Müxalifət Əli İnsanovla əməkdaşlıq edəcək? - “Hələ görək nə istəyir, kimdən istəyir…”
Xəbər verildiyi kimi, keçmiş səhiyyə naziri Əli İnsanov Haqq Ədalət Partiyasının (HƏP) yarandığını elan edib.
Partiyanın Təşkilat Komitəsinin iclası keçirilib, 15 nəfərdən ibarət heyət seçilib. Amma iclasdan sonra Təşkilat Komitəsində üzv kimi təqdim olunanlardan bəziləri açıqlama verərək belə bir partiyanın yaranmasından xəbərsiz olduqlarını deyiblər.
Belə ki, xəbər yayıldıqdan dərhal sonra adı təşkilat komitəsi üzvləri arasında çəkilən Milli Qəhrəman anası Qalibə Budaqova Əli İnsanovun yaratdığı partiyada (Haqq və Ədalət Partiyası) təmsil olunması ilə bağlı məlumatı təkzib edib. O, bu məlumatın yalan olduğunu bildirib:
"Heç bir partiyanın və heç bir partiyanın təşkilat komitəsinin üzvü olmamışam. Mən uzun müddətdir ki, xəstəyəm və müalicə altında olduğum üçün heç evdən belə çıxa bilmirəm. Xahiş edirəm, mənim adımı heç bir partiya üzvlüyü ilə hallandırmasınlar!"
Ardınca isə 15 nəfərlik heyətdən daha biri, hüquqşünas, vaxtilə Masallı rayon Məhkəməsinin sədri və Baş prokurorunun köməkçisi vəzifələrində çalışan Mirədalət Talışxanov hələ yaranmamış partiyadan imtina edib:
“Mən heç bir partiyanın üzvü deyiləm, olmaq fikrim də yoxdur. Bir dostum dəvət etmişdi. Mənim partiya quruculuğuna aidiyyatım yoxdur. Orada təklif edildi, lakin mən heç bir partiyaya üzv olmaq istəmədiyimi dedim. Dedilər ki, şəkil çəkdirək, çəkdirdim. Ondan sonra çıxıb getmişəm. Sonradan adımı Təşkilat Komitəsinin üzvlərinin sırasına salıblar. Lakin yenə deyirəm ki, mən bu işdə yoxam”.
Partiyası yaranmamışdan imtinalarla gündəmə gələn Əli İnsanov özü isə bir müddət əvvəl digər partiyalarla əməkdaşlıq edəcəyi ilə bağlı açıqlama vermişdi.
Maraqlıdır, hansı partiyalar Əli İnsanovun elan etdiyi partiya ilə əməkdaşlıq yolu tutucaq?
Ağ Partiyanın sədri Tural Abbaslı Cebhe.info-ya açıqlamasında deyib ki, rəhbərlik etdiyi təşkilat özünü müxalifət hesab edən bütün partiya və təşkilatlarla əməkdaşlıq etməyə hazırdır:
“Bu günə qədər də belə olub. İndi hələ bu partiya yaranmayıb, amma təşkilat komitəsində də müəyyən problemlər var. Yaransınlar, məqsədlərini, məramlarını, proqramlarını elan etsinlər, ondan sonra daha konkret nəsə demək olar. Əgər bizim ideoloji xəttimizə daban-dabana zidd olan bir partiya qurulmayacaqsa, niyə də əməkdaşlıq etməyək? Biz əsas olaraq siyasi ideologiyaya önəm veririk. Bu ideoloji xəttə zidd bir proqram olarsa, o zaman təbii ki, əməkdaşlıq alınmayacaq. Yəni qeyri-adi nəsə olmasa, mümkündür. Amma zamana etiyac var. Gözləyək, hələ partiyalarını yaratsınlar. İndidən dəqiq bir şey demək doğru deyil”.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Mətbuat Xidmətinin rəhbəri Vüsal Qarayev isə deyib ki, ən doğru yol proseslərin inkişafını gözləməkdir:
“Ümumiyyətlə, Əli İnsanovla bağlı fikrimiz neytraldır. Onun öz yolu, öz əqidəsi var. Amma əməkdaşlıqla bağlı nəsə demək çox tezdir. Çünkü onun nazir olduğu dövrü unutmaq olmaz. Əli İnsanov zamanında müxalifətə qarşı ən radikal mövqe sərgiləmiş, korrupsiyaya bulaşmış nazir olub. İndi bəzi müxalifət liderlərinin onunla bağlı tələsik qərar vermələri, birlik nümayiş etdirmələri insanlarda müxalifətə qarşı bir qıcıq yaratdı”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu də gözləməyin tərəfdarıdır. S.Cəlaloğlu bildirib ki, 5 nəfərin yığışıb “partiya qururuq” deməsi hələ partiya yaratmaq deyil:
“Partiyanın təşkilatlanma mərhələsi, ideologiyası, konsepsiyası, qəbul edəcəyi prinsiplər var. Bunları ortaya qoysun, hələ görək nə istəyir, kimdən istəyir, hansı yolu tutacaq. İstənilən partiya ilə əməkdaşlıq etmək olmaz axı. Gərək ideologiyasını, mübarizə üsulunu, niyyətini bilək, sonra da ona uyğun cavab verək. Hələ ki, bizim üçün müəmmadır ki, bunlar nə istəyirlər? Heç bir məlumatımız yoxdur. Əgər doğrudan da, mübarizəsi, nizamnaməsi, ideologiyası bizimkinə oxşar olarsa, niyə əməkdaşlıq etməyək?”
Paylaş:
Müəllif : Yazar
Tarix:28-11-2019, 09:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-11-2019, 09:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11