"Məktubu zibil qabına atdıq" - Sabiq səfir “Sülh çeşməsi”nin gizlinlərini açdı
Teleqraf.com-un suallarını Türkiyənin Azərbaycanda səfiri olmuş, hazırda Türk Dünyasının Parlamentlər Birliyinin xarici əlaqələr üzrə baş koordinatoru Hulusi Kılıç cavablandırıb:
- Bu həftə önəmli hadisələr yaşanır, Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 10 illik yubileyi keçirildi və sədrlik ölkəmizə keçdi. Əvvəllər daha çox Türkiyə ilə Azərbaycanın birliyindən danışılırdısa, indi Özbəkistanın üzvlüyü ilə türk birliyi genişlənib və ümidlər artıb. Proses barədə fikirləriniz maraqlıdır...
- Bildiyimiz kimi, 10 il əvvəl Naxçıvan anlaşması imzalandı. O zaman Türkiyənin Azərbaycandakı səfiri idim. Naxçıvan türk dünyasının qapısıdır, köşə daşıdır, o daşı götürsəniz, dağılar. O baxımdan Naxçıvan sazişinin imzalanması böyük əhəmiyyətə malikdir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası), Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA), Türk akademiyası quruldu, daha əvvəl yaradılan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (Türksoy) vardı. Yəni türk birliyi möhkəmləndi. Heç kəs bu birliyə qarşı çıxa bilməz. Çünki bu birlik hərbi ittifaq deyil, son dərəcə təbii, soy-kökə bağlı birlikdir. Ərəb liqası varsa, niyə də Türk birliyi olmasın?! Türk Şurasının artıq 10 illik yubileyi oldu. Özbəkistanın üzvlüyü ilə bu birlik daha da gücləndi. Budəfəki iclasda Türkmənistanın baş nazirinin müavini var idi. İnanıram ki, növbəti zirvə görüşündə Türkmənistanın prezidenti də iştirak edəcək. Bir sözlə, artıq güclü türk birliyi yavaş-yavaş formalaşır. Verilən qərarlar da mühüm əhəmiyyətə malikdir. Diasporların güclənməsi çox vacibdir. Cənab İlham Əliyevin illər əvvəl dediyi “bir millətin iki diasporu olmaz” sözü artıq reallaşmağa başlayır. Buna çox önəm verirəm. Türk diasporları güclənib birlik olacaq, dünyada tək səs eşidiləcək. Birgə investisiya fondunun formalaşması, eləcə də yeni yaradılan koordinasiya komitəsi layihələrin birgə həyata keçirilməsi baxımından mühümdür. Macarıstanın müşahidəçi statusda Türk Şurasına qatılması çox vacibdir. Artıq Avropanın mərkəzində bir türk dövləti var. Budapeştdə də Türk Şurasının təmsilçiliyi açıldı, bütün xərcləri Macarıstan hökuməti qarşılayır. Bundan sonrakı zirvə Türkiyədə baş tutacaq, orada böyük diaspor toplantısı olacaq. Addım-addım gedirik, türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümünə yaxınlaşırıq, düşünürəm ki, qısa müddətdə çox uzun yol qət edilib.
- Türk Dünyasının Parlamentlər Birliyinin xarici əlaqələr üzrə baş koordinatoru kimi qarşıdakı planlarınız nələrdir, hansı layihələr həyata keçirməyi düşünürsünüz?
- Bu, qeyri-hökumət təşkilatıdır, türk dünyası ilə bağlı genişmaştablı işlər nəzərdə tutulub. İctimai birlik kimi parlament diplomatiyası mövzusunda konfrans keçirməyi nəzərdə tutmuşuq. Bu, keçmiş və hazırki deputatların təmsil olunduğu QHT-dir. Daha sürətli işlər görmək qabiliyyətinə malik olduğu üçün mühüm tədbirlər həyata keçirməyi hədəfləmişik.
