Kredit kartlarından faizsiz istifadənin yolu budur... - MÜSAHİBƏ
Azərbaycanda kredit kartlarının sayı sürətlə azalır. Təkcə bu ilin 9 ayında kredit kartlarının sayında azalma yüz min ədədə yaxınlaşıb.
Ümumiyyətlə, Azərbaycanda kredit kartlarının sayının pik dövrü 2014-ci ilə təsadüf edib. Həmin ildə 1 milyon 302 min ədədə çatan kredit kartları devalvasiyadan sonra tədricən azalaraq 2019-cu ilin sentyabr ayına 760 minə düşüb. Yaranmış durumla bağlı Qaynarinfo-nun suallarını bank məsələləri üzrə ekspert Elman Sadıqov cavablandırıb:
- Kredit kartlarının azalması ilə bağlı müxtəlif fikirlər səslənir. Təbii ki, problemin obyektiv və subyektiv səbəbləri var. Sizcə, əsas səbəblər hansılardır?
- Bildiyiniz kimi, son dövrlərdə istehlak kreditlərinin artım tempinin biznes kreditlərinin artım tempini üstələməsi ciddi narahatlıq doğurdu. Hətta ölkə rəhbərliyi səviyyəsində məsələyə reaksiya verildi, eyni zamanda maliyyə sektorunun özündə də bu narahatlıq özünü büruzə verdi. Ona görə də hazırda ciddi şəkildə istehlak kreditlərinin nisbətən azaldılması istiqamətində addımlar atılır. Kredit kartları da istehlak kreditləri kateqoriyasına daxil olduğu üçün bu istiqamətdə görülən hər hansı bir tədbir kredit kartlarına da mənfi təsir göstərir. Yəni azalmanın səbəblərindən biri budur. Başqa bir səbəb Azərbaycanda kredit kart kültürünün nisbətən zəif olmasıdır. Dünya banklarında kredit kartlarının istifadə proseduru, şərtləri fərqlidir. Məsələn, bizdə kredit kartlarından nağd vəsaiti bankomatdan çəkərək hər hansı bir bahalı əşyanı alıb sonra uzun müddət onun faizini ödəmək üçün istifadə edirlər. Buna görə də kredit kartlarını iri məbləğli götürürlər, sonradan ödəyə bilmədikləri üçün annutet qaydada ödənən kreditə çevirirlər. Amma kredit kartları sadəcə və sadəcə əsasən aylıq müəyyən xərclərin ödənməsi üçündür. Taksit, bonus kartlarından düzgün istifadə isə ciddi maliyyə savadlılığı və düzgün hesablamalar tələb etdiyi üçün nisbətən yüksək risklidir. Kartlardan əhalinin düzgün istifadə etməməsi, böyük məbləğdə vəsaitin kartdan nağd çıxarılması və sonradan ödənə bilməməsi, daha çox nağd şəkildə istifadə və s. bu kimi səbəblərdən bu sahədə böyük problemlər yaratdı. Növbəti məsələlərdən biri ölkəmizdə, xüsusilə rayonlarımızda ödəniş terminalları ilə bağlı infrastrukturun hələ zəif olmasıdır. POS-terminallardan aktiv istifadəyə meyil iri marketlər istisna olmaqla demək olar ki, yoxdur. Bakıda nisbətən vəziyyət yaxşı olsa da, rayonlarda kredit kartlarının istifadə dairəsi hələ də çox deyil. Kredit kartlarının azalmasını şərtləndirən, istifadəsini məhdudlaşdıran amillər bunlardır.
- Elman müəllim, 2014-cü ildə, yəni 5 il əvvəl kredit kartlarının sayı indikindən iki dəfə çox idi. Halbuki onda infrastruktur indikindən qat-qat zəif idi.
- Mən qeyd etdim: şərtlərdən birincisi budur ki, əhali o vaxt kredit kartlarında borclanırdı. İstehlak kreditlərində o vaxt limit də yox idi. İndi məsələn, bütün kreditləriniz üzrə aylıq cəmi ödənişləriniz aylıq gəlirinizin 45 faizindən çox ola bilməz. O vaxtı belə əmsallar yox idi, ona görə də insanlar banklardan 2, 3, 5 minlik kredit kartları götürürdülər. Bir nəfər müxtəlif banklardan bir neçə kredit kartı götürürdü. Amma bütün bunlar sonradan müəyyən problemlər yaratdı. Bəli, infrastruktur o vaxt da geniş deyildi. Amma onda əhali kredit kartından gündəlik xərc üçün, marketdən nəsə almaq üçün istifadə etmirdi. Kredit kartını götürürdü, gedirdi bankomatdan nağd pulunu çıxarırdı, sonra gedirdi xərcləməyə. Bu da kart sayını artırırdı. Daha konkret desək, o artım kartlara olan tələbatdan deyil, o kartların içindəki pula olan tələbatdan irəli gəlirdi. Məsələn, dünyada belə bir təcrübə var: kredit kartının tutaq ki, 30-40-50 faizini nağdlaşdırmaq mümkündür, qalan hamısını nağdsız ödəniş şəklində istifadə edə bilər kart sahibi. Bizdə isə buna keçid hələ indi başlayıb. Artıq banklar tərəfindən kredit kartlarına olan tələblər sərtləşib. Əgər infrastruktur rayonlarda da inkişaf etsə, alış-veriş POS-terminallarda kredit kartları vasitəsilə ödənsə kredit kartları həm artar, həm düzgün istifadə olunar. Yəni burada iki məsələ var: keyfiyyət və kəmiyyət. Biz hazırda sadəcə kredit kartları haqqında kəmiyyət baxımından danışırıq. Əsas məsələ, kartlardan düzgün və səmərəli istifadədir. O vaxt çox idi bəli, əhali ödəyə bilmədi, nağd kreditə çevirdi.
