“Təhsilə rüşvəti, qohumbazlığı, yerlibazlığı Misir Mərdanov gətirib” - İTTİHAM
“Misir Mərdanov heç zaman müəllimlərin əmək haqqının qaldırılmasını düşünmədi. Mən onunla işləmişəm. O, nazirlikdən ancaq gəlir mənbəyi kimi istifadə edirdi”.
Bunu “Yeni Sabah”a açıqlamasında təhsil üzrə ekspert Etibar Əliyev deyib. O, sabiq təhsil naziri Misir Mərdanovun İctimai Televiziyada qonaq olduğu “3D” verilişində səsləndirdiyi “müəllimlərin maaşı 2000 manat olmalıdır” fikrinə münasibət bildirərkən deyib. Ekspert M. Mərdanovun təhsil naziri olduğu dönəmdə təhsilin bütün sahələrində rüşvətxorluğun hökm sürdüyünü bildirib:
“Baxçadan tutmuş ali məktəblərə qədər onun yeganə məşğul olduğu sahə korrupsiya idi. Kimlər pulu vermirdisə, onlara qısa zamanda komissiya göndərilirdi və həmin şəxslər işdən azad olunurdu. Mən bunları dəqiq deyirəm və istəyir, məni məhkəməyə versin. İkincisi, müəllimlərin maaşının yüksəldilməsi Mikayıl Cabbarovun nazir təyin olunduğu dövrdən sonra başladı. Misir Mərdanov isə işlədiyi dövrdə rüşvətxorluğu güdürdü. Onun niyyəti yalnız bu idi. O, desə ki, hansısa bir nazirlikdən normativ sənədin qəbul olunması və yaxud təhsil haqqında qanun qəbul edilməsində hansısa inkişafa nail olub, bu, mümkün deyil. Çünki sistem son dərəcə korrupsiyaya qurşanmış sistem idi”.
Ekspert Mikayıl Cabbarovun təhsil naziri seçilməsindən sonra bu kimi halların qarşısının alındığını söyləyib:
“Misir Mərdanov tələbə köçürmələri ilə bağlı milyonlarla pul qazanırdı. Mikayıl Cabbarov gələndə bunun qarşısı alındı, elektron sistemə keçirildi. Təsəvvür edin, 2500 saxta diplomlu müəllim M.Cabbarov nazir təyin olunandan sonra məktəbdən uzaqlaşdırıldı. İmtahan və müsabiqə yolu ilə müəllimlərin seçilməsinə başlanıldı. Artıq görürük ki, ən yüksək bal toplayan müəllimlər ucqar rayonları da seçirlər. Bu, böyük yenilikdir”.
E.Əliyev sözügedən verilişdə eks nazirin “mənim vaxtımda ümumtəhsil məktəblərini və müəllimləri xalqın gözündə qaldırdıq” fikirlərinə sərt münasibət bildirib. O, həmin zamanda korrupsiyanın, qohumbazlığın olduğunu və bunun xalqda nifrət yaratdığını vurğulayıb:
“Mən başa düşə bilmirəm, necə qaldırdılar?! Əgər rayon təhsil şöbəsinin müdirləri, məktəb drektorları rüşvətlə təyin olunurdusa, eyni zamanda bu qədər korrupsiya ilə diplom verilirdisə, bu xalqın gözündə necə qaldırıla bilərdi? Xalqın gözündə təhsili necə qaldıra bilərlər? Onun çıxışı tam məsuliyyətsiz çıxışdır. Ona Azərbaycan cəmiyyəti nifrət etməlidir. Təhsilə son 15 ildə ən böyük rüşvəti, qohumbazlığı, yerlibazlığı Misir Mərdanov gətirib. Yəni, mənim bununla bağlı dünya bankının talanmasından başlayaraq, İKT (İnformasiya və Komunikasiya Texnologiyaları) üçün məktəblərə ayrılan 30 milyon vəsaitin talanması ilə bağlı bütün faktları açıqlaya bilərəm. Bu adamın Azərbaycan cəmiyyətində söz deməyə haqqı yoxdur. Çox təəssüf ki, təmiz işləyən Lidiya Rəsulovadan sonra bu adam Azərbaycan təhsilinə rəhbərlik etdi”.
O, eyni zamanda Misir Mərdanovun “15 illik Təhsil naziri işlədiyim dövrdə elə bir səhv qərarım olmayıb ki, indi fikirləşim, kaş onu ləğv edərdim" fikirlərinə etiraz edib. Ekspert sabiq nazirin etdiyi səhv qərarlardan danışıb:
“Ən səhv qərarı düşünülməmiş kurikulumların qəbuludur. Səhv qərarı Dünya Bankının müəyyənləşdirdiyi təhsil inkişafı üzrə proqramı başqa səmtə yönləndirməsi idi. Burada 45 milyon dollara yaxın yeyinti var. Bunun heç bir xeyiri olmadı. 2007-ci ildə ölkə başçısı İlham Əliyevin imzaladığı orta məktəblərin informasiya-komunikasiya texnologiyaları ilə təmin olunması ilə bağlı 30 min ayrılan pul rüşvətə yönləndirildi. Başda Misir Mərdanov olmaqla “Kür” komputer şirkəti yaratdılar və bütün vəsaiti oraya axıtdılar. Məktəblərə verdiyi komputerlərin heç bir əhəmiyyəti olmadı. Bunların hamsının kökündə cinayət məsuliyyəti dayanır. Bunların hesabatı aparılmalıdır. “3D”də ağzına gələni danışmaqdan söhbət getmir. Bu adam Azərbaycan təhsilinin təməlini uçurdub, təməlini rüşvətlə qurub”.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-11-2019, 18:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-11-2019, 18:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11