Növbə nazir müavinlərinə çatdı - Talıbov getdi, sırada kimdi...
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov oktyabrın 10-da vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Onun yerinə Elçin Zeynalov təyin olunub.
Yeni nazir müavini indiyə qədər Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru vəzifəsində çalışıb. İnam Kərimov 2018-ci ilin noyabrında onu KTN-də qeyd edilən vəzifəyə gətirib. 11 ay içində isə o nazir müavini vəzifəsinə yüksəlməyi bacarıb.
Sabiq nazir müavini isə 2014-cü ilin mayından bu postu tuturdu. Bundan əvvəl isə o, Hesablama Palatasının Aparatının İcmal-analitik təhlil şöbəsinin müdiri vəzifəsində çalışıb. 2011-ci ildə “Tərəqqi” medalı və “Dövlət qulluğunda fərqlənməyə görə” ilə mükafatlandırılıb.
Onun bundan əvvəlki kənd təsərrüfatı naziri Heydər Əsədovla münasibətləri haqda ziddiyyətli xəbərlər vardı. Qudası nəqliyyat naziri Ziya Məmmədov işdən çıxarıldıqdan sonra Heydər Əsədovun da postunun laxladığı vaxtlarda iddia olunurdu ki, Seyfəddin Talıbov nazirlikdə mövqelərini möhkəmləndirməyə, əsas fiqurlardan birinə çevrilməyi bacarıb. Qeyd edək ki, Seyfəddin Talıbov əvvəllər nazirlikdə aparat rəhbəri vəzifəsində çalışıb. 2014-cü ildə nazir müavini vəzifəsinə təyin edildikdən sonra isə o, Kənd Təsərrüfatı Nazirliyinə tabe olan bir sıra qurumlara nəzarəti tam olaraq öz əlinə keçirib. Məsələn, iddia olunurdu ki, Dövlət Baytarlıq Nəzarəti Xidməti tam şəkildə nazir müavini Seyfəddin Talıbovun kurasiyasında olub.
Yeri gəlmişkən, Novruz Məmmədov baş nazir vəzifəsindən azad edildikdən sonra Nazirlər Kabinetində müavin postlarında da əvəzlənmələrin olacağı barədə iddialar var. Bildirilir ki, yeni baş nazir Əli Əsədovun ilk işi müavinlərinin əvəzlənməsi istiqamətində atacağı addımlar ola bilər. Hazırda baş nazirin dörd müavini var: Yaqub Eyyubov (birinci müavin), Əli Həsənov, Əli Əhmədov və Hacıbala Abutalıbov.
Baş nazir müavinlərinin fəaliyyət dairəsini müəyyənləşdirən hər hansı sənəd yoxdur. Lakin mətbuatda verilən məlumatdan aydın olur ki, müavinlər arasında iş bölgüsü aparılır. Belə ki, baş nazirin birinci müavini olan Yaqub Eyyubov əsasən energetika və müdafiə məsələləri üzrə işlərə baxır. Onu tez-tez bu iki sahə üzrə mərkəzi icra hakimiyyəti orqanlarının tədbirlərində görmək olur.
Y.Eyyubov həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın, İxrac Nəzarəti üzrə Komissiyanın, biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı 2016-cı ildə yaradılan komissiyanın rəhbəridir. Yaqub Eyyubov 10 iyul 1999-cu ildən 2003-cü ilə qədər baş nazirin müavini vəzifəsində çalışıb. 13 fevral 2003-cü ildən isə baş nazirin birinci müavinidir. Beləliklə, 74 yaşlı Yaqub Eyyubovun Nazirlər Kabinetində müavinlik karyerası nə az nə çox, düz 20 illik bir müddəti əhatə edir.
2013-cü ildə baş nazirin müavini təyin olunan Əli Əhmədov, mətbuata verilən açıqlamaya görə, sosial məsələlərə cavabdehlik daşıyır. O həm də müavinlər arasından ən cavanıdır. Əli Əhmədovun 66 yaşı var.
Hacıbala Abutalıbov hazırda keçmiş müavin Abid Şərifovun nəzarətində olan sahələrə baxır. Nazirlər Kabinetində ən az müavinlik stajı olan isə Hacıbala Abutalıbovdur. 75 yaşlı Hacıbala Abutalıbov 21 aprel 2018-ci ildən baş nazirin müavinidir.
Nəhayət, baş nazirin daha bir müavini Əli Həsənovdur. Ona əsasən hüquq-mühafizə orqanları ilə iş, meliorasiya sahəsi və s. məsələlərə nəzarət həvalə edilib. O, 21 ildir ki, baş nazirin müavinidir. 71 yaşlı Əli Həsənov bu vəzifəyə 18 noyabr 1998-ci ildə təyin edilib.
Milli Məclisin deputatı Əli Məsimli sözçü.info-ya müsahibəsində baş nazirin dəyişməsindən sonra yeni kadr islahatlarının başlayacağı ilə bağlı gözlənitilərdən danışıb. Deputat deyib ki, əgər sosial şəbəkələrdə, kafedə belə müzakirələr aparılırsa, deməli, buna sosial sifariş var: “Sosial sifariş də təsadüfi xarakter daşımır. Azərbaycanda növbədənkənar prezident seçkilərindən sonra islahatların yeni mərhələsi başlanıb. Bu prosesi əhatəli reallaşdırmaq üçün tələb olunan şərtlərdən biri idarəetmənin təşkilati quruluşunun həm effektliliyini təmin etmək, həm də kadr islahatları ilə müşahidə olunan şəkildə addımlar atmaqdır. Bu mənada kadr islahatları aparılıb, amma bu proses daha da sürətlənməlidir. Yeni mərhələdə islahatların səmərəliliyini artırmaq, doğrudan da xalqın daha çox fayda götürməsi üçün müasir dövrün tələblərindən baş çıxaran, dünyada gedən prosesləri analiz edən və bunun əsasında aparılan siyasətdə korrektələr etməyi bacaran, üstəlik, əli təmiz və dövlətçilik təfəkkürü olan insanların vəzifəyə gətirilməsi çox vacibdir. Ya korrupsiyadan uzaq, təmiz, yüksək dünyagörüşlü insanlar görəvə gətirilməlidir, ya da iqtisadiyyatın səmərəliliyi geriyə gedəcək”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:11-10-2019, 09:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-10-2019, 09:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11