“AAAF Park” sakinləri prezidentdən kömək istədilər - GİLEY
Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksinin A küçəsi sakinləri müvafiq dövlət qurumlarından kömək istəyirlər. Sakinlər bununla bağlı prezident İlham Əliyev, 1-ci Vitse-prezident xanım Mehriban Əliyevaya, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Baş prokuror Zakir Qaralova ərizə ünvanlayıblar.
Sakinlər tərəfindən Unikal.org-a daxil olan müraciətin mətnində deyilir:
“Biz Xırdalan şəhəri “AAAF Park” yaşayış kompleksi A küçəsinin sakinləri dörd ildir ki, burada məskunlaşmışıq. Əksər sakinlər olaraq öz öhdəliklərimizi vaxtında icra etmişik, amma bunun qarşılığında “AAAF İnşaat” MMC üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Özlərinə bu barədə dəfələrlə yazılı və şifahi bildirsək də cəhdlərimiz nəticəsiz qalıb. Məlumat üçün bildiririk ki, “AAAF İnşaat” MMC biz sakinlərdən sayğaclara görə Tarif Şurasının müəyyən etdiyi qiymətdən iki dəfə artıq (üç sayğaca görə, 798 manat) ödəniş almış, biz də məcbur qalıb ödəmişdik. Lakin buna baxmayaraq qaz sayğaclarımız hələ də tam olaraq quraşdırılmamış və qazın verilişi təmin edilməmişdir.
Ümumilikdə sayğaclara görə 200 min manatdan artıq vəsait toplanmasına baxmayaraq, 100-120 min aralığında qalan borcu bəhanə edərək qazlaşdırmanı yekunlaşdırmırlar. Hansı ki, sakinlər binaya qaz verildiyi təqdirdə bu borcu ödəyəcəyini bildirir. Keçən il mənzillərimiz ümumi istilik sistemi vasitəsilə qızdırılırdı. Bu il isə ümumi sistemdən də istilik verməyəcəklərini bildirir, səbəb olaraq da “Azəriqaz”a olan borcu göstərirlər. Qaz və istilik yoxdur. Bu şəraitdə necə yaşayaq?! Oxşar problemlər 26, 27 və B küçələrində də vardır. Bizim şikayətimiz təkcə “AAAF İnşaat” la bağlı deyil, həm də “Azəriqaz”la bağlıdır, hansı ki, bu dövlət qurumu bürokratik əngəl yaratmaqla qazlaşma prosesini yubadır. Sizdən xahiş edirik, binaya qazın verilişi ilə bağlı işlərə başlanılmaqla bərabər ümumi istilik sistemi vasitəsilə mənzillərə istilik verilməsi barədə aidiyyatı üzrə göstəriş verəsiniz”.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-11-2019, 17:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-11-2019, 17:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11