"İrşad Electronics"dən "xüsusi endirimli" kələk... - GİLEY
"İrşad Telecom" müştərilərə keyfiyyətsiz məhsul satması və onlara qarşı süründürməçilik etdiyinə dair mətbuatda zaman-zaman xəbərlər yer alır.
Belə hallardan biri ilə qarşılaşan müştərilərdən biri Moderator.az –a üz tutaraq probleminin işıqlandırılmasını xahiş edib.
Sentyabr ayının 13-ü "İrşad Telecom"-un Bərdə filialına telefon almaq üçün yaxınlaşdım. Daha öncədən araşdırıb seçim etdiyim “Xiaomi Mi 9” markalı telefonu almaq istəyirdim.
Satış təmsilçisi mənə başqa model telefonun daha yaxşı olduğunu deməsinə rəğmən mən Mİ 9 almağa qərarlı idim. Satıcıya niyə başqa telefon təklif etməsinin səbəbini soruşanda təklif etdiyi telefonun texniki göstəricilərin yüksək olduğunu bildirdi. Ancaq mən almaq istədiyim modeli araşdırdığım üçün qərarımı dəyişmədim. Bundan başqa almaq istədiyim telefon yaxın dostumun istifadə etdiyi telefondan olduğu üçün onun güclü bir telefon olduğunu bilirdim. Telefonun qiyməti isə 1049 manat idi.
Uzun sözün qısası, mənə telefonu 950 manata satdılar. Xüsusi təklif adı ilə. Qiymətin ucuz olmağı məni şübhələndirsə də, satış təmsilçisinin sözləri ilə rahat oldum.
Mənə 14 gün zəmanətin olduğunu, əgər bir problem olarsa telefonu geri qaytara biləcəyimi də yazılı sənədlə bildirdilər.
Telefonu evə apardım, ilk gündən problemləri üzə çıxmağa başladı. Öncə mikrofonun çalışmaması ilə başlayan problemlər telefonun saatlarca donması ilə işləməz vəziyyətə gəldi. Telefon sonuncu dəfə donan zaman işdə idim, 3-4 saat sonra ancaq mağazaya gedə bildim və ora gedən müddətə qədər hələ də telefon don vəziyyətində idi. Orada satış təmsilçisi telefonu söndürüb yandırdıqdan sonra telefon işlədi. Ancaq mən digər problemləri də söyləyib telefonu dəyişmək istədiyimi söyədim. Əvvəlcə, həmin model telefondan Bərdə filialında qalmadığını bildirdilər. Gəncə filialından ala biləcəyimi söyləyincə, orada eyni telefondan olduğunu dedilər və bildirdilər ki, sabah gedib Gəncədən yeni telefonu götürə bilərsiniz.
Səhəri gün Gəncəyə getdim və orada qara rəngdə Mi 9 gətirdilər, yanımda açdılar. Telefonu yoxlamaq üçün əlimə aldım, bir neçə dəfə zəng etdim. İlk öncə zəng edə bildim, amma daha sonra nə mən, nə də satıcılar telefonu söndürənəcən zəng edə bilmədik. Telefonu söndürüb yandırdıqdan sonra telefon işlədi. Ancaq mən bu telefonu da götürməyəcəyimi bildirdim. Başqa bir telefon gətirdilər. Göy rəngdə idi. Mağazada olarkən həmin telefonu orada alıb yoxladım, əvvəlki problemlərlə qarşılaşmadım. Sənədləşmə aparıldı və telefonu götürdüm.
Telefonda 5-6 gün sonra yenə mikrofonunda problem olmağa başladı. Telefonla birgə mağazaya yaxınlaşdım. Telefonun problem olduğunu dedim. Bildirdilər ki, bu problem proqram təminatı ilə bağlıdır və güncəllənmə verdikdən sonra düzələcək. Telefonu dəyişmədən evə götürdüm, səhəri gün güncəllənmə edə bildim, ancaq telefondakı problem dəyişmədi. Yenə zəng edən zaman və video çəkən zaman səs getmirdi, yəni mikrofon çalışmırdı ara sıra. Bu problem davamlı olmadığı üçün proqram təminatındakı qüsur olduğunu bilirdim. Telefonu qaytarmaq üçün mağazaya getdim. İlk öncə qaytara biləcəklərini dedilər. Sonra telefonu yoxlayanda telefonun ekranında sürtüklərin olmasını bəhanə gətirərək telefonu qaytarmaq istəmədilər. Bildirdilər ki bu telefonu ancaq təmirə göndərə bilərik. Dedim ki, axı bu problem "zavodskoy" problemdi, sistem xətasıdı. Mənim üzümdən əmələ gələn problem deyil. Keyfiyyətsiz məhsuldur deyə belədir. Ancaq dediklərimə rəğmən telefonu dəyişmədilər.
Mən mağazaya gedəndə 11 gün idi ki telefon məndə idi və istifadədə olan telefon idi. Əlbəttə ki karobkasından çıxdığı kimi olmayacaqdı, ancaq nə qədər təkid etsəm də nə telefonu qaytardılar, nə də başqa model telefon ilə dəyişdilər. Qeyd edim ki telefonun ekranında yuxarı hissədə bir yerdə sürtünmə nəticəsində yaranmış kiçik bir iz vardı.
Bu qarşılaşdığım hal, "İrşad Telecom" un tam keyfiyyətsiz mal satdığı anlamına gəlir və müştərilər məqsədli şəkildə aldadılır.
Buradan "İrşad Telecom"-a bir daha səslənirəm. Əgər telefonu dəyişməsələr, əlbəttə ki, məhkəmədə görüşəcəyik".
Şikayətçi qeyd edib ki, "İrşad Telecom"da qarşılaşdığı özbaşınalıq və süründürməçiliklə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə də şikayət edəcək.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-10-2019, 09:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-10-2019, 09:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01