- Türkiyənin başlatdığı “Sülh çeşməsi” əməliyyatını Azərbaycan cəmiyyəti yaxından izləyir. Dünən ABŞ-dan Türkiyəyə gələn nümayəndə heyəti ilə görüşdən sonra atəşkəs əldə olundu. Son durumu necə qiymətləndirirsiniz?
- Ötən gün ABŞ-ın Vitse-prezidenti Mayk Pens, Dövlət katibi Mayk Pompeo da daxil olmaqla ABŞ nümayəndə heyəti Türkiyəyə gəldi, 5 saata yaxın müzakirələrdən sonra anlaşma əldə olundu. Türkiyə həm meydanda, həm də masada qazandı. İstədiklərimizin hamısına nail olduq. Atəşkəs elan olunub, lakin əməliyyatı bitirməmişik, bilirsiniz, sərhədlərimizdə PKK və uzantısının hücumları ilə üz-üzəyik, savadsız insan belə bunu başa düşür, orada PKK-nın reklamı gedir, terrorçuların rəhbəri Abdullah Öcalanın fotoları asılıb, təbliğ olunur. Əslində müharibələr dövlətlər arasında olur. Türkiyə sərhəddindəki PKK terror təşkilatını təmizləmək üçün bu əməliyyata başladı. Türkiyədə 4 milyona yaxın suriyalı qaçqın var, onlar öz yurd-yuvasına qayıtmalıdır. Demoqrafiq vəziyyət dəyişməkdə davam edir. İndiyədək Türkiyə öz cibindən 40 milyard dollar xərcləyib, Avropa 6 milyard dollarlıq yardım edəcəkdi, cəmi 3 milyard dollar verdi, gələn məmurların xərcləri, otel pulları da bunun içində idi. Bir sözlə, heç kəs bu məsələdə ciddi olmadı. Ərəb ölkələrindən İordaniya, Livan bundan əziyyət çəkdi. Lakin Səudiyyə Ərəbistanı, Misir, digər ərəb ölkələri heç bir suriyalı qəbul etmədi. Biz onların bütün problemlərini çiynimizə aldıq. 910 km ortaq sərhəddimiz var, nə ABŞ-ın, nə Rusiyanın Suriya ilə sərhəddi yoxdur. Bu coğrafiyada terrorçulardan əziyyət çəkən bizik. Dünən axşam əldə olunan 13 maddəlik anlaşma ilə istədiyimizi əldə etdik. Bu, sadəcə atəşkəsdir. Şərtlər qəbul edilməzsə, terrorçular çəkilməzsə, ağır silahlar təslim edilməzsə, biz təbii ki, bu məsələdə qərarlıyıq, heç kəs Türkiyəni dayandıra bilməz.
- Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi səfir Lavrentiyev bəyan etdi ki, Türkiyə prezidenti onlara verdiyi sözü tutmayıb. Eləcə də ABŞ-la Rusiyanın gizli razılığa gəldiyinə dair iddialar səslənir. Bu, nə dərəcədə realdır?
- Türkiyə hər zaman sözünü tutub. Sözünü tutmayanlar söz verib əməl etməyənlərdir, onlar problemlərimizi anlamazlar. Biz bütün razılaşmalara, o cümlədən Rusiya ilə anlaşmaya əməl etmişik. Oktyabrın 22-də Rusiya Prezidenti Vladimir Putinlə cənab Ərdoğanın görüşü olacaq, məsələ aydınlaşacaq.
- ABŞ Prezidenti Donald Tramp sərt məktubundan sonra “Ərdoğana təşəkkürlər” tviti yazdı. Onun son addımları ilə bağlı fikirləriniz nədən ibarətdir?
- Bir az diplomatik nəzakətdən, dövlətlərarası yazışmalardan uzaq bir məktub idi. Fransızların bir məsəli var: "bu, zibil qabı üçün çox yaxşıdır", biz də o məktubu zibil qabına atdıq. O məktubun cavabını 9 oktyabrda “Sülh çeşməsi” əməliyyatını başlatmaqla vermişdik.
- Sizcə, Əsəd rejimi ilə Türkiyə hansı formada dil tapacaq?
- 2000-2005-ci illərdə Suriyada çalışmışam. Bu bölgəni dərindən bilən diplomatam. Suriyanın İstanbulda baş konsulluğu var, diplomatik əlaqələr tamamilə kəsilməyib. BMT-nin təşəbbüsü və liderliyi ilə Suriyanın yeni konstitusiyası hazırlanır, dialoq mexanizmi olacaq. Bunu zamanla görəcəyik.
- Bəşər Əsədlə şəxsən görüşmüş biri kimi onun addımlarını, Türkiyəyə münasibətini necə şərh edərdiniz?
- Bəşər Əsəd atasından sonra hakimiyyətə gələndə hər kəs ümidlənmişdi. Türkiyə ilə çox yaxşı əlaqələr vardı, vizanı aradan qaldırdıq, əlaqələrdən çox məmnun idik. Lakin bəzi səhvləri oldu, qətliamlar həyata keçirildi. Suriya içərisində düzən pozuldu, aşırı dini qruplar, “Hizbullah” gəldi. Dindar qrupların Suriyaya gəlişi Suriya ilə aramızdakı əlaqələrə mənfi təsir göstərdi. İndi isə hər şey yenidən qurulur, Suriya xalqı “Bəşər Əsədi istəyirik” deyərsə, edəcəyimiz heç nə yoxdur, xalqın qərarına sayğı ilə yanaşacağıq. Seçkilərdə namizəd olarsa və seçilərsə, xalqın seçdiyi şəxs prezident olacaq, ona görə də Türkiyə ilə əlaqələr də istər-istəməz qurulacaq.
- Yəni Əsədlə razılaşma əldə olunacağına inanırsınız...
- Dialoq mütləq olacaq. Çünki biz Suriyanın ərazi bütövlüyünün təmin olunmasını istəyirik. Terror dövlətinin qurulmasını istəməməyimizin səbəbi də bununla əlaqədardır. Kiminsə bir qarış torpağında gözümüz yoxdur, barışın tərəfdarıyıq. Bayaq dediyim kimi, bu bölgəyə yaxından bələdəm, insanların şəxsiyyət vəsiqəsi yox idi, kürd kökənlilər məktəbə gedə bilmirdilər, aralarında öndə gələn insan yox idi. Terrorçular kənardan yetişdirilən insanlardır.
- Türkiyə hər zaman məzlumların, xüsusən müsəlman dünyasının yanında olub. Lakin əməliyyata başlayanda ərəb dövlətlərindən dəstək gəlmədi. Fələstinin qərarı isə məyusluqla qarşılandı. Bunun səbəbini necə izah edərdiniz?
- Həqiqətən böyük xəyal qırıqlığı yaşadıq, xüsusilə Fələstinin qərarına məyus olduq. Mavi Mərmərə məsələsində narahatlıq yaşadıq, Fələstinə etdiyimiz yardımın həddi-hüdudu yoxdur. Heç kəs mən “qərara əməl elədim” deməsin. Ədalətli insan dövlət ağlına qarşı çıxmalıdır. Ərəb dövlətlərinin mövqeyini elə bu cür də gözləyirdim. Çünki küçədəki ərəblərdən soruşsanız, Türkiyəni dəstəkləyirlər. Yeri gəlmişkən, azərbaycanlı gənclərin “Sülh çeşməsi” əməliyyatına qatılmaq üçün müraciət etdiyini bilirəm, bu addım bizim üçün enerji, motivasiyadır. Qafqaz İslam Ordusu 101 il əvvəl necə gəlib Bakını xilas edibsə, indiku bu təşəbbüs də bizim birliyimizin ruhunu göstərir. Hərdən məndən soruşurlar ki, sabah Qarabağda müharibə olarsa, sizdən dəstək olacaqmı? Sözsüz olacaq. Bütün xalq və gənclik Qafqaz İslam Ordusu kimi Azərbaycanın yanında olacaq. Belə məsələlərdə dövlətin təlimatına ehtiyac olmamalıdır. Azərbaycanda dövlət rəsmiləri gənclərə demədi ki, siz gedib dəstək nümayiş etdirin. Bu, dünyagörüş məsələsidir.
- Türkiyə Rusiyadan S-400 komplekslərini alandan ABŞ-la münasibətlər gərginləşdi, rəsmi Vaşinqtonun təzyiqləri hələ də davam edir. Türkiyə balansı qorumaq üçün hansı addımları atmalıdır?
- Qərb hər zaman Türkiyəyə ikili standartlarla yanaşır. NATO üzvü olan ölkələrin problemləri eynidir. Bu təşkilatın üzvü olan Türkiyəyə terror qrupları hücum edir, amma nə görürlər, nə də eşidirlər. Bu, ikili standartdır, hər şey dünyanın gözünün qabağında yaşanır. Bunun üçün təhsil almaq, oxumaq lazım deyil. Qərb ölkələrinin mövqeyinə görə düzü, təəccüblənmədik. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar 4 qətnamə qəbul olunub, buyurun, icrasını tələb edin. Qarabağ və ətraf rayonlar işğalda saxlanılır, oğru kimi torpaqlarımızda otururlar, buna niyə dinmirsiniz? Ədalət çox vacibdir, onu təmin etmirsinizsə, insanlar narahat olur, inamını itirirlər. ATƏT-in Minsk qrupu regiona gəlib-gedirlər, nə edirlər? Mənə desinlər ki, filan iş görmüşük. Gəlib 5 ulduzlu oteldə qalıb, qayıdırlar, boş yerə vaxtımızı alırlar. Azərbaycan güclü dövlətdir. Artıq 1990-cı illərdəki Azərbaycan yoxdur, qüdrətli ordusu, savadlı gəncləri, torpaq uğrunda savaşacaq oğulları var. Aprel döyüşləri bunu sübut elədi. Azərbaycan Prezidenti İlham Əliyevin arzusu münaqişənin sülh və diplomatik yolla həllinə nail olmaqdır. Biz bir insanın ölümünü dünyanın ölümü kimi qiymətləndiririk. Savaşlar olmadan, danışaraq problemi həll etmək mümkündür. Xalqlara düşmən deyilik, ermənilərlə yan-yana, diz-dizə yaşadıq, amma siyasətçilər xəta edəndə onun cəzasını xalq çəkir. Sülh, hüzur olsa, erməni xalqı da bundan istifadə edər. Baxın, Gürcüstan necə inkişaf edib, Azərbaycan, Türkiyə ilə əməkdaşlıq edir, birgə layihələrdə yer alır. Ermənistandan isə insanlar qaçır, iş yeri, perspektiv yoxdur. Sülh olarsa, Ermənistan da inkişaf edər.
- Bəs Türkiyənin hərbi arsenalını texnika ilə təmin etmək üçün hansı ölkə ilə əməkdaşlığını məqbul hesab edirsiniz?
- Türkiyənin müdafiə sənayesi çox inkişaf edib, öz tankını, silahını, təyyarəsini belə istehsal edir. Biz ABŞ-dan “Patriot” hava hücumundan müdafiə kompleksini almaq istədik, amma onlar razılaşmadı. Türkiyənin isə müdafiə üçün bu sistemlərə ehtiyacı var, bölgənin ən önəmli ölkəsidir, bu, ticarət hadisəsidir, pulunuzu verib alırsınız, biz də pul verib S-400 zenit-raket komplekslərini aldıq.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-10-2019, 12:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-10-2019, 12:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01