Keçmiş işçisi AFFA-nın sirlərini açdı - “Dərman biznes”ni ifşa etdi
Azərbaycan millisinin sabiq həkimi Naib Abdulla maraqlı açıqlamalar verib.
“Yeni Sabah” xəbər verir ki, o, AFFA-da çalışdığı dönəmdə olan yeyintilərdən, özünə qarşı olan haqsızlıqlardan, futbolumuzdakı çirkinliklərdən danışıb.
Sabiq həkimin yazısını olduğu kimi sizə təqdim edirik:
“Futbol üzrə Avropa çempionatının 2020-ci il seçmə mərhələsi başa çatdı. Azərbaycan millisi öz qrupunda 8 oyunda 1 xal toplamaqla Avropanın 55 ölkəsi içərisində San Marino və Cəbəllütariq istisna olmaqla utancverici 53-cü yeri tutub. Yekun olaraq, AFFA-nın baş katibi Elxan Məmmədov isə radio ilə son çıxışında "fəaliyyətlərini" heç də uğursuz adlandırmır və icrası ona tapşırılan Azərbaycan futbolunun inkişafını özünəməxsus yalanları ilə 10 milyon insana sırımaqda davam etdi.
AFFA İcrayyə Komitəsinin üzvü Mahir Məmmədov və baş katib Elxan Məmmədovun sözlərindən belə çıxdı ki, biz elə püşk atılanda uduzmuşduq. Çünki qrupumuzda futbol nəhəngləri var idi. Rəhbərlərin dediyindən belə qənaətə gəlmək olar ki, bizim komanda o komandaların heç biri ilə rəqabətə tab gətirə bilməzdi. Demək ki, biz Avropa çempionatına təslimçilik ruhu ilə başlamışdıq. Belə isə Avropa çempionatına formal olaraq qatılmışıqsa, ilinə 750 min verib Yurçeviçi baş məşqiçi postuna gətirməyin adı nə idi?
Futbola və futbolçulara göstərilən qayğıdan ağız dolusu danışan baş katibə demək istədiklərim var:
1. Yığma komandanın təlim-məşq toplantılarına çağrılmış 15,16,17,19 yaşlı futbolçuların tibbi müayinədən keçirilməsi məsələsi niyə öz həllini tapmır? Əgər inad edib tibbi müayinədən keçirlər demək istəyirsinizsə, talasemiya xəstəsi olan 16-17 yaşlıların düşərgəsinə baş məşqiçi Vüqar Məmmədli tərəfindən çağrılan Ramin Quliyevin millidə iştirakına nə deyə bilərsiniz?
2. Müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizi futbolçu adı ilə millinin düşərgəsinə daşıyan, əslində isə qohum-əqrabasını, baba-nənəsini görməyə gələn Çinar Məmmədlə sizi hansı iş birliyi bağlayır?
Məsələn, Fransada yaşayan əslən azərbaycanlı Tarxan adlı futbolçu Vüqar Məmməd tərəfindən iki dəfə milliyə dəvət aldı. Birinci dəfə bir məşqdən sonra məlum oldu ki, bu uşaq məşqə yararlı deyil, çünki fallikulyar anginasına görə ciddi müayinə və müalicəyə ehtiyacı var.
Mənim təkidli tələbimdən sonra qohumları gəlib onu apardılar. 2-ci dəfə etirazıma baxmayaraq, məsləhət etmədən Vüqar Məmməd təkrar Tarxanı millinin düşərgəsinə dəvət etdi. Bu dəfə Tarxan 15 dəqiqədən sonra meydançada yıxılıb qaldı. Verilən suallara 1 saatdan sonra özünə gələn Tarxan cavab verdi ki, məndə anadangəlmə ürək qüsuru var. Hətta məlum oldu ki 12-13 yaşı olanda ona ürəyindən əməliyyat olunması təklif olunub.
3. Hörmətli baş katib, aşağı yaş qruplarına bir ildə müxtəlif ölkələrdən milli komandanın düşərgəsinə ayrı-ayrı vaxtlarda dəvət alan, 40-50 nəfər futbolçudan sonda əksəriyyətinin Avropa çempionatının seçmə mərhələlərində komandalarımızın tərkibində çıxış etməmələri nədən sizi maraqlandırmır? Axı bunların gəlib-getməsinə, qalmasına, yeyib-içməsinə kifayət qədər vəsait xərclənir.
4. İstər Mərdəkan qəsəbəsindəki yığma komandaların təlim-məşq bazası sayılan "Dalğa Arena"nın hotelində, istərsə də AFFA-nın inzibati binasının 5 addımlığındakı hoteldə, futbolçulara verilən qida rasionunun keyfiyyəti biabırçı vəziyyətdədir. Hər yemək zamanı futbolçuların başının üzəridə “nadzor” kimi dayanıb "bir tikə götürdün bəsdir, elə et yoldaşlarına da çatsın" deməkdən təngə gəlirsən. Futbolçuların "həkim, nə edək, yemək çatmır, indi olanı götürəcəklər bizə çatmayacaq?" sualı qarşısında, hər yemək zamanı gah stolun bir tərəfində oturanları, gah da stolun digər tərəfində oturan futbolçuları birinci yeməyə dəvət etməklə özünü aldatmaqla usanırsan. Vaxtı keçmiş şirniyyatların söz-söhbətini dəfələrlə mətbəx işçiləri, aidiyyatlı adamlarla müzakirə etsək də, sonda dedikləri bu olurdu ki, həkim, hələ sənə görə bu komandaya daha yaxşı diqqət yetiririk. Səndən başqa bütün yaş qrupunda səsin çıxaran həkim yoxdur, deyirdilər. Hamısı işini itirməkdən qorxur, siz tələb edirsiniz deyə, bizim şef də AFFA qarşısında məsələ qaldırır ki, Naib həkim yeməkdən narazılıq edir. Ona görə bir az yeməkləri artırır, çeşidləri çoxaldırıq.
Sonda mənim anladığım bu oldu ki, istər yemək, istər dərman, istərsə də komandaya dəvət olunan futbolçuların sağlıq durumu ilə əlaqəli söylədiyim fikirlər və tibbi avadanlıqlarla bağlı etdiyim etirazlar sən demə, Elxan Məmmədova çatdırılır. Tələbkarlığım Elxan Məmmədovun bostanına daş atmaq kimi yozulduğundan, etdiklərim baş katibin heç də ürəyindən deyilmiş. O da Qurban Qurbanovun milliyə gəlişi fürsətindən faydalanaraq, mənim yığma komandadan kənarlaşdırılmağıma nail oldu. Adını da qoyur ki, Qurban Qurbanov sənə qarşı haqsızlıq etdi. Hətta bu ifadəni iyun ayında AFFA-da 12 nəfərlə görüş zamanı ad çəkmədən Elxan Məmmədov bir daha dilinə gətirdi.
Mənə qarşı olan haqsızlığı anladım, bəs Qurbanovdan sonra məni işimə bərpa etməməyinin adı nədir? Axı dediyinə görə, mənim işimdən hamı, hər kəs, o cümlədən siz, baş katib Elxan Məmmədov 100% razısınız. Hər halda 6 il öz tibbi avadanlığımla sizin yığma komandalarınıza xidmət edib, müxtəlif ölkələri dolaşmışam. Yoxsa hesab edirsiniz ki, 3 il 7 ay aldığım 183 manat (3 ilə yaxın isə bu əmək haqqı 600 manat olub) aylıq əmək haqqı əcnəbi həkimlərin əli cibində aldığı on min dollardan daha dəyərli olub.
4. Topdansatış qiymətlə "Avromed"dən aldığınız dərman və sarğı materiallarının qiymətinin pərakəndə satışda olan dərman və sarğı materiallarının qiymətindən 2 dəfə baha olmasını nə ilə izah edə bilərsiniz?
5. İşlədiyim 6 ildən bir qədər də artıq müddətdə AFFA-da işləyən tibbi heyətin nümayəndələri ilə bir dəfə də olsun baş katib olaraq görüşməməyinizin səbəbini nə idi?
Məncə, bunun bir izahı var, siz heç vaxt nə məşqiçi, nə hakim, nə həkim, nə futbolçu, nə futbol mütəxəsisi olaraq bu millətin nümayəndələrinə önəm verməmisiniz. Belə isə açdığınız məşqiçi kurslarında verdiyiniz məşqçi kateqoriyaları kimə lazımdır? Sizin önəm verdiyiniz alkaş Xamenkolar, saatsaz Lippertlər 8 oyunda 1 xal toplayan Yurçeviçlər, Lixtenşteyinə 0:1 uduzan Obradoviçlər, bir də Mahaçqaladan bura dəvət edib milliləşdirdiyiniz futbolçulardır. Bunu sizin gördüyünüz işlər sübut edir. Belə isə soruşmaq istəyirəm: bəs siz özünüz kimsiniz, hansı millətin nümayəndəsisiniz? Bu millətə kinin, nifrətin kökündə nə durur? Bu millətdən nəyin və kimin intiqamın alırsınız?”
Paylaş:
Müəllif : Yazar
Tarix:25-11-2019, 12:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-11-2019, 12:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01