Dəyişiklik sırası icra başçılarına çatır - Gözlənti
Prezident İlham Əliyevin oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə - iqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edən zaman səsləndirdiyi fikirlər ölkədə iqtisadi islahatlarla bağlı daha ciddi mərhələnin və sərt tədbirlərin aparılacağı ilə bağlı anons kimi dəyərləndirildi. Xüsusən kiçik və orta sahibkarlığın inkişafı və onların qarşısında duran süni problemlərin aradan qaldırılması yeni nazir qarşısında ciddi bir vəzifə kimi qoyuldu.
Dövlət başçısı vurğuladı ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır: “Bizdə isə hələ ki belə deyil. Biz də çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir. Hüquq-mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar və siz nazir kimi çalışmalısınız ki, belə hallara yol verilməsin, əgər yol verilərsə, dərhal məni məlumatlandırın. Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcəkdir. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz».
Dövlət başçısı onu da qeyd edib ki, haqsız rəqabətin qarşısı alınmalıdır: “Eyni zamanda haqsız rəqabət, bu da bizim üçün böyük yaradır. Buna təkan verən dövlət məmurlarıdır, hansıların ki, biznes maraqları var. Onlar öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxarırlar, bəzi hallarda şərləyirlər. Elə şərait yaradırlar ki, onlar məcbur olub ya bizneslərini satsınlar, ya da ki, çıxıb getsinlər. Buna da yol vermək olmaz, heç kimdən çəkinmədən. Mən bilirəm, sizə nazir kimi, xüsusilə vergilər naziri kimi, bəziləri təzyiqlər göstərməyə çalışırdılar ki, bizim biznesimizə dəymə. Mən bilirəm ki, siz onların qarşısında çox mətanətlə çıxış etmisiniz. Mən bunu həmişə dəstəkləmişəm və sizə həmişə dəstək olmuşam. Demişəm ki, heç kimə baxmadan bütün işlər ən yüksək səviyyədə görülməlidir. Heç kim heç bir imtiyaza sahib ola bilməz. Bir imtiyaz var: vergini vermək, Vətənə ləyaqətlə xidmət etmək və pozuntulara yol verməmək”.
“Yeni Müsavat”a açıqlamasında dövlət başçısının çıxışını dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli hökumət səviyyəsində problemlərin qabardılmasını müsbət qiymətləndirdi: “Bir tərəfdən çox pozitiv hisslər yaşadıq ki,10 ildən çoxdur bu problemlər barədə danışan insanların sözləri sonunda öz təsdiqini tapdı. Nəhayət ki, ölkə rəhbərliyi səviyyəsində bu problemlərin mövcudluğu və bununla mübarizə aparmağın vacib olduğu haqqında danışıldı. Bu tərəfdən bir məmnunluq hissi yaşayırıq. Digər tərəfdən, bir təəssüf hissi də doğurur ki, biz uzun illəri itirdik. 2000-ci illərin əvvəllərində böyük neft pulları gələndə bu yanaşma olsaydı, indi tamamilə fərqli bir Azərbaycanda, tamam fərqli bir iqtisadi situasiyada yaşayardıq. Amma hər halda dövlət başçısının bu çıxışından sonra inhisarçılıq və korrupsiya ilə bağlı, məmurların biznesə müdaxiləsi ilə bağlı real addımların atılmasına ehtiyac yaranıb. Bir etiraf var ki, Azərbaycandakı iqtisadi model həddindən artıq primitivdir. Neftdən asılılıq o qədər böyük səviyyədədir ki, qeyri-neft sektorunun inkişafına ehtiyac yaranıb. Ancaq qeyri-neft sektorunun inkişafı təkcə iqtisadi islahatlardan asılı deyil. Həm də məhkəmə-hüquq sisteminin islahatlarından, həm yeni qanunvericilik aktlarının qəbul olunmasından asılıdır”.
Ekspert vurğuladı ki, Rəqabət Məcəlləsi 11 ildir ki, qəbul olunmur: “Bu məcəllə ilk oxunuşda qəbul olunsa da uzun illərdir parlamentdə yatıb qalıb. Nəyə görə bu məcəllə qəbul olunmur? Rəqabətli mühitin yaranması Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qəbul olunmasıdan, üzvlüyündən keçir ki, burada Azərbaycan müəyyən öhdəliklər götürəcək. Məmur özbaşınalığı, məmurların biznesə müdaxiləsinin qarşısını almaq üçün də kifayət qədər ciddi addımlara ehtiyac yaranacaq. Azərbaycanın Avropa Birliyi ilə üzvlüyü məsələsi var ki, o da həll olunmalıdır. Kölgə iqtisadiyyatı ilə bağlı müəyyən addımların atılması müəyyən effekt verirsə və ölkənin inkişafına təsir göstərirsə belə, prezidentin qeyd etdiyi sahələrdə islahatlar ciddi effekt verənədək dərinləşməlidir. O halda Azərbaycanda biz bunun real nəticələrini görə bilərik”.
N.Cəfərli həmçinin regionlarda investisiya mühitinin yaxşılaşdırılmasının vacibliyinə toxundu: “Dövlət başçısı tərəfindən səslənən fikirlərdən biri də o oldu ki, regionlarda yerli icra başçıları özlərini kifayət qədər sərbəst aparırdılar. İstənilən biznesə müdaxilə etmək hüququnu özlərində hiss edirdilər. İstənilən şəxslərin işlərinə qarışır, özlərini icra başçısı kimi yox, hakimi-mütləq kimi aparırdılar. Fikrimcə, ilk addımlardan biri məhz regionlardakı vəziyyətin dəyişməsi ilə əlaqədar olacaq. Regionlardakı vəziyyətin dəyişməsi, icra başçılarının həm kadr olaraq dəyişməsi, həm də düşüncə olaraq yeni yanaşmanın olması çox vacibdir. Növbəti addım kimi ölkədəki rəqabət mühitinin yaxşılaşdırılması üçün tenderlərin keçirilməsini şəffaflaşdırmaq olar. Burada bir düzən yaradılmalıdır ki, kiçik və orta şirkətlər rahatlıqla tenderlərə qoşulub uda bilsinlər, öz inkişaflarını təmin edə bilsinlər. Rəqabətli mühitin genişləndirilməsi xarici ticarətdə və ölkəyə mal gətirilməsində də özünü büruzə verməlidir. Böyük oyunçular Azərbaycanda həddindən artıq şişiblər və ölkəyə gətirilən məhsulların çeşidinə və həcminə baxdıqda cəmi bir neçə şirkət hegemon rol malikdir. Burada ciddi düzəlişlərə , ciddi rəqabətli mühitin yaranmasına ehtiyac olacaq. Ancaq təkcə söz kifayət etmir, real addımlar atılmalıdır. Məmur biznesdən qoparılmalıdır. Ola bilməz ki, bir şəxs saat 9-dan 18:00-a kimi məmur olsun, sonrakı saatlarda şirkət rəhbərinə çevrilsin. Bu mümkün deyil. Məmur seçim etməlidir - ya gedib biznesi ilə məşğul olsun, ya da yerində qalib məmurluğuna davam etsin. Bu sərt şəkilıdə həyata keçirilməyəcəksə, iqtisadi sahədə atılan addımların effekti minimal olacaq”.
Vüqar Bayramov: “Azərbaycan ÜTT-ə üzv olmasa qeyri-neft məhsullarımızın yeni bazarlara kütləvi çıxışı və eləcə də neftdən kənar sektora böyük məbləğdə sərmayə cəlb etmək də çətin olacaq”
İqtisadçı ekspert Vüqar Bayramov isə hesab edir ki, şəffaflıq və azad rəqabət mühitinin yaradılması üçün Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü məsələsi həll olunmalıdır: “Yeni struktur üçün mühüm addımlardan biri də məhz Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyünün tezləşdirilməsi olmalıdır. Azərbaycan bu təşkilatla 1997-ci ildən danışıqlar aparır. 22 ildir danışıqlar gedir, amma nəticə yoxdur. Dəfələrlə ÜTT üzvlüyünün vacibliyini qeyd etmişik və ekonometrik qiymətləndirmə əsasında hökumətə təkliflər təqdim etmişik. Təəssüf ki, üzvlük istiqamətində real addımlar atılmayıb. Azərbaycan ÜTT-yə üzv olmasa, qeyri-neft məhsullarımızın yeni bazarlara kütləvi çıxışı və eləcə də neftdən kənar sektora böyük məbləğdə sərmayə cəlb etmək də çətin olacaq. ÜTT şəffaflıq və azad rəqabət deməkdir. Aqrar və xidmət sektoruna neqativ təsirləri ilə bağlı deyilənlər isə sadəcə, prosesi uzatmaq məqsədi daşıyırdı. Bu məsələlərə CESD dəfələrlə izahatlar gətirdiyindən yenidən detallı müzakirə açmaq istəməzdik. 19 ildir bu təşkilata üzv olan Gürcüstanda bəyəm aqrar və bank sektoru məhv oldumu? Əksinə, Azərbaycan Gürcüstandan kənd təsərrüfatı məhsulları idxal edir və vətəndaşlarımızın bir hissəsi özlərinə Tiflisdə bank hesabı açıblar. Buna görə də yeni təyinatlardan sonra bu məsələdə də yeni yanaşma nümayiş etdirilməsi çox vacibdir. MDB-də yalnız üç ölkə ÜTT-yə üzv deyil: Azərbaycan, Belarus və Türkmənistan. Belarus və Türkmənistanın olduğu siyahını tərk etməyin zamanı deyilmi?”
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə haqsız rəqabətin aradan qaldırılmasının Azərbaycanda internet provayderlərin fəaliyyətinə də müsbət təsir edəcəyini vurğulayıb: “Prezidentin də çıxışından görünür ki, məmurların biznesə müdaxiləsi, məmur-deputat biznesi ifrat həddədir. Hansı məmurun hansı biznes sahəsinə rəhbərlik etməsini hamı bilir. Özəl sektora ciddi maneələr buradan qaynaqlanır. Ən böyük inhisarçı da elə dövlət qurumlarıdır. Məsələn, NRYTN müxtəlif bəhanələrlə bir anda regiondakı bütün özəl provayderləri oradan çıxarda bilir. Artıq elə rayonlar var ki, heç bir özəl provayder orada qalmayıb. Bir anda özəl provayderlərin on minlərlə müştərisi dövlət provayderlərinə keçirilir.
Özəl provayderlər üçün qeyri-bərabər şərait yaradılır, dövlətə məxsus rabitə resurslarından yalnız dövlət provayderlərinə istifadə imkanları yaradılır.
Telekommunikasiya sektorunda dövlət operatorlarının üstün mövqeyi və dövlətə məxsus rabitə resurslarından üstün istifadə haqqı özəl provayderlərin addım-addım sıradan çıxarılması ilə nəticələnib. Bir sıra dövlət qurumlarında, o cümlədən NRYTN-də bir neçə funksiya, kommersiya, tənzimləmə və idarəetmə funksiyaları cəmləşib. Güman ki, digər sektorlarda da bu tip hallar var. Yeni nazir Mikayıl Cabbarovun dövlət qurumlarının bu funksiyalarını ayırması gərəkir. Ortada prezidentin siyasi iradəsi və qəti tapşırığı var. Buna əsasən ümid edirəm ki, yaxın zamanlarda bu sahədə, rəqabətli mühitin formalaşmasında, məmur-deputat biznesinə son qoyulmasında ciddi irəliləyişlər olacaq. Çox ümid edirəm ki cəmi bir neçə aydan sonra telekommunikasiya sektorunda Müstəqil Tənzimləyici Qurumun yaradılması ilə bağlı Strateji Yol Xəritəsinin tələbləri yerinə yetiriləcək".
Paylaş:
Müəllif : Yazar
Tarix:25-10-2019, 09:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-10-2019, 09:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti