“2 ildir diplomsuz, işsiz qalmışıq”

Azərbaycan Dövlət İqtisad Universiteti Dərbənd filialının 2023-2024-cü il məzunlarının diplomları verilmir.
Bu iddia ilə həmin universitetin bir sıra məzunu müraciət edib.
Onların sözlərinə görə, təxminən 100-ə yaxın şəxs diplomunu ala bilmir: “Universitetə müraciət edirik, bildirirlər ki, Elm və Təhsil Nazirliyinə müraciət edin. Nazirliyə müraciət edirik, oradan da deyirlər, universitetə müraciət edin. Qısaca məzunlara cavab verən yoxdur. Hər həftə deyirlər veriləcək, artıq 2 il keçib. 2 ildir diplomsuz, işsiz qalmışıq. Diplomumuzu ala bilmirik ki, gedib işləyək”.
Məsələ ilə bağlı UNEC-ə sorğu ünvanladıq. Universitetdən müraciətimizə belə cavab verildi: “Dərbənd filialının məzunlarına diplom blanklarının təqdim edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə universitet tərəfindən rəsmi məktub ünvanlanıb. Məsələnin həlli istiqamətində nazirliklə mütəmadi olaraq əlaqə saxlanılır və qısa müddət ərzində diplom blanklarının universitetə təqdim olunacağı bildirilib”.(Qafqazinfo)
Paylaş:
Müəllif : Fuad
Tarix:28-01-2025, 10:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Vətəndaş asfalt yolun ortasına düzülən beton maneələrin düzgün yerləşdirilmədiyni deyir - VİDEO

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…