəndiyar” kimi çəkilməsində maraqlı olmayıb. Bəlkə də indi bu onun üçün böyük əhəmiyyət kəsb etmir. Amma gəlin etiraf edək ki, 90-cı illərin əvvəllərində regional amilin böyük rolu vardı.
Həmin vaxtlar bizim tələbəlik illərimizə təsadüf edib. Bir dəfə əslən Gədəbəydən olan bir dostumuzdan başqa bir gədəbəyli dostumuzu soruşdum. Dedi ki, kül onun başına, camaat ingilis dili öyrənir, bu da Naxçıvan ləhçəsində danışmağı öyrənir ki, işləri xod getsin. Belə tendesiyanın həqiqətən olduğunu həmin zamanlara bələd olanlar inkar etməz. İsfəndiyar müəllim özünə “Şərurlu” ləqəbin məhz həmin dönəmlərdə götürüb.
Əminəm ki, həmin ləqəbin ona böyük faydası da dəyib. Ən azı “diş atmaq” istəyənlər məlum ada görə iş adamından nə vaxtsa bir qədər ehtiyat da ediblər. Elə bu axarla da İsfəndiyar müəllim varlı bir adama çevrilib. Özü deyir ki, yazıb, oxumağı bacarmır. Yəni onun savadına görə bu varidada sahib olması versiyası da özünü qüvvədən salmış olur. Bəs İsfındiyar müəllim necə, həmin ada etiramını göstərə bilibmi?
Qonşu kənddən olsaq da, onu yaxından tanımıram. Bəlkə də insan kimi pis adam da deyil. Şəxsən mənə nə yaxşılığı keçib, nə də pisliyi. Amma mən jurnalistikada olandan bu iş adamının adının yalnız mənfi divident gətirən olaylarda hallandığının şahidi olmuşam. Kim inanmırsa, axtarış sistemlərində bir “Şərurlu İsfəndiyar” yazıb baxsın. Axı bu məlumatların hamısı qərəzli ola bilməz. Çox təəccüblüdür, məgər bu adam bir xeyrhaq əmələ imza atmır?
Tanıyanlar deyir ki, belə jestləri də az olmayıb. Maraqlıdır, bu boyda varidadın qabağında bunun yanında bir ağıllı adam yoxdur ki, heç olmasa onun mediada piarını qursun? Piar demirəm, heç olmasa gördüyü işləri işıqlandırsın? İstənilən halda, adı yalnız mənfi məsələlərdə hallanan adamın adının önündə böyük bir rayonun adının çəkilməsinə qarşıyam.
Bəlkə də İsfəndiya müəllim məni heç adam saymır. Görüşsək deyər ki, Şərurun adına o yox, mən ləkəyəm. Buna baxmayaraq, İsfəndiyar müəllim kreativləşməlidir. Anlamalıdır ki, yalnız pul yığmaqla iş bitmir. Reputasiyasının qeydinə də qalmalıdır. Ya da özünü Şərurlu kimi təqdim etməkdən yavaş-yavaş imtina etməlidir.
İsfəndiyar müəllimlə bağlı maraqlı bir hadisə də yadıma düşdü. Hələ Bakıya gəlməmişdi. 90-cı illərin əvvəlində Sədərək Gömrüyünün sabiq rəhbəri olan “Laba” ləqəbli Mübariz Pənəhov heç yerdə işləmirdi. Ətrafındakı idmançı dostları ilə vurub-tutmaqla məşğul olurdu. İsfəndiyar müəllim də rayonda hansısa idarəyə rəhbərlik edirdi. “Laba” İsfəndiyara idman zalının üstünü şiferləməyi yükləmişdi. İsfəndiyar da qabağından yeyən adam olmadığı üçün, onun təklifini rədd etmişdi.
Fiziki cəhətdən güclü olan Mübariz Pənahov İsfəndiyarı icra hakimiyyətinin qabağında basıb döymüşdü. Bunun şərurluların hamısı gözəl bilir. Həmin ərəfələrdə Mübariz sonradan varlı adama çevrilən başqa bir iş adamını da döymüşdü. Hər iki şəxs həmin hadisədən sonra Bakıya köçmək məcburiyyətində qaldılar. Nə qədər qəribə olsa da, hər ikisi varlı adama çevrildi. Mübariz Pənahov zarafatla deyirmiş ki, əlim yüngüldü, kimə bir şapalaq vururam gedib Bakıda milyoner olur…
Necə düşünürsünüz, həmyerlim İsfəndiyar Axundovdan müsahibə götürsəm, maraqlı alınarmı?”
Azinforum.az
Paylaş:
Müəllif : Yazar
Tarix:1-04-2019, 09:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-04-2019, 09:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11