Keçmiş qadın hərbi qulluqçu Mehriban xanım Əliyevaya müraciət etdi: "Haqsızlığa uğramıam, kömə\k edin!" ŞİKAYƏT
Hörmətli Mehriban xanım,
Ermənilər Qərbi Azərbaycandan azərbaycanlıları qovmuşdu, artıq Qarabağa əl uzatmışdılar. O vaxtkı hökumət adamları Sovetin dağılacağına inanmırdı deyə, Qarabağı, orada yaşayan azərbaycanlıları və Azərbaycanın torpaqlarını qorumaq üçün heç bir iş görmürdülər.
Mən 1984 cü ildən hərbi xidmətdə idim, dəfələrlə sovet ordusunda xidmət edən azərbaycanlı zabitlərə müraciət etdim, o cümlədən Respublika Hərbi Komissarı general Əbülfəz Qasımova. Mənə deyirdi ki, biz hamımız Sovet əsgəriyik, özbaşına hərəkət edə bilmərik.Qarabağ Sovet ərazisidir, azərbaycanlılar da, ermənilər də sovet vətəndaşlarıdır. Moskva necə məsləhət bilsə elə də olacaq.
Qarabağda yerlı əhali öz imkanları daxilində özünü müdafiə batalyonları yaratmağa başlamışdı, artıq Bakıda və ətrafında olan hərbi hissələrdə özbaşınalıqlar höküm sürürdü, rus zabitləri Azərbaycandakı hərbi hissələrdən oğurladıqları silah sursatları satırdı.
Qarabağda yaradılmış özünü müdafiə batalyonlarının Qarabağı və oradakı azərbaycanlıları qorumaq üçün silaha ehtiyacı var idı. Mən qarabağlı azərbaycanlılara özlərini və Azərbaycan torpaqlarını ermənilərdən qorumaları üçün bu işdə kömək etdim. O vaxt azərbaycanlı hərbiçilər sovetin dağılb dağılmaması məsələsində gözləmə mövqeyi tutmasaydılar, hər hansı bir yolla Qarabağı mühafizə etsəydilər, indi Qarabağ ermənilərdə yox, azərbaycanlılarda olardı. Qaçqınlar olmazdı, şəhidlər olmazdı, hələ də ermənilərin əlində qalan əsirlərimiz olmazdı, Xocalı soyqrımı olmazdı..
Bunu etmədilər, mən kömək etdim deyə, Hərbi Komissarlığın rəhbəri general Ə. Qasımov məni xidmətə yararsız hesab edib, hərbi xidmətdən kənarlaşdırdı.Onu əsas götürdü ki, mən müxtəlif vaxtlarda öz xidməti yerimdə olmuram. Baxmayaraq ki, məni помощник военного прокурора в/часть 63470 istintağa çağırırdı və bunu sübut edən möhürlü, imzalı sənədlər hələ də məndə var. General Ə.Qasımov 29 noyabr 1989 cu il tarixdə (ВК.Азерб.ССР) 371 nömrəli əmri ilə məni hərbi xidmətdən uzaqlaşdırmaq əmri verdi. Mən bu əmrdən xəbərsiz idim deyə, Nəsimi rayon hərbi komissarlığında xidmətə davam edirdim.
1989 cu il 4 dekabr günü Zaqafqaziya hərbi dairəsindən Bakıda olacaq qırğına hazırlıqla əlaqəli telefonoqramma gəlmişdi və general Ə.Qasımov bunu mən görməyim deyə, o zaman polkovnik rütbəsində olan Nəsimi rayon hərbi komissarı Asif Abbasova gecə yarısı zəng edib, məni verdiyi 29 noyabr 1989 il tarixli 371 nömrəli əmrlə tanış etmək və xidmət yerimə buraxmamaq barəsində göstəriş vermişdi.
4 dekabr tarixində 20 yanvar qırğınına hazırlıq telefonaqrammasını gördüyümdən sonra, komissar A.Abbasov məni kabinetinə çağırdı, gecə yarısı generalın ona zeng etdiyini və əgər məni komissarlığın qapısından çıxarıb yollamasa, generalın şərtinə görə komissar A.Abbasov özü ərizə verib komissar vəzifəsindən getməyə məcbur olduğunu dedi. General Ə.Qasımov Asif Abbasovla da her an münasibətini korlaya bilərdi, ona görə ki, onun qardaşı Arif Abbasov da alim kimi Qarabağa görə mübarizə aparırdı.
Asif Abbasovun mənə ətraflı izahından sonra mən komissarlıqdan getdim.
Ancaq Sovet Hərbi Prokurorluğunda istintaq davam edirdi, məni çağırırdılar, gedib cavab verirdim..
Və telefonoqrammasını oxuduğum həmən o dəhşətli qırğın 20 yanvarda baş verdi.
10 ay sürən istintaqdan sonra 1990 cı il may ayının 14 də məni "podpolkovnik Qoluşkovun işi" adı ilə gedən iş üçün şahid qismində Hərbi Tribunala çağırdılar.
İstintaq vaxtı olduğu kimi, tribunalda müttəhim kürsüsündə əyləşən 13 nəfərdən 12 nəfərini heç tanımadığımı, yalnız birini 6 ilə yaxın birlikdə xidmət etdiyimizə görə tanıdığımı dedim. Həmin gün Moskvaya məsləhətləşməyə gedəcəklərini deyib, tribunala 1 həftəlik ara verdilər və sonra məni heç vaxt çağırmadılar.
Aradan 29 il keçib. Hər bir vicdanlı azərbaycanlı kimi məni də Qarabağ problemi, bu günədək bu problemin həll olunmaması, ermənilərin azərbaycanlılara vurduğu bütün ziyanlar, zərbələr incidir, ama eyni zamanda məni ən çox ağrıdan ve içdən yandıran Qarabağ hadisələri üzündən mənim başıma gələnlər, çəkdiklərimdir. 19 dekabr 1989 cu il tarixdən indiyə kimi dəfələrlə müxtəlif yerlərə müraciət etmişəm və hara, kimə anlatmışam, kömək istəmişəmsə, sonunda müraciətim "Az.Voenkomat"a, indiki Səfərbərlik İdarəsinə gedib çıxıb və oradan mənə get məhkəməyə şikayət et deyib, başlarından ediblər.Məhkəmələrə şikayət etdiyimdə ərizə qəbul etməyiblər, poçta ilə yolladığıma isə cavab verməyiblər. Sovet hərbi tribunalı məni günahkar hesab etmədi, amma istintaqlara çağrıldığım üçün general Ə.Qasımov məni statya ilə xidmətdən kənərlaşdırdı.
Mehriban xanım, haqsız və qanunsuz yerə işdən kənarlaşdırılmağın acısını sizin ailə də çəkib, bu acını bilirsiniz. Siz mərhəmətlisiniz, hətta əsaslı səbəblərlə, günahlarla həbsdə olan insanları əhv edib azadlığa buraxırsınız, hansı ki, onların əksəriyyəti islah olunmayan və dövlətin imicinə ziyan vuran şəxslərdir.
Xahiş edirəm, kömək edin, Müdafiə Nazirliyində, Səfərbərlik İdarəsində bu işə yenidən baxsınlar, xidmətə yararsız kimi məni hərbi xidmətdən kənarlaşdıran statyasını üzərimdən qaldırsınlar və yetərincə xidmət stajı yazsınlar ki, mən təqaüdə çıxa bilim, artıq bir neçə ildən sonra təqaüd vaxtım çatır.
Hörmətlə,
Bahar Əliyeva
Azərbaycan Respublikası, Bakı şəhəri
Paylaş:
Müəllif : Redaktor
Tarix:31-03-2019, 11:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:31-03-2019, 11:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11