Azərbaycanda pivə şirkəti aksizin artırılmasına – ETİRAZ EDİR
Ötən həftə məlum oldu ki, gələn il Azərbaycanda istehsal olunan içməli spirt, pivə, spirtli içki və tütün məhsullarına vergi dərəcələrinin artırılması planlaşdırılır.
regionxeberlericom.az FED.az-a istinadən xəbər verir ki, güclü alkoqol məhsullarına nisbətən pivə məhsullarında artım dərəcələrinin yüksək olacağını nəzərə alaraq, məsələ ilə bağlı ölkənin ən böyük pivə istehsalçısı olan Carlsberg Azerbaijan-ın baş direktoru Vyaçeslav Maltsevə müraciət etdik.
- Vergi Məcəlləsinə aksiz vergisinin artırılması ilə əlaqədar dəyişiklikləri nəzərdə tutan qanun layihəsi barədə nə düşünürsünüz?
- Əlbəttə biz başa düşürük ki, aksiz vergilərinin artırılması normal təcrübədir, lakin bu artım dövlətin bir neçə illik artım proqramının elan edilməsini nəzərdə tutan təqvimə uyğun həyata keçirilməlidir. Artım addım-addım və mütərəqqi olmalıdır. Bu vəziyyətdə isə artım əhəmiyyətli və birdəfəlikdir, belə ki, əgər şərab üçün planlı artım 100% təşkil edirsə, pivə üçün bu 150%, tünd içkilər üçün isə 60% təşkil edir.
- Carlsberg biznesi Azərbaycanda necə inkişaf edir və ölkənin investisiya mühitini necə qiymətləndirirsiniz?
- Carlsberg Group rəhbərliyi Dövlətin son bir neçə ildə biznesi dəstəkləmək və kölgə bazarı ilə mübarizə məqsədi ilə atdığı addımları yüksək qiymətləndirir. Bu cür yanaşma ədalətli rəqabət və sağlam biznes mühiti yaradır. Bu isə xarici investorların cəlb edilməsi baxımından ölkənin imicinə müsbət təsir göstərir. Bazarın “ağardılması” və son illər bütün bazar iştirakçıları üçün bərabər şəraitin yaradılması, aksiz siyasətinin sabitliyi 2017-ci ildən etibarən şirkətin satışında müsbət dinamikaya gətirib çıxartdı, bu da müvafiq olaraq, vergi ödənişlərimizə təsir göstərdi. Təkcə 2018-ci ildə şirkətimizin vergi ödənişlərinin məbləği 18 milyon AZN təşkil etmişdir ki, bu da 2017-ci ildə həyata keçirdiyimiz ödənişlərdən 2 milyon AZN çoxdur. Ümumiyyətlə, Azərbaycanın pivə bazarı qonşu ölkələrlə müqayisə edilməyəcək dərəcədə kiçikdir. Belə ki, Gürcüstanda pivə bazarı 5-6 dəfə, Ukrayna və Belarusda isə 10 dəfəyə qədər böyükdür. Bu da o deməkdir ki, əgər Azərbaycanda tünd içkilər, şərab və pivənin adambaşına istehlakı düzgün bölüşdürülərsə, pivə bazarının inkişafı üçün potensial böyükdür. Düzgün bölüşdürülmə isə istehlakın zəif içkilərə doğru yönəlməyini nəzərdə tutur. Biz Azərbaycan pivə bazarının inkişafına inandığımız üçün bura sərmayə yatırmaqda və inkişaf etməkdə maraqlıyıq.
- Digər spirtli içkilərlə müqayisədə pivəyə tətbiq olunan aksiz vergisinin ciddi artımını necə şərh edərsiniz?
- Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər, yəni pivəyə tətbiq olunan aksiz vergisinin 150% və bu artımın çox alkoqollu içkilərlə müqayisədə üç dəfə artırılması, bizi çox təəccübləndirdi. Diqqətimizi həmçinin konyaka aksiz vergisinin azaldılması çəkdi. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və dünya üzrə aksiz sektorunun tənzimlənməsi təcrübəsinə əsasən, dövlətin yanaşması alkoqollu içkilərin azaldılması istiqamətində və alkoqollu içkilərin növləri arasında istehlakın düzgün nisbəti ilə tənzimlənməlidir. Digər tərəfdən, zəif və güclü alkoqollu içkilər arasındakı nisbət Avropada 1:3-ə bərabərdir, aksiz sektorunun tənzimlənməsi baxımından bu nisbət optimal hesab edilə bilər (içkilərin tərkibində təmiz alkoqolun miqdarına əsaslanan hesablama). Təəssüf ki, hazırda Azərbaycanda bu nisbət cəmi 1:1.25- ə təşkil edir, bu da optimal yanaşmanın yarısını təşkil edir. Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər qəbul edildiyi təqdirdə nisbət 1:0.8 səviyyəsində düşəcək ki, bu da ölkədə spirtli içki istehlakının strukturuna mənfi təsir göstərəcək. Hazırda Azərbaycanda çox spirtli içkilərin adambaşına istehlakı inkişaf etmiş ölkələrlə müqayisədə yüksəkdir. İnkişaf etmiş ölkələrdə bu nisbət az alkoqollu içkilərin xeyrinədir. Xüsusi olaraq, pivə haqqında danışsaq, aksiz rüsumunun 0,2 manatdan 0,5 manata (150%) birdəfəlik artması məsul istehsalçıların kəskin artan xərcləri öz üzərinə götürə bilməməsinə, buna görə də məhsul qiymətlərini qaldırmasına səbəb olacaq. Belə gedişlə, pivə kifayət qədər bahalı və orta gəlirli istehlakçılar üçün əlçatmaz olacaq. Digər tərəfdən, Qərbi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, aksiz rüsumunun artması, bir qayda olaraq, ölkədə kölgə iqtisadiyyatının çiçəklənməsinə səbəb olur, bu da, dövlətin son illərdə uğurla həyata keçirdiyi “ağartma” siyasətinə ciddi zərbə vura bilər. Kölgə iqtisadiyyatının genişlənməsi əhalinin sağlamlığına mənfi təsir göstərəcək. Belə ki, vergilərdən yayınmaqla yanaşı, bazara keyfiyyəti hətta minimum tələblərə cavab verməyən məhsullar çıxacaq. Bu da istehlakçıların sağlamlığı üçün təhlükəlidir. Digər tərəfdən, tünd içkilərin əlçatanlığı və zəif içkilərin bahalı olması uzunmüddətli perspektivdə əhalinin alkoqolizasiyasına səbəb olur. Yuxarıda sadaladıqlarımı nəzərə alsaq, pivə unikal məhsula çevriləcək və bu, ölkədə pivə bazarının məhvinə səbəb olacaq. Pivə qiymət baxımından adi istehlakçı üçün əlçatmaz olacaq və yaranmış boşluğu doldurmaq üçün qara bazar vergidən yayınma hesabına istehlakçılara münasib qiymətə, amma daha aşağı keyfiyyətli pivə təklif edəcək. Açığı, bu təşəbbüs nəinki şirkətimizin gəlirliliyini, hətta bazarda fəaliyyətini davam etdirmə ehtimalını sual altına qoyur. Çox ümid edirik ki, aksiz vergilərinin artırılmasına dair yanaşma hökumət tərəfindən yenidən nəzərdən keçiriləcək və pivə kateqoriyasındakı artım tünd alkoqollu məhsullarına nisbətən daha aşağı olacaq.
***
“Carlsberg Azerbaijan” pivə zavodu Azərbaycanın paytaxtından 10 kilometr məsafədə, Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 milyon dekalitrdir, şirkətdə təxminən 260 nəfər işləyir və təxminən 400 nəfər əlavə cəlb olunub (distribyutor, agentlik, podratçı). Şirkətin zavodun inkişafına yatırdığı ümumi sərmayə təxminən 50 milyon AZN təşkil edir. Şirkətin məhsul portfelinə “Xırdalan”, “Tuborg”, “Baltika 7”, “Baltika 0”, “Baltika 9”, “Baltika KULER”, “Efsane”, “Jigulyovskoye Firmennoe”, “Carlsberg”, “Holsten”, “Kronenbourg Blanc”, “Seth & Riley's Garage” kimi məşhur markalar daxildir.
Carlsberg Group 1847-ci ildə təsis edilib və hazırda dünyanın ən böyük pivə istehsalçılarından biridir. Şirkətin baş ofisi Danimarkanın paytaxtı Kopenhagendə yerləşir. “Carlsberg Group” dünyanın üç böyük regionda - Qərbi və Şərqi Avropada, həmçinin Asiyada onlarla fabriklərə malikdir və məhsulları 150 ölkədə təmsil olunur. Şirkətin portfelinə 140-dan çox pivə markası daxildir. “Carlsberg Group”-un işçilərinin ümumi sayı 42 mindən çoxdur.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-11-2019, 10:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-11-2019, 10:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01