Sahil Babayevin "ÖLÜM TACİRLƏRİ" - Nərmin Bayramova və Heybət İmanov haqda şok ittihamlar...
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin saxta təbəssümü timsahın məsum gözyaşlarına bənzəyir. O, bu yolla korrupsiyalaşan fəaliyyətini və qanunsuz əməllərini ört basdır etməyə çalışır. Sahil Babayevin bu cür fitri istedadı şeytanı belə qısqandırar. Onun fəaliyyətini təhlil etdiyimiz zaman açıq-aydın görünür ki, gənc nazir ölkənin birinci ailəsinin ətrafında səmimi vizual görüntü yaratmaqla həm ictimaiyyət arasında, həm də dövlət dairələrində özünə toxunulmazlıq qazandırmağa çalışır.
Lakin, o bu fürsətçiliklə həm ölkənin birinci ailəsini, həm də ölkə rəhbərliyini nüfuzdan salır. Gənc nazirin tamahı sözün əsl mənasında daş kəsir. O, rəhbərlik etdiyi qurumun göstərdiyi xidmətlərdən yararlanan əhali qruplarını yağı düşmən gözüylə görür. Müxtəlif bəhanələrlə aztəminatlı vətəndaşlara təyin olunan ünvanlı dövlət sosial yardımlarının dayandırılması və əlilliyin ləğv olunması ictimaiyyətə elə təbliğ olunur ki, güya düşmən üzərində böyük qələbə qazanıblar. Əmək fəaliyyəti ilə məşğul olan əhalinin yarıdan çoxunun 250 manat əmək haqqı və yarıdan çoxunun 200 manat pensiya aldığı indiki vaxtda ölkə əhalisinin əksəriyyəti dövlətdən asılı vəziyyətdə yaşayır. Bu cür aztəminatlı vətəndaşları dövlət qayğısından məhrum etmək onları hakimiyyətdən incik salmağa və kütləvi narazılıq yaratmağa xidmət edir. Buna görə də, hakimiyyət bu cür strateji bir qurumu təcrübəsiz və savadsız bir komandaya tapşırmamalıdır.
Hakimiyyətə qarşı təxribat
Dövlətin idarə olunmasından anlayışı olan hər kəs yaxşı bilir ki, dövlət sosial siyasətini həyata keçirən qurumlar hər zaman stateji əhəmiyyət daşıyır. Əhalinin dövlətə və hakimiyyətə olan münasibəti bu qurumların fəaliyyətindən və ya fəaliyyətsizliyindən bir başa asılıdır. Buna görə də, həm iqtidar, həm də müxalifət bir-birini sosial politikalarına görə manipuliyasiya edir. Bu baxımdan dövlətin sosial siyasətini həyata keçirən qurumların fəaliyyəti ölkəmizdə də, həm iqtidar, həm də müxalifət üçün önəmlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı siyasi kursun ana xəttini sosialyönümlülük təşkil edir. Dövlət başçısının sərəmcamları və fərmanları ilə təsdiq olunan sosial islahatlar paketlərinin məqsədi əhalinin güzaranını yaxşılaşdırmaq və siyasi baxımdan xalqın rəğbətini qazanmaqdır. Lakin, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin yarıtmaz fəaliyyəti hakimiyyətin bu sahədə bütün siyasi gedişlərini fiaskoya uğradır. Onun fəaliyyəti həm ölkə daxilində, həm də beynəlxalq sferada hakimiyyətə etimadsızlıq yaradır. O, ətrafına yığdığı qeyri-peşəkar komanda ilə ölkəni nüfuzdan salır. Sahil Babayevin 700 min insanın pensiyasının 200 manata və bir o qədər vətəndaşın əmək haqqının 250 manata çatdırılmasını inqilabi islahat kimi təbliğ edir. Azərbaycanda 1.4 milyona yaxın pensiyaçı və bir o qədər də haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunan əhali var. Sahil Babayevin statistik göstəriciləri onu deməyə əsas verir ki, ölkə əhalisinin yarıdan çoxu səfil vəziyyətdə yaşayır. O, xalqın bu artımlara qədər daha çətin şəraitdə yaşadığını təbliğ edir. Sahil Babayevin artımları sosial islahat olaraq təbliğ etməsi müsbət haldır. Ancaq ölkə əhalisinin sosial iqtisadi vəziyyətini rəqəmlərlə ifşa etməsi düşünürəm ki, hakimiyyətə qarşı təxribatdır. Onun bu hərəkətini təcrübəsizliyi ilə əlaqələndirmək olardı. Ancaq şəhid ailələrinə və Qarabağ qazilərinə olan münasibəti belə düşünməyə əsas verir ki, o məqsədli şəkildə belə edir. Bununla da, ölkə başçısını və hakimiyyət komandasını çətin vəziyyətə salır.
