Hüseyn Abdullayev “Fəlakət gətirən” səyahətin güdazına gedib - İLGİNC
“Süddeutsche Zeitung” (Almaniya) qəzetinin 22 sentyabr sayında Azərbaycanda daha çox “Quska” ləqəbi ilə tanınan keçmiş deputat Hüseyn Abdullayev haqqında yazı gedib. Musavat.com bildirir ki, məqalə “Die verhängnisvolle Reise” (Fəlakət gətirən səyahət) adlanır.
Qəzet vurğulayır ki, Hüseyn Abdullayev 2013-cü ilin noyabrında Almaniya hökuməti tərəfindən rəsmən siyasi mühacir kimi tanınıb. Rəsmi status aldıqdan sonra onda belə bir əminlik yaranıb ki, bütün çətinliklər arxada qalıb və o, daha təhlükəsizliyinə görə narahat olmamalıdır. Ancaq bu arxayınlıq bir müddət sonra peşmançılıqla əvəzləndi. İndi o, öz vətənində həbsdədir. Almaniyanın Federal Hökuməti onun azadlığa çıxması üçün köməklik göstərməlidirmi?
Qeyd olunur ki, Hüseyn Abdullayev 2018-ci ilin aprel ayından etibarən həbs olunub və Bakıda saxlanılır. Ötən həftə hərbi prokuror ona 8 il həbs istədi.
Bu istintaq ortaya xeyli suallar çıxarıb. Ən önəmli sual isə budur: Almaniyada siyasi sığınacaq alan adam nədən öz vətənində məhkəmə qarşısına çıxmalıdır?
Hüseyn Abdullayev Türkiyədə səfərdə olarkən anti-terror əməliyyatı keçirən 15 nəfərlik qrup tərəfindən saxlanılıb və dərhal Azərbaycana göndərilib.
Qəzetə açıqlama verən isveçrəli vəkil Mark Komina deyib ki, əgər Almaniya bu prosesə dərhal müdaxilə etsə idi Hüseyn Abdullayev çoxdan azadlığa çıxmışdı. Vəkil Almaniyanın Federal Hökumətini Azərbaycana təzyiq göstərməyə çağırıb və qəzetə bildirib ki, ancaq bu yolla Hüseyn Abdullayev azadlığa çıxa və Almaniyaya dönə bilər. Bu, onun yeganə şansıdır.
Musavat.com
[media=https://www.sueddeutsche.de/politik/aserbaidschan-die-verhaengnisvolle-reise-1.4611518]
Paylaş:
Müəllif : Yazar
Tarix:23-09-2019, 09:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-09-2019, 09:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26