Azərbaycanda bir abituriyent repititora 15 min pul verir - EKSPERT
Ali məktəblərə daha bir qəbul prosesi başa çatdı. Tələbə adını qazanmaq istəyən minlərlə abituriyent muradına çatdı. Bəs, Azərbaycanda abituriyentin tələbə olması üçün ailəsi nə qədər pul xərcləyir?
Lent.az -a bununla bağlı açıqlama verən təhsil eksperti Nadir İsrafilov bu məsələdə valideynlərin özlərinin seçim etdiyini və istənilən halda mənzərənin ürəkaçan olmadığını vurğulayıb:
“Suala konkret olaraq “N qədər”, “varlığa nə darlıq?”, “özü bilən məsləhətdir...” kimi cavablar verməklə də məsələyə nöqtə qoymaq olardı. Çünki dövlət və özəl universitetlərdə ödənişli ixtisaslar istisna olmaqla digər əlavə pullu təhsil xidmətləri valideynin arzu və istəyindən asılı olaraq könüllülük prinsipi əsasında həyata keçirilir. Yəni hər hansı bir valideynin övladını repetitor yanına göndərməsi, müxtəlif profilli hazırlıq kurslarına, o cümlədən də xaricdə təhsil proqramlarına yönəltməsi öz seçimidir. Əgər nüfuzundan və reklamından asılı olaraq hansı repetitorun yanına getməsini, vəd olunan hazırlığın neçə aya və ya neçə ilə başa çatacağını, tələbə olmaq arzusunda olanın hansı məqsədli və təyinatlı xarici təhsil proqramlarında neçə müddət ərzində iştirakını araşdırmalı olsaq, bunun valideynə hansı məbləğə başa gələcəyini müəyyənləşdirmək o qədər də çətin deyil. İstənilən halda, ürəkaçan mənzərə olmayacaq. Bu baxımdan, abituriyentin tələbə olması üçün ailəsinin nə qədər pul xərcləyəcəyi valideynlərinin öhdəsinə buraxılır”.
Təhsil eksperti Elçin Əfəndi isə fərdi hazırlığın qarşısını almaq üçün məktəblərdə təhsilin keyfiyyətinin artırılmalı olduğunu bildirib:
“Bəzi abituriyentlər hətta 8-9-cu sinifdən hazırlığa başlayır. Problem ondadır ki, həmin abituriyentlər 3-4 il fərdi hazırlıq keçirlər və repititor yanına gedirlər. Qruplarda 6 fənn var. Repititorun aylıq qiymətinin bir fənn üçün minimum 80 manat olduğunu nəzərə alsaq, aylıq 480 manata başa gəldiyini görərik. Bu da bir dərs mövsümü üçün cəmi 4800 manat təşkil edir. Beləliklə, 9-cu sinifdən hazırlığa başlayan abituriyentin tələbə olması üçün minimum 15 min manata yaxın vəsait xərcləndiyini görərik. Hələ yolpulu və yemək pulunu hesablamırıq. Bu rəqəm yalnız repititor yanına hazırlığa gedənlər üçündür. Özəl hazırlıq kurslarının əksəriyyətində bu göstərici 7500 manat ətrafında dəyişir. Ancaq bu acınacaqlı durumdur. Belə olan halda imkansız ailələr nə etsin? Elə etməliyik ki, məktəblərdə tədrisin keyfiyyəti artırılsın və repititora, yaxud kursa ehtiyac qalmasın. Məsələn, Zərifə Əliyeva adına lisey, Türkiyə Dəyanət liseyi, Sumqayıtda Texniki-Təbiət təmayüllü lisey, Müasir Təhsil Kompleksinin şagirdləri ali məktəblərə əlavə hazırlıq keçirilmədən daxil olurlar. Düşünürəm ki, bunun bütün orta məktəblərdə təmin olunması mütləqdir”.
Ekspertlər də orta məktəblərin tədris keyfiyyətinin artırılmasına böyük ehtiyac olduğunu bildirdilər. Təbii ki, belə olan halda imkansız ailələrin övladlarının da tələbə adı almağına şərait yaranacaq və “imkansızlıqdan təhsil ala bilmədim” kəlməsi yox olacaq…
Paylaş:
Müəllif : Yazar
Tarix:24-09-2019, 13:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-09-2019, 13:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26