Əli İnsanov yeni təşkilat yaradır - İLGİNC
Prezident İlham Əliyevin əfv sərəncamı ilə 14 il sonra azadlığa çıxan keçmiş səhiyyə naziri Əli İnsanov təşkilatlanmağa başlayıb.
Əli İnsanova yaxın qaynaqlardan verilən məlumata görə, keçmiş nazir özünə yaxın bildiyi şəxslərə ictimai-siyasi düşərgədə "nəbz yoxlaması” aparmaq barədə tapşırıq verib. Məlumatda bildirilir ki, bu "nəbz yoxlaması”ndan sonra Ə.İnsanova verilən məlumatlara əsasən, keçmiş nazir siyasi fəaliyyətinin istiqamətini müəyyənləşdiriləcək. Keçmiş nazir araşdırmanın yekunlarına uyğun olaraq, ya yeni siyasi partiya, ya da siyasi hərəkat yaratmaq barədə qərar verəcək.
regionxeberlericom.az "Bakupost"a istinadən xəbər verir ki, keçmiş nazir ilkin olaraq müxalifət daxilində illərdir aktiv fəaliyyət göstərən qərbi azərbaycanlı şəxslərin münasibətini öyrənməyə, yeni siyasi təşkilatlanmaya gedəcəyi halda, onların hansı addım atacağını, onunla birlikdə hərəkət edib-etməyəcəklərini dəqiqləşdirməyə çalışır. Artıq bununla bağlı ilkin araşdırmaya da başlanılıb. Belə ki, müxalifətdəki bir sıra nüfuzlu ictimai-siyasi şəxslərə keçmiş nazirin mesajları çatdırılıb və onlardan geridönüş gözlənilir.
Mənbə bildirir ki, Ə.İnsanov bu məlumatların yekununda ətrafına böyük bir siyasi kütlə - güc toplayacağı halda yeni siyasi partiya yaradacaq. Yetəri qədər dəstək toplaya bilmədiyi qənaətinə gələcəyi təqdirdə isə o, yeni siyasi hərəkat yaradıb, müxalifətə əməkdaşlıq təklif edəcək və zamanla güclənməyə çalışacaq.
Ə.İnsanovun bu barədə yekun qərarını bu ilin iyun ayına qədər verəcəyi və yayın sonuna qədər siyasi fəaliyyət formasını tam müəyyənləşdirmək istədiyi bildirilir.
Qeyd edək ki, artıq siyasi müxalifətdə təmsil olunan və əslən Qərbi Azərbaycandan olan bir sıra ictimai-siyasi xadimlər Əli İnsanova açıq dəstəklərini ifadə ediblər.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-03-2019, 15:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-03-2019, 15:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11