- Nə təklif edirsiniz, kredit kartlarının sayının artırılması üçün hər hansı tədbirlərin görülməsinə ehtiyac varmı? Mən həm də vurğulamaq istəyirəm ki, kredit kartlarının azalması nağdsız ödənişlərlə bağlı aparılan dövlət siyasətinə zərbədir.
- İstehlak kreditlərinin həddən artıq azaldılmasının da müsbət və mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, əhali həddən artıq lüzumsuz borca düşmür. Mənfi tərəfi isə odur ki, dövriyyədə pul kütləsi azalır, aktivlik aşağı düşür, istehlak zəifləyir və s. Amma kredit kartları ilə bağlı məsələlərdə ən böyük zərbə nağdsız ödənişlərlə bağlı dövlət proqramının icrasına dəyir. Bu, çox önəmli məsələdir. Kredit kartlarının azalmasının ən böyük mənfi təsiri budur. Kredit kartlarının sayı artırılmalıdır, bəli. Amma bu, təkcə kəmiyyət üçün olmamalıdır, keyfiyyətə də ciddi önəm verilməlidir. Şəbəkə qurulmalıdır, dövlətin atdığı addımlar var, orda da fərqli yanaşma olmalıdır. POS-terminallarla bağlı cəza mexanizmi ilə paralel olaraq təşviq tədbirləri də olmalıdır. Mən 2000-ci illərin əvvəllərində plastik kartlar departamenti qurarkən Türkiyədə oldum və təcrübə ilə maraqlandım. Digər ölkələrin də təcrübəsini araşdırdım. Gördüm ki, 1980-ci illərdə məsələn, qardaş ölkədə cəza mexanizmləri ilə bərabər təşviq tədbirləri də olub. Dövlət müəyyən təşviq mexanizmləri tətbiq edir, məsələn, alış-veriş nağdsız olarkən ƏDV differensial olur. Təbii ki, sui-istifadələr də ola bilər, amma bunun da qarşısını almaq mümkündür. Bir sözlə, cəza mexanizmi də olmalıdır, təşviq də. Bir də biz çalışmalıyıq ki, istehlak kreditlərinin artım tempinin azalması zamanı kredit kartları da azalmasın. Maarifləndirmə aparılmalıdır və əhali başa düşməlidir ki, kredit kartları istehlak kreditləri kateqoriyasına aid olsa da, fərqli, spesifik kreditdir. Bayaq da qeyd etdiyim kimi, əsas məsələ səmərəli təşviq mexanizmlərinin də olmasıdır.
- Faiz yükü necə, sizcə, kredit kartlarında faiz dərəcələri azaldılmalıdırmı?
- Ümumiyyətlə, dünyada kredit kartları üzrə faizlər yüksəkdir. Çünki kredit kartları ən riskli kreditlərdir. Girvosuzdur, təminatsızdır. Dünyada məsələn, biznes kreditlərinin 6-7 faiz olduğu ölkələrdə kredit kartları 17-18, 20 faizdir. Amma məsələ ondan ibarətdir ki, əgər siz kredit kartından düzgün istifadə etmiş olsanız, heç bir komisyon və faiz ödəmirsiniz. Siz gedib POS-terminaldan ödəniş edib bir mal alırsınız. Bu halda komisyon faizi 0 faizdir, 30-35 gün ərzində siz həmin vəsaiti banka geri ödəyirsinizsə, heç bir faiz ödəmirsiniz. Mən ona görə deyirəm ki, kredit kartlarından düzgün istifadə etmə ilə bağlı maarifləndirmə lazımdır. Kredit kartlarında gecikmə borcun üzərinə çox faiz gətirir. Bizdə əhali bir dəfəyə nağd çəkdiyi məbləğ üzrə 9 ay, 1 il heç bir ödəniş etmir. Nəticədə borc yükü artır. Burada qızıl qaydalardan biri budur ki, yüksək məbləğli alışlar üçün kredit kartı yox, aylıq ödənişli istehlak kreditləri daha sərfəlidir. Kredit kartı ilə yüksək məbləğdə alış-verişi yüksək əməkhaqqı olan adamlar etməlidir ki, ayın əvvəlində istifadə etdiyi vəsaiti ayın axırı faizsiz və komisyonsuz geri qaytara bilsin. Hissə-hissə (taksit) ödənişli kredit kartlarından düzgün və səmərəli istifadə isə ayrıca olaraq geniş və dərin mövzudur. Burada yanlış istifadə və borc yükünə nəzarət etməmək sonda böyük problemlər yarada bilər.
Qaynarinfo
Paylaş:
Müəllif : Yazar
Tarix:14-11-2019, 10:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-11-2019, 10:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti