Prezidentin mesajları: vətəndaş rifahı, yeni kadrlar, şəffaflıq... - GƏLİŞMƏ
Ölkə prezidentinin iştirakı ilə Azərbaycan hökumətinin 2019-cu ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirəsi ölkədə böyük rezonansa səbəb olub. Xüsusilə prezident İlham Əliyevin öz çıxışında bir sıra ciddi problemlərə toxunaraq, kadr və iqtisadi islahatların davam edəcəyini açıqlaması, bir sıra məmurlara yönəlik kəskin fikirlər söyləməsi cəmiyyətdə müsbət qarşılanıb.
Prezident ciddi mesajlar verdi
Ölkə prezidentinin müşavirədə səsləndirdiyi fikirləri “Yeni Müsavat”a dəyərləndirən millət vəkili, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov hesab edir ki, çox ciddi müşavirə olub: “Əvvəla, ora dəvət olunanların əksəriyyəti iqtisadi blokda təmsil olunanlar idi. İkinci mühüm məqam ilk dəfə olaraq birinci vitse-prezident Mehriban xanım Əliyevanın da müşavirədə iştirak etməsiydi. Bunu mən yüksək qiymətləndirirəm. Çünki Mehriban xanım Azərbaycanda həyata keçirilən sosial islahatlarda yaxından iştirak edir. Müşavirədə prezident gələcəkdə görüləcək işlər barədə mühüm məlumatlar verdi. Birincisi, qeyd etdi ki, baş naziri təyin edərək, ona bir sıra tapşırıqlar verib, o cümlədən islahatların aparılması, kadr sistemində dəyişikliklərlə bağlı. Xüsusilə qeyd etdi ki, müasir dünyagörüşlü, savadlı gənc kadrların irəli çəkilməsi nəzərdə tutulur. Prezidentin qeyd etdiyi digər mühüm məsələ islahatlara mane olanlar barədədir. Biz dəfələrlə bunu Milli Məclisin iclaslarında da demişik. İslahat çox ağır prosesdir, heç də hamı onu qəbul etmir. Cənab prezident vergi, gömrük, sosial müdafiə, kənd təsərrüfatı, miqrasiya kimi sahələrə gənc kadrları gətirəndə onlara qarşı müəyyən yazılar getməyə başladı. Lakin bu kadrlar öz fəaliyyətləri ilə o yazıların əksini sübut etdilər. Düzdür, demək olmaz ki, nöqsanlar, ümumiyyətlə, yoxdur. Əlbəttə, müəyyən problemlər, nöqsanlar var. Amma mənim ən çox xoşum gələn odur ki, işlədikləri müddət ərzində onlar korrupsiyadan uzaq oldular, fəaliyyətlərində maksimum şəffaflıq təmin etdilər. Məsələn, bizim on illər boyu ən çox şikayət aldığımız sahələr vergi və gömrük idi. Amma son vaxtlar gələn məlumatlar göstərir ki, bu sistemlərdə faktiki olaraq rüşvət-korrupsiya halları yoxdur. Bunun nəticəsidir ki, böyük həcmdə əlavə vəsaitlər büdcəyə təmin edildi”.
Vahid Əhmədov: “Yəqin ki, yeni baş nazirin də prezidentə öz təklifləri olacaq”...
Millət vəkilinin fikrincə, prezidentin mesajları çox ciddidir: “O, iqtisadiyyatı çox gözəl bilir. Onun vergi ödəməkdən yayınan sahibkarlar barədə dedikləri də mühüm məsələdir. Vergi tam həcmdə toplanmasa, ölkədə sosial-iqtisadi proqramları həyata keçirmək çətin olar. Yəni həm yeni baş nazir, həm də cənab prezident açıq mesaj verdilər ki, öz vəzifəsinin öhdəsindən gələ bilməyən köhnə kadrlar yeni və gənc kadrlarla əvəz olunacaq. Yəqin ki, yeni baş nazirin də prezidentə öz təklifləri olacaq”.
V.Əhmədovun sözlərinə görə, Azərbaycanda kifayət qədər şişirdilmiş strukturlar var: “10 milyon əhalisi olan ölkə üçün bu qədər nazirlik, komitə, agentlik və xidmətlərə ehtiyac yoxdur. Bu sahədə müəyyən islahatlara gedilməlidir.
Cənab prezident haqlı olaraq dövlət büdcəsi xərcləmələrinə, bu sahədəki şişirdilmələrə toxundu. Bu, çox haqlı iraddır. Əvvəla, müəyyən nazirlik, komitələr, qurumlar tərəfindən xərclər şişirdilir ki, artıq məbləğlərdən öz mənafeləri üçün istifadə etsinlər. Digər tərəfdən, cənab prezident ictimai nəzarət məsələsini də xüsusi qeyd etdi. Hesablama Palatası ildə 60-65 nəzarət yoxlaması aparırsa, inandırım sizi, hamısında nöqsanlar aşkarlanır, hamısında cinayət əməlləri var. Bunların hamısını Hesablama Palatası hüquq-mühafizə orqanlarına göndərir. Buna baxmayaraq, ictimai dinləmələr də çox vacibdir. Mən Milli Məclisdə də demişəm, biz heç olmasa dövlət büdcəsinin, əhali və dövlət üçün mühüm əhəmiyyət kəsb edən sənədlərin müzakirəsini aparanda mütləq ictimai birlikləri dəvət etməliyik. İqtisadi məsələlər üzrə çox savadlı, bacarıqlı iqtisadçılar var. Onları dəvət edib, dinləmək, təkliflərini nəzərə almaq lazımdır. İctimai nəzarəti gücləndirmək lazımdır, bu olmadan şəffaflığı təmin etmək qeyri-mümkündür".
İnhisarçılıq aradan qaldırılmalıdır
Milli Məclis üzvünün fikrincə, inhisarçılıq islahatlara ciddi maneə yaradan amillərdən biridir: “Hələ də müəyyən sahələrdə inhisarçılıq qalır. Biz bunun qarşısını almaq üçün Rəqabət Məcəlləsinin qəbul olunmasını neçə illərdir Milli Məclisdə qaldırırıq. Bunu cənab prezident strateji yol xəritəsinə də daxil etmişdi. Biz çalışırıq ki, heç olmasa indiki payız sessiyasında bu sənədin müzakirəsinə başlayaq. Demirəm ki, bir məcəllə ilə inhisarçılığın qarşısı tamamilə alınacaq, amma azı 30 faiz azalacaq”.
V.Əhmədov bildirir ki, kadr islahatı zamanı təmiz, korrupsiyaya bulaşmamış kadrlara üstünlük verilməlidir: “Bu, yalnız ayrı-ayrı nazirliklərə, komitələrə deyil, icra başçılarına da aiddir. Son vaxtlar icra hakimiyyətlərinə də gənclərin başçı təyin edilməsinə başlanıb, bu, çox müsbət haldır”.
Millət vəkili hesab edir ki, məmurların korrupsiya və rüşvətdən uzaqlaşması üçün gəlir bəyannamələrinin tətbiqi çox vacibdir: “Bu bəyannamələri hamı - Milli Məclis üzvləri də doldurmalı və açıqlamalıdılar”.
Qeyd edək ki, müşavirədə banklar tərəfindən real sektorun kreditləşməsi sahəsindəki problemlərə də toxunulub. V.Əhmədov qeyd edir ki, bank sistemi real iqtisadiyyatın maliyyələşdirilməsində az iştirak edir: “Dövlət devalvasiyalardan çəkdikləri zərərə görə banklara böyük həcmdə dəstək verdi. Bildiyimə görə, 5-6 bank kifayət qədər iri məbləğdə dəstək əldə etdi. Amma bu, real sektora kredit qoyuluşunu artırmadı. Bu yaxınlarda payız sessiyası başlananda mən bu məsələyə toxundum. Milli Məclis sədrindən xahiş etdim ki, gəlin bank rəhbərlərini çağıraq, bir müzakirə aparaq, onları dinləyək. Görək, problemləri nədir ki, bu vəziyyət yaranıb? Hətta sistem əhəmiyyətli banklar da real sektora vəsait qoymurlar. Başa düşürəm, gəlir əldə etmək istəyirlər, amma bunu əhalinin, dövlətin hesabına etməsinlər də. Bu gün Azərbaycanda qeyri-neft sektorunun zəif inkişaf etməsinin bir günahkarı da bank sektorudur. Həm faizlər yüksəkdir, həm də real sektora kredit verməyə meylli deyillər. Əmanət faizləri çox aşağı, kredit faizləri isə çox yüksəkdir. Buna görə də biz çalışacağıq ki, bu məsələləri Milli Məclisdə bank rəhbərləri ilə müzakirə edək”.
Pərviz Heydərov: “Müşavirə göstərdi ki, dövlət başçısı iqtisadiyyatda mühüm problemli nöqtələri gözəl bilir”
İqtisadçı-ekspert Pərviz Heydərov hesab edir ki, ölkədə yeni dönəmin başlandığını rüblük yekunların müzakirə formatının dəyişməsindən də aydın görmək mümkündür: “Əvvəllər Nazirlər Kabinetinə daxil olan bütün qurumların, o cümlədən güc strukturlarının rəhbərləri də belə müşavirələrdə iştirak edirdilər. Axırıncı iki müşavirədə isə yalnız iqtisadi blokda təmsil olunan, ölkə iqtisadiyyatına əsas cavabdehlik daşıyan qurumların rəhbərləri iştirak edirlər. Bunun özü göstərir ki, ölkə rəhbərliyi ünvanları konkretləşdirir, əsas məsuliyyət sahiblərindən hesab soruşur. Format dəyişməsilə yanaşı, ölkə rəhbəri müzakirələri müvafiq rəhbər şəxslərlə dialoq formasına keçirib. Müşavirə göstərir ki, dövlət başçısı iqtisadiyyatda mühüm əhəmiyyət kəsb edən problemli nöqtələri gözəl bilir və səbəbləri cavabdeh məmurlardan bilavasitə soruşur”.
Ekspertin sözlərinə görə, vergi qanunvericiliyindəki dəyişikliklər, kölgə iqtisadiyyatına qarşı atılan addımlar sayəsində büdcə gəlirlərində artıma nail olunub: “Prezident birmənalı olaraq qeyd etdi ki, buna yeni təfəkkürlü, korrupsiyadan uzaq kadrların fəaliyyəti imkan yaradıb. Və bildirdi ki, belə kadrlara tam dəstək verir, həm kadr islahatları, həm də korrupsiyaya qarşı mübarizə davam edəcək. Bildiyiniz kimi, neftin dünya bazar qiymətinin düşməsi nəticəsində Azərbaycanda manat iki dəfə böyük devalvasiyaya uğradı. Əgər neft gəlirlərindən asılılıq, köhnə təfəkkürlü kadrların iş metodu qalarsa, ölkə yenidən bu cür təlatümlərlə üzləşə bilər. Buna görə də ölkə başçısı neft gəlirlərinə arxayınçılığı aradan qaldırmağın, iqtisadiyyatdakı mövcud ehtiyatları tam olaraq səfərbər etməyin vacibliyini önə çəkdi”.
Xərcləri şişirdən qurumlar özəlləşdirilməlidir
P.Heydərov deyir ki, Azərbaycanda büdcə xərcləmələri sahəsində ciddi problemlər çoxdan var: “Cənab prezidentin bu məsələni açıq şəkildə önə çəkməsi o deməkdir ki, daha şişirdilmiş büdcələrə razılıq verilməyəcək. Bu cür şişirtmələr neftin qiyməti yüksək olub, böyük gəlirlər gələndə başlamışdı. İndi neftin qiyməti heç də ürəkaçan həddə deyil, gələn il üçün də proqnozlar daha bədbindir. Bu şəraitdə büdcə vəsaitlərini son dərəcə ehtiyat və dəqiqliklə xərcləmək lazımdır. Hansı ki, dövlət başçısı da bunu vurğuladı. Amma xərcləmələrdəki bu problemləri yalnız inzibati metodlarla aradan qaldırmaq mümkün deyil. Bunun üçün həmin qurumlarda - ”Azərişıq"dan tutmuş, “Azərsu”ya, “Azəriqaz”a, Dövlət Dəmir Yolunadək bütün iri xərcləmələrə malik strukturlarda özəlləşdirməyə getmək lazımdır. Bu sahələri özəl əllərə verməklə şəffaflığa və səmərəliliyə nail olmaq mümkündür".
P.Heydərov hesab edir ki, biznes kreditləşməsinin az olmasında bankların da günahı var: “Bankın işi sərbəst vəsaitləri əhalidən cəlb edib, onu kredit vermək və gəlir əldə etməkdir. Hazırda Azərbaycanda banklar cəlb etdikləri vəsaitləri daha çox istehlak krediti formasında elə əhalinin özünə qaytarıb verirlər. Bunda da onları qınamaq olmur, çünki real sektorda bankların o vəsaitləri verib gəlir əldə etmək imkanları yoxdur. Real sektora kreditlər uzunmüddətli dövr üçün və nisbətən aşağı faizlə verilməlidir. Uzunmüddətli dövr üçün Azərbaycanda kiçik və orta sahibkarların öz fəaliyyətlərini davam etdirmələri isə yumşaq desəm, riskli hesab olunur. Məsələ burasındadır ki, ölkədə inhisarlaşma yüksək səviyyədədir. İri inhisarların bank kreditlərinə ehtiyacı yoxdur, kiçik və orta sahibkarların fəaliyyəti isə inhisarçılara görə risk altındadır. Bundan başqa, neftdən asılılıq yüksək olduğuna görə manatın dəyərsizləşməsi ehtimalı da yüksəkdir. Banklar bu riskləri öz üzərlərinə götürmək istəmirlər. Digər tərəfdən, bankların o qədər çox sərbəst vəsaitləri də yoxdur ki, uzunmüddətli və yüksək riskli kreditləşməyə ayırsınlar”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:18-10-2019, 09:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-10-2019, 09:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |