Müsavatda başqanlıq yarışı: - “Xilaskar” kim olacaq?
Xəbər verdiyimiz kimi, Müsavat Partiyasının 9-cu qurultayı oktyabrın 12-də keçiriləcək.
regionxeberlericom.az Cebhe.info-a istinadən xəbər verir ki, Müsavat Partiyasının başqanlığına iddialı olan 2 nəfərin namizədliyi artıq rəsmən təsdiqlənib. Bunlar partiyanın fəallarından biri, sabiq başqan müavini Yadigar Sadıqlı və keçmiş məhbus, Qarabağ qazisi Tofiq Yaqubludur. Müsavat Partiyasının hazırkı sədri Arif Hacılının da namizəd olacağı bildirilsə də, hələlik bununla bağlı rəsmi məlumat yoxdur. Digər başqanlığa namizəd isə Müsavat Partiyasının Divan üzvü Başxanım Abbasovadır. Başxanım Abbasova AĞ Partiyanın başqanı Tural Abbaslının anasıdır. Tural Abbaslı özü də 2014-cü ildə keçirilən qurultayda Müsavat Partiyasının başqanlığına namizəd olub və seçkilərdə saxtakarlığa yol verildiyini səbəb gətirərək sonradan partiya sıralarını tərk edib.
Başqanlığa rəsmən namizəd olan Yadigar Sadıqlı və Tofiq Yaqubludan biri seçkilərdə qalib gələrsə, Müsavat Partiyasında nələr baş verə bilər?
İddia olunur ki, Yadigar Sadıqlının qurultayda qalib gəlmək şansı çox azdır.
Bu, onu dəstəkləyənlərin say azlığı ilə əlaqələndirilir və hətta onların bir çoxunun qurultay nümayəndəsi olub-olmayacağı, səs vermək üçün mandat ala biləcəyi sual altındadır. Əgər fors-major vəziyyət yaranarsa və Yadigar Sadıqlı başqan seçilərsə, o zaman partiyanın növbəti dəfə parçalanacağı da istisna olunmur.
Tofiq Yaqublu ilə bağlı isə bir qədər fərqli şərhlər var. Onun “Yurd” sədri Əli Kərimli ilə yaxınlığı hər kəsə bəllidir. Hətta Müsavat Partiyasının Əli Kərimlinin de-fakto rəhbərliyi altında fəaliyyət göstərən Milli Şuradan ayrılmasına baxmayaraq, Tofiq Yaqublu hələ də bu qurumun rəhbərliyində təmsil olunur. İddia olunur ki, Tofiq Yaqublunun Müsavat Partiyasının başqanlığına namizəd olması da məhz Əli Kərimlinin planıdır və o, bununla Müsavatı öz nəzarətinə götürməyi planlaşdırır. İddialara görə, Tofiq Yaqublu Müsavat Partiyasının sədri seçilərsə, bu proses qaçılmaz olacaq və Əli Kərimli Müsavat üzərində nəzarəti ələ keçirəcək.
Başxanım Abbasovanın isə seçkilərdə qalib gəlmək şansı ümumiyyətlə yüksək qiymətləndirilmir.
Müsavat Partiyasında başqan Arif Hacılıya da münasibət birmənalı deyil. Onun rəhbərliyi dönəmində Müsavat Partiyasının ciddi şəkildə reytinqini itirdiyi və siyasi arenada “offside”a düşdüyü deyilir. Partiyadaxili qarşıdurmalar fonunda onun yenidən sədr seçilməsi qopmalara səbəb ola bilər.
Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin də qurultayda namizəd olacağı ilə bağlı iddialar səslənirdi. İsa Qəmbərin yenidən Müsavat Partiyasının başqanı vəzifəsinə qayıtması ilə narazılıqların müəyyən qədər aradan qalxacağı, partiyanın yenidən əvvəlki gücünü bərpa edəcəyi deyilirdi. Bu iddia əksər müsavatçılar tərəfindən də dəstəklənir və İsa Qəmbər partiyanın xilaskarı kimi təqdim olunurdu. Amma İsa Qəmbər bugünlərdə heç bir halda namizəd olmayacağı açıqlamaqla müzakirələrə hələlik nöqtə qoydu.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-09-2019, 17:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-09-2019, 17:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01