“İndiki deputatların heç biri növbəti çağırışda namizəd olmayacaq” - Gözlənti
Xəbər verdiyimiz kimi, bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP), çoxluq hüququndan istifadə edərək parlamentin buraxılması haqda qərar qəbul edib. Məsələ ilə bağlı cəmiyyətdə maraqlı fikirlər səslənir. Tanınmış şəxslər sosial şəbəkə hesablarında rəylərini bildiriblər. AYNA maraqlı fikirləri təqdim edir:
Media hüququ eksperti Ələsgər Məmmədli: “Rəsmi xəbərlərdən məlum olur ki, YAP Prezidentə müraciət göndərib ki, Milli Məclis islahatlara ayaq uydurmur, onu buraxsın. Mən də Parlamentin rəsmi səhifəsindəki stenoqramlara göz atdım ki, görüm Prezidentdən gələn hansı təklifi Məclis ləngidib, mane olub? Əlavədəki şəkildə də görə bilərsiz.
Parlament gələn təklifləri 100%-lik nəticə ilə qəbul edib. Həm də bütün məsələlərdə. Mən Konstitusiyanın normaları çərçivəsində hansı halda Prezidentin Milli Məclisi buraxa biləcəyini qısaca izah etmək istəyirəm. 2016-cı ildə Konstitusiyaya referendumla edilən son əlavə və dəyişikliklə 98-1 maddə əlavə edildi. Bu maddənin açılımı budur ki, Parlament hər hansı səbəbdən 95 və 96-cı maddədə, habelə, 97-ci maddənin müəyyən bəndlərindəki funksiyasını icra edə bilməməlidir.
İndiki halda, YAP siyasi bir qərarla üzvü olan deputatların kütləvi istefasını ala bilər. Beləliklə, Parlamentin toplanıb məsələləri həll etmək üçün zəruri olan 83 və ya 63 səs çoxluğu ilə fəaliyyəti imkansız hala gələr. Bu halda, Prezident Parlamentin buraxılması və yeni seçkilərin keçirilməsini reallaşdıra biləcək. 98-1-ci maddənin ilk hissəsi çox aydın olduğuna görə onun bu halda işləməsi mümkün deyil.
Maddə 98-1. Azərbaycan Respublikası Milli Məclisinin buraxılması:
I. Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır.
II. Növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir”.
İqtisadçı-ekspert Rövşən Ağayev: “Yoxluğu varlığından daha faydalı olan qurumun özünü buraxmasından faydalı hansı addım ola bilər ki? Məncə, cəmiyyətimizin bütün tərəqqipərvər qüvvələri bu şansı maksimum dəyərləndirməlidir. Yeni və erkən parlament seçkisi bizim üçün tarixi bir şansdır. Yenə də uduzsaq, bir neçə onilliyimizi uduzmuş olacağıq. Özümüz onsuz da məğlubuq, heç olmazsa, övladlarımızı da gələcəyə məğub göndərməyək”.
Hüquqşünas Əkrəm Həsənov: “Milli Məclis buraxılır! Ona görə ki, Prezidentin hazırda həyata keçirdiyi siyasətə adekvat deyil və son aylar ölkədə aparılan islahatlardan geri qalır (məlumun elanı!). Faktiki olaraq deputatların özləri bunu etiraf edirlər. Eyni problem məhkəmə hakimiyyətində də var. Onu da buraxıb yenidən yığmaq lazımdır. Məhkəmə sədrlərinə təklif edirəm ki, analoji bəyanatla çıxış etsinlər”.
Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz: “Yeni Azərbaycan Partiyasının parlamentin buraxılmasını təklif edəcəyi gözlənilir. Bu qərar mövcud parlamentin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb. Doğru təklifdir. İndiyədək bu istiqamətdə dəfələrlə təkliflər vermişdik. Güman ki, bu gün məlum olacaq”.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli: “Aydındır ki, YAP-ın qərarı ölkə başçısı ilə razılaşdırılıb və iqtidar növbədənkənar seçki keçirmək istəyir. Ancaq qanuna görə, 2 seçki eyni vaxta keçirilə bilməz. Bələdiyyə seçkiləri 23 dekabrda keçiriləcək, təxminən 2 həftə sonra isə yekunlaşacaq. Ən tez halda parlament seçkisini fevralın sonuna təyin etmək olar. Sadəcə seçkinin universal prinsiplərindən biri də dövriliyi və ardıcılığını təmin etməkdir ki, siyasi partiyalar və maraqlı tərəflərin iştiraka hazırlıq üçün imkanı olsun. Bu səbəbdən seçkinin 10 ay erkən keçirilməsi üçün tutarlı səbəblər olmalı, ictimaiyyətə niyyət əsaslandırılmalıdır. Növbədənkənar parlament seçkisinin legitimliyi mübahisələndirilə bilər. Çünki Milli Məclisin buraxılması üçün ən yaxşı halda Konstitusiyanın 94, 95, 96 və 97-ci maddələrinə istinad edə bilərlər. Ancaq bu cür üzüyola tərkibdə və onun fəaliyyətində həmin müddəalara dair bircə səbəb də tapmaq olmur”.
Sabiq deputat Nazim Bəydəmirli: “Əgər parlament üzvləri özlərini könüllü buraxırsa, məntiqlə heç biri də növbəti çağırışda namizəd olmayacaq”.
İqtisadçı-ekspert Samir Əliyev: “Gələn ilin büdcəsində parlamentə ayrılan vəsaitlərin həcmi, o cümlədən maaşların əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulub. Bunun bir izahı ola bilər: deputat yerlərinin sayı artırılır”.
Hüquqşünas Fərhad Mehdiyev: “Konstitusiya kobud şəkildə pozulur. Parlamentin bu şəkildə buraxılması Konstitusiyanın 98-1-ci maddəsinə uyğun deyil:
1. Əgər könülləri parlamenti buraxmaq istəyirsə, bunun ən tez yolu Konstitusiyanın 95-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq hərəkət etməkdir. Bunun üçün Prezident Parlamentə bir qanun lahiyəsi göndərməli, onu "təcili" elan etməli. Parlament də 20 gün ərzində onu səsverməyə qoymamalıdır. 20 gün sonra Prezident sərəncam verərək parlamenti buraxa bilər;
2. Deputatlardan 83 nəfər istefa verərsə, onda parlament səlahiyyətlərini itirəcək (Konstitusiyanın 87 və 88-ci maddələri);
3. Müraciət etməklə Parlamentin buraxılması Konstitusiyada nəzərdə tutulmadığına görə, hüquqa ziddir;
4. Açıq qalan bir digər məsələ - yeni seçilən parlamentin səlahiyyət müddətinin 5 il, yoxsa 5 ay olacağıdır. Konstitusiyanın 98-ci maddəsinin 2-ci hissəsinə baxılsa, problem başa düşüləcək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-11-2019, 15:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-11-2019, 15:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01