“Başqa dildə olan məhsulların Azərbaycanda satılması əhali üçün təhlükəlidir...” - QALMAQAL
Dünən Bakıda erməni istehsalı olan peçenye satılması ilə bağlı məlumat yayıldı. “Choco Pie” adlanan peçenyenin “Bazarstor”dan alındığı qeyd olunurdu. Məhsulun bir tərəfində ermənicə, digər tərəfində isə Azərbaycan dilində yazı olduğu məlum olmuşdui.
Məsələ ilə bağlı Axar.az saytına açıqlama verən “Bazarstor”un PR və Mareketinq şöbəsinin müdiri Günay Novruzqızı söyləyib ki, sözügedən məhsul başqa firma tərəfindən bütün market şəbəkələrə paylanılır: “Choco Pie” adlı məhsul yalnız “Bazarstor” üçün gətirilmir. Həmin şirniyyat “Nant” firması tərəfindən bütün marketlər şəbəkəsinə paylanılır. Biz məhsulu alanda qutusuna baxsaq da, məhsulun üzərində yazılanlara diqqət etməmişik. İndi firma ilə danışmışıq. Bu məhsul 3 gün ərzində mağazalardan yığışdırılacaq. Çünki “Bazarstor”un 50-dən çox mağazası var və bunu bir gün ərzində etmək mümkün deyil. Əslində bu yolverilməzdir, amma məhsulun üzərinə baxılmayıb deyə, belə bir şey olub".
“Nant” firmasının əməkdaşı axar.az saytı ilə əlaqə saxlayıb və bildirib ki, məhsulun üzərində ermənicə yazının olması çox təbii haldır. Saytın yazmasına görə, həmin şəxs redaksiyanı təhdid edib. Redaksiya rəhbərliyi sözügedən firmanın fəaliyyətinin araşdırılması və olaya hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə və Vergilər Nazirliyinə, həmçinin Qida Təhlükəsizliyi Agentliyinə sorğu göndərib.
Bildirək ki, Bakıda erməni məhsullarının satılması ilə bağlı bundan öncə də məlumatlar yayılmışdı. Xüsusilə də Bakıda erməni məhsulu olan şirniyyatlara, peçenyelərə rast gəlinir. Onu da qeyd edək ki, Dövlət Gömrük Komitəsinin saxlanc anbarlarında xeyli sayda erməni məhsullarını görmək mümkündür. Bunu həmin anbarlara təşkil olunan mediaturda iştirakımız