DANX sərnişinləri yolda düşürdü, avtobusları isə xətdən kənarlaşdırdı – SAHİBKARDAN İDDİA
regionxeberlericom.az 7NEWS.az-a istinadən xəbər verir ki, BNA icazə verdi, ancaq DANX sərnişinləri yolda düşürdü, avtobusları isə xətdən kənarlaşdırıblar.Sahibkardan sensasion iddia! Sahibkarın fəaliyyətinə maneə olan DANX-ın məqsədi nədir, Nəqliyyat "qoçuları” yenəmi peydə oldu?
134 saylı marşrut xəttinin avtobusları sərnişinlərin xidmətində olarkən qarşısı qəfil DANX-a (Dövlət Avtomobil Nəqliyyatı Xidməti) məxsus avtomobillər tərəfindən kəsilib. Qurumun işçiləri avtobusları cərimə meydançasına aparmaq adı ilə sərnişinləri yolda düşürüb, avtobusları isə xətdən çıxarıblar. Sərnişinlərə bildirilib ki, 134 saylı avtobuslar qanunsuz fəaliyyət göstərir. Buna görə də, həmin avtobuslara minməsinlər. Daşıyıcı şirkətin əməkdaşları DANX-ın "qoçuları”nın bu əməlini çəkmək istəyəndə isə onlar qaçıblar. Bu iddiaları 134 saylı marşrut xəttinin avtobuslarının məxsus olduğu "Monella” MMC-nin direktoru Qurbanəli İsmayılov saytımıza müraciəti zamanı deyib. Sahibkar bildirir ki, DANX-ın əməkdaşları sürücülərə bildiriblər ki, işləməsinlər və müdirləri gedib DANX-ın rəisi ilə "razılığa gəlsin”. Sahibkar isə bu dırnaqarası sövdələşməyə qəti şəkildə etiraz edir. Bildirir ki, BNA rəhbəri Vüsal Kərimli qanundankənar heç bir hərəkətə yol vermir və onun təbiətində belə "razılıqlar” yolverilməzdir. Qurbanəli İsmayılovun sözlərinə görə, 134 saylı marşrut xəttinin avtobusları qanunu fəaliyyət göstərir. O, hətta bunu təsdiq edən sənədi də redaksiyamıza təqdim edib. Sənəddən aydın olur ki, sözügedən avtobusların fəaliyyəti tam qanunidir. Çünki, Bakı Nəqliyyat Agentliyi 134 saylı marşrut avtobuslarının fəaliyyət göstərməsi ilə bağlı sərəncam verib. Sərəncamda qeyd edilir ki, başlanğıc dayanacağı Fatmayı bağları olan avtobuslar Xırdalan dairəsindən keçməklə Sədərək Ticarət Mərkəzinə qədər sərnişinlərə xidmət etməlidir. BNA daşıyıcı şirkətə Bakının inzibati ərazisində avtobuslara möhürlü hərəkət sxemi verib. Qurbanəli İsmayılovun sözlərinə görə, bir neçə gündür DANX-ın əməkdaşları avtobusların hərəkətinə maneə yaradır. Bəzi hallarda sərnişinlər hətta yolda düşürdülür. Sahibkarın sözlərinə görə, bunun əsas səbəbi 134 saylı marşrut avtobuslarının hərəkət sxeminin , 8 saylı Sumqayıt regional MMC-yə məxsus 592 nömrəli avtobusların marşrut xətləri ilə oxşarlıq təşkil etməsidir. Bu səbəbdən onların avtobuslarının fəaliyyətinə DANX tərəfindən ciddi maneələr yaradılır. Halbuki, ölkə başçısı Cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasında dəfələrlə bildirib ki, məmurların sahibkarları incitməsi yolverilməzdir. Bunu edən məmurlara dövlət heç bir güzəşt etməyəcək və belə insanlar ən sərt formada cəzalandırılacaq. Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev bildirdi ki, 134 saylı avtobusların fəaliyyəti qanun çərçivəsindədir. Bakı Nəqliyyat Agentliyi bununla bağlı müvafiq sərəncam imzalayıb. Həmçinin, həmin xətt sərnişinlərin çoxsaylı müraciətləri əsasında yaradılıb. Çünki, sözügedən marşrut xətti üzrə avtobuslara böyük tələb var. Mais Ağayev onu da bildirdi ki, avtobusların fəaliyyətinə maneə yaratmaq yolverilməzdir. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova iddialara cavab olaraq bildirdi ki, ... ardı olacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-11-2019, 16:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-11-2019, 16:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11