''Olimp'' MTK-dan ÖZBAŞINALIQ - QALMAQAL, VİDEO
Bakıda mənzillərinə "protokoldan çıxarış" ala bilməyən sakinlər tikinti şirkətinin təzyiqləri ilə üzləşib.
Bu barədə "Report"a Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində ''Olimp'' MTK-nın inşa etdiyi yaşayış binasının sakinləri məlumat veriblər.
Həmin binada yaşayan 200-dən çox ailə mənzillərinə çıxarış ala bilməməsinə etiraz edirlər. Sakinlərin sözlərinə görə, "Olimp" MTK tikinti şirkəti mənzillər üçün ''protokoldan çıxarış''ı yalnız müəyyən pul qarşılığında təqdim edir.
"Şirkət bizə üç sənəd verməlidir. Daha doğrusu şirkət bu sənədləri bizə verməyə borcludur. Biz də həmin sənədləri mənzilimizə çıxarış almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etməliyik. Tikinti şirkəti isə o sənədləri yalnız pul qarşılığında vermək istəyir və bunun müqabilində bizdən qeyri-qanuni olaraq özlərinin təyin etdikləri məbləği tələb edirlər. Halbuki, biz mənzili alanda evin pulunu onlara ödəmişik. Biz MTK-nın sədrləri Lətif Kərimov və İsmayıl İsmayılovla görüşürük və sözümüzü onlara deyirik. Onlar isə bizə sənədləri verməkdən yayınır", - deyə sakinlər bildirib.
Sakinlərin sözlərinə görə, "protokoldan çıxarış'' sənədini MTK verməli olduğu halda şirkət rəhbərliyi müxtəlif bəhanələr gətirərək bu sənədi verməkdən imtina edir: "Şirkət evin kvadratını 30 qəpikdən hesablayaraq özündən bir məbləğ çıxarır. Şəxsən mənim mənzilimə "protokoldan çxıarış" verilməsi üçün 6000 manat pul istəyirlər. Bunlar hamısı qanunsuzdur. Pulunu verib sənədlərini alan da var", - deyə sakinlərdən biri qeyd edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-09-2019, 15:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-09-2019, 15:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26