Milyonluq cinayətdə İlham Məmmədovun adı hallanır... - İDDİA
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində Bakı şəhərində daha bir cinayətkar şəbəkənin ictimaiyyət arasından şok yaradan qanunsuz əməlləri ifşa edilib.
Respublika Baş Prokurorluğunun yaydığı məlumata görə, bu bu cinayətkar şəbəkənin başında Rəşad İmran oğlu İsgəndərov durur. Baş İdarəyə daxil olan məlumatlara görə, bu cinayət işində tanışı Kılıç Murat oğlu Mustafa və digər bir qrup şəxs də Rəşad İsgəndərovla qabaqcadan əlbir olublar. 2018-2019-cu illər ərzində, faktiki olaraq, bank fəaliyyəti ilə məşğul olan şəbəkə başçısının qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına əsaslı şübhələr müəyyən edildiyindən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Rəşad İsgəndərovun haqqında cinayət işi başlanıb və o, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Həbs olunanlar: sağdan birinci Rəşad İsgəndərov, ortadakı - Murat Kılıç
Xüsusilə külli miqdarda gəlir əldə etməklə, qanunsuz sahibkarlıqla məşğul olduğu müəyyən edildiyindən, onun barəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.3.2-ci maddəsi ilə ittiham elan edilib. Binəqədi Rayon Məhkəməsi isə, öz qərarı ilə, cinayətkar şəbəkə rəhbəri barəsində həbs qətimkan tədbiri seçib. Hazırda isə, cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyən edilərək, məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Gundemxeber.az-a ötürdüyü məlumatlarındakı faktların dəqiqəliyinə şübhə etmədiyimiz etibarlı mənbəmiz də bildirir ki, cinayətkar şəbəkənin başçısı kimi həbsinə indi qərar verilən Rəşad İsgəndərov bu tip qanunsuz əməllərlə çoxdan məşğul olurmuş. Bu barədə əlindəki faktların çox olduğunu da deyən mənbəmiz iddia edir ki, cinayətkar şəbəkənin başçısı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına -- vergi uçotuna alınmadan və xüsusi razılıq -- lisenziya almadan pul vəsaitlərinin müəyyən xidmət haqqı müqabilində, qanunsuz olaraq, ayrı-ayrı şəxslərdən qəbul olunması və həmin şəxslərin sifarişiylə, üçüncü şəxslərə təhvil verilməsi üzrə xidmət göstərilməsindən ibarət qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Bunun müqabilində əldə etdiyi milyonları
Kılıç Mustafa və digər cinayət ortaqları ilə aralarında bölüb.
Deyilənlər barədə, hüquq-mühafizə orqanlarının əllərində belə təkzibolunmaz faktlar olub. Lakin Rəşad İsgəndərovun arxasında duran nüfuz sahibləri, indiyədək, onun cinayətkar şəbəkəsinin qanunsuz əməllərinin ifşa olunmasına imkan verməyiblər. Nəticədə, o, öz əlaltılarının hərtərəfli köməyi ilə, rahat formada, paytaxt Bakının Binəqədi rayonu ərazisində yerləşən ofisində gizli formada qeydiyyatını və mühasibatlığını aparmaqla, ona müraciət edən ayrı-ayrı şəxslərdən aldığı müxtəlif məbləğlərdə pul vəsaitini, Türkiyədə qəbul etməli olan şəxslərə təhvil verilməsini təşkil edib. Habelə, eyni məqsəd və üsulla, həmin ölkədə fəaliyyət göstərən belə qruplar tərəfindən qəbul edilmiş pul vəsaitlərini, bizim ölkədə ayrı-ayrı şəxslərə çatdırmağa da rahat şəkildə nail olub. Bütün bunların müqabilində həmin cinayətkar şəbəkə külli miqdarda pul qazanıb. Yeri gəlmişkən, qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanan həmin cinayət işi barədə Respublika Baş Prokurorluğunun yaydığı məlumatda göstərilənlər də, etibarlı mənbəmizin bu cinayətkar şəbəkənin külli miqdarda pul qazanmasına aid ortaya çıxardığı faktlarının daha bir təsdiqidir.
Qeyd edək ki, ifşa olunan cinayətkar şəbəkə başçısının razılığı ilə, indiyədək, Türkiyədə fəaliyyət göstərən belə qruplar tərəfindən qəbul edilmiş pul vəsaitlərini, rahat şəkildə, bizim ölkədə ayrı-ayrı şəxslərə çatdırmaq üçün, düz, 14.553 qanunsuz əməliyyat həyata keçirilib. O, yalnız bunun müqabilində, ümumi dövriyyəsi 88 milyon 744 min ABŞ dolları və 6 milyon 110 min Avro təşkil edən (həmin dövrün məzənnəsi ilə ümumilikdə 162 milyon 720 min manat) 1 milyon 344 min manat məbləğində pul vəsaitini gəlir qismində əldə edib. İstintaq zamanı deyilənlər təsdiqini tapdığından, Rəşad İskəndərovun ofis kimi istifadə etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən 7 saylı evin 17 nömrəli mənzilinə baxış da keçirilib. Baxış zamanı cinayət faktının təsdiqi olan pul vəsaiti və internet avadanlıqları da aşkar edilərək, istintaqçılar tərəfindən götürülüb.
İfşa edilən bu cinaykar şəbəkənin uzun zaman gizli qalan əməlləri ilə bağlı əməkdaşlarımız da, araşdırma aparıblar. Məlum olub ki, əslində, bu cinayətkar şəbəkədə birləşənlərin başında duran Rəşad İsgəndərov deyil. O və ətrafındakılar, birbaşa, mafiya lideri İlham Almas oğlu Məmmədovun tapşırıqlarını yerinə yetirib, ona arxayın olaraq, belə təhlükəli qeyri-qanuni işlərə girişiblər. Onların digər bir dəstəkçisi isə, Salman İsgəndərov olub. Üç nəfər bu qatı cinayətkarı bir-birləri ilə yaxın qohumluq telləri də sıx bağlayır. Rəşad Isgəndərov İlham Məmmədovun qudası, daha doğrusu, bu mafiya başçısının kürəkəninin qardaşı, Salman İsgəndərovun isə, qaynıdır. İlham Məmmədovun arxasında durduğu Salman İsgəndərov bütün isgəndərovların ağsaqqalı hesab olunur. Elə, mafiya başçısının göstərişi ilə də, ağsaqqal Rəşad İsgəndərovun bu qeyri-qanuni işinin daha da "çiçəklənməsinə" 1 milyon 750 min manat yatırım qoyub.
İlham Məmmədov tam razılıq verəndə, Salman İsgəndərov və qaynı öz cinayət əməllərini mərhələ-mərhələ davam etdiriblər. Onu da qeyd edək ki, Azərbaycandan Türkiyəyə külli miqdarda qanunsuz pul daşınmasını Rəşad İsgəndərov və onun digər cinayət ortaqları "Lüks İstanbul" Avtobusla Turizm firmasının xətti ilə daha asan həyata keçiriblər. Qeyd edək ki, Salman İsgəndərov bu firmanın, mafiya başçısı ilə, təsisçi ortağıdır. Etdiyi hansısa bir cinayətinə ucbatından, İlham Məmmədov onun, etdiyi hansısa bir cinayətinə görə, bu yaxınlarda ölkədən çıxıb, qaçmasını təşkil edə də bilib.
Bəs, İlham Məmmədov kimdir? Nədən, o, etdiyi bu ağır cinayətlərinə görə, indiyədək, həbs olunmayıb? Bu və digər sualların cavabı növbəti yazımızda.
Gundemxeber.az
Paylaş:
Müəllif : Yazar
Tarix:11-11-2019, 09:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-11-2019, 09:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11