Daha əhatəli təhlil üçün iki rəhbər şəxsin müqayisəsini aparmaq yerində olar. Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri general-leytenant Əli Nağıyevin baxışları ölkəmizi sevənlərə güvən, düşmənlərimizə isə qorxu və həyəcan yaşadır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yanında onun əsalətli duruşu insanlarda xoş bir ovqat yaradır.
O, saxta təbəssümün şirinliyini etməkdənsə ədaləti və fəaliyyəti ilə hakimiyyətə xidmət edir. Əli Nağıyev rəhbərlik etdiyi qurumda peşəkarlara və savadlı kadrlara üstünlük verir. Hazırlıqlı kadrları sistemdən xaric edərək hakimiyyəti xarici düşmənlərin aquşuna atmır. O, təvazükar davranışı və xalqla qarşı ədalətli rəftarı ilə ölkədə gərginliyi azaltmağa çalışır. Bəs, Sahil Babayev nə edir? Onun başı qarışıb dost-tanışı ətrafına yığıb dövlət büdcəsini talamağa. Bütün günü özünü reklam etməklə qanunsuz işlərini ört basdır etməyə çalışır. Sahil Babayev öz qanunsuz fəaliyyətini rahat həyata keçirmək və qanunsuz işləri işçilərinə asan diktə edə bilmək üçün rəhbərlik etdiyi qurumda məmur soyqırımı və represiya həyata keçirir.
3000 nəfərdən artıq dövlət qulluqçusu müxtəlif bəhanələrlə işdən çıxarılıb
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli 386 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatının işçilərinin say həddi 309 ştat vahidi, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin işçilərinin say həddi 315 ştat vahidi, Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin işçilərinin say həddi 908 ştat vahidi, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun işçilərinin say həddi 4525 ştat vahidi, Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti aparatının işçilərinin say həddi 30 ştat vahidi olaraq müəyyən edilib. Beləliklə, nazirlik sistemində 6048 ştat vahidi dövlət qulluğuna aid vəzifələr müəyyən olunub. 23 aprel 2018-ci il tarixdən bu yana Sahil Babayev tərəfindən 3000 nəfərdən artıq dövlət qulluqçusu müxtəlif bəhanələrlə işdən çıxarılıb.
Nərmin Bayramova və Heybət İmanov- "ÖLÜM TACİRLƏRİ"
Nazirlikdə olan mənbədən Miq.Az-a daxil olan məlumatda bildirilir ki, hazırda 3135 dövlət qulluqçusu müddətsiz və 725 nəfər isə müddətli əmək müqavilələri ilə həmin nazirlikdə qulluq keçir. Bu onu deməyə əsas verir ki, hazırda Nazirlik sistemində 2913 ştat vahidi boş iş yeri var. Belə olan halda nazirlik tərəfindən dövlət qulluğuna aid 3628 vəzifə tutulması üçün dövlət qulluğu imtahanlarına çıxarılmalıdır. Lakin, Sahil Babayev məmur soyqırımını və represiyaları daha da dərinləşdirir. Bu günə qədər heç bir dövlət qurumunda bu qədər iri həcmli işdən çıxarma və məmur soyqırımı baş verməyib. Sahil Babayevin rəhbərlik etdiyi nazirliyin prensesi Nərmin Bayramova və Daxili Nəzarət və audit şöbəsinin müdiri (korrupsioner və saxta əlil olduğu haqda iddialar və faktlar var) Heybət İmanov sözün əsl mənasında "ölüm tacirləri"dir. Bu qədər represiyalara dayanıqlılıq göstərən az sayda peşəkar kadr nazirlik sistemində qala bilib. Onların da, sıxışdırılması və işdən çıxarılması üçün təzyiqlər artırılır. Sahil Babayev saxta təbəssümlə yuxarıları inandırmağa çalışır ki, o şəffafdır və onun işinə bu şəxslər maneələr törədir. Buna görə də, o bu qədər iri həcmli soyqırım həyata keçirir və represiyalara əl atır. Lakin, işin əsli belə deyil. Sahil Babayev bütün strukturu başdan ayağa dəyişmək və publikləşmək niyyətindədir. O, indiyə qədər boş qalan vakant iş yerlərini Dövlət İmtahan Mərkəzinə müsahibə və müsabiqə üçün təqdim etmir. Ona görə ki, o işə götürdüyü təcrübəsiz, savadsız və təhsili həmin vəzifələrə uyğun olmayan kadrları imtahanlardan keçirə bilmir. Bu səbəbdən onun yeganə ümidi qalıb publikləşmə məsələsinə.
Nərmin Bayramovanın daxili və ümumi müsahibələr yolu-1000 nəfərdən artıq şəxs...
Düzdür, ötən müddət ərzində Nərmin Bayramova əvvəllər Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada işlədiyinə görə 1000 nəfərdən artıq şəxsi daxili və ümumi müsahibələr yolu ilə imtahanlardan keçirə bilib. Lakin, onun DİM rəhbərliyi ilə münasibəti kütləvi olaraq saxtalaşmaya imkan vermir. Buna görə də, onların yeganə ümidi qalıb publikləşməyə. Müvafiq qurumlar Sahil Babayevin kadr məsələləri üzrə korrupsiya şəbəkəsini ifşa etmək və faktlarını araşdırmaq qərarına gəlsələr, 2018-2019-cu illərdə işə qəbul olunan işçilərin əmək müqavilələrinə nəzər yetirmələri kifayət edər. Kadrların işə qəbul olunmasında Sahil Babayev əsasən bu metotdan istifadə edir. İlk olaraq müddətli əmək müqaviləsi ilə işçi işə qəbul olunur və bir müddət sonra həmin vəzifə Dövlət İmtahan Mərkəzinə müsahibə və müsabiqə üçün təqdim olunur.
Həmin şəxs işə götürüldüyü vəzifə üzrə imtahanlardan keçənə qədər başqa şəxslər imtahanlardan uğur qazansa belə həmin vəzifəyə təyin olunmur. Əfsuslar olsun ki, Sahil Babayevin saxta təbəssümü onun bu qədər özbaşınalıqlarını ört basdır etməyə kifayət edir. Bir az əvvəl nazir Sahil Babayevin DTX rəisi general-leytenant Əli Nağıyev ilə müqayisəsini boşuna aparmadıq. Sözün əsl mənasında Əli Nağıyev öz işinin peşəkarıdır və dövlətin təhlükəsizliyi üçün əlindən gələni edir. Bu gün həm daxili, həm də xarici qüvvələr ölkəmizin sabitliyini pozmağa çalışır.
Məmur soyqırımını Sahil Babayev şəffaflıq nağılları ilə ört basdır edir. Düzdür, bu gün bir çox məmur vətəndaşlardan haqsız rüşvət tələb edir. Bu etik cəhətdən düzgün olmasa da, məmurların düşük əmək haqqı ucbatından bu cür əyri yola düşdükləri ortadadır. Lakin, Sahil Babayevin korrupsiya oyunları isə talançılıq, dövlətə və xalqa xəyanətdir.
Biz Sahil Babayevi Prezidentə sədaqətli olmağa və xalqa qərəzli olmamağa çağırırıq.
Araşdırmalarımız davam edir. Bizi izləyin. Bu yaxınlarda oxuyacağınız daha bir araşdırma yazısından sonra bir daha başa düşəcəksiniz ki, ölkənin ən ağır və məsuliyyətli nazirliyini Sahil Babayev hansı vəziyyətə gətirib?
Paylaş:
Müəllif : Yazar
Tarix:14-11-2019, 10:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-11-2019, 10:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01