Başa düşmək olmur, bura universitetdir, yoxsa market?.. - İDDİA
"Gəncə Dövlət Universitetinin rektorunun qəbuluna düşmək prezidentin qəbuluna düşməkdən də çətindir. Heç cənab Prezidentin bu qədər müşaviri yoxdur. Möhtərəm Yusif Yusibov özünə xeyli müşavir götürüb. Onların rəyi olmadan rektorun qəbuluna düşmək mümkün deyil".
Bu sözlər Gəncə Dövlət Universitetindən əməkdaşları olduqlarını deyən, lakin bəlli səbəıblərdən adlarını gizlədənlərin Mia.az-ın poçtuna göndərdiyi məktubda yer alıb.
Bildirilib ki, rektorun müşavirləri Asif Cavadov, İlqar Kuybışev və qohumnu Elsevər Nağıyevdir: "Hələ bu azmış kimi, universitetdə yeni-yeni vəzifələr yaradıblar, həmin vəzifələrə də öz yaxın qohum əqrəbalarını, tanışlarını təyin edib.
Yeni yaranan vəzifələrdən biri də marketinq vəzifəsidir. Bu vəzifəyə Orxan adında birini təyin edib, magistratura şöbəsini bitirib. Başa düşmək olmur, bura universitetdir, yoxsa market?".
Məktubda daha sonra qeyd edilib ki, müşavir Asif Cavadovun həyat yoldaşı da psixologiya kafedrasının müdiri Zümrüd Şirinova vaxtı ilə prezident seçkilərində Lalə Şövkətin vəkili olub: "Bunu təsdiq edən, o vaxt rəsmi qəzetlərdə dərc olunan xəbərin fotosunu da Sizə göndəririk. Xanım Şirinova bu il də alternativsiz secki yolu ilə kafedra müdiri təyin olunub...".
Məlumata görə, rektorun təqdimatı ilə baş müşavir Asif Cavadovun baldızı, yəni psixologiya kafedrasının müdiri Zümrüd Cavadovanın bacısı Yeganə xanımda univerisitetdə vəzifə alıb. O, "Ümumi texniki fənlər və texnologiya" kafedrasında emalatxana müdüri təyin edilib.
Şikayətçilər daha sonra universitetin bir çox vəzifə sahiblərinin adlarını hallandıraraq, onlar haqqında müxtəlif iddialar irəli sürüblər. Eyni zamanda, rektorun müşaviri və qohumu Elsevər Nağıyevin (20-AA-522 dövlət nömrə nişanlı), prorektor Gülsüm Fətəliyevanın (Deputat Musa Urudun bacısı, Kəpəz rayonu İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyevin qayınanası) 20-AA-556 dövlət nömrə nişanlı, digər prorektor Pərvin Kərimzadənin 20-AA- 352 nömrə nişanlı, müşavir Asif Cavadovun 20-AA-442 nömrə nişanlı, Fəxrəddin Həsənovun 20-AA-577 nömrə nişanlı, digər prorektor Fəxrəddin Məmmədovun 20-AA-542 nömrə nişanlı, rektorun özünün isə 20-AA-082 nömrə nömrə nişanlı xidməti maşınlarına büdcədən ödənilən xərclərin hesabatı istənilib...
Mia.az
Paylaş:
Müəllif : Yazar
Tarix:12-12-2019, 10:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-12-2019, 10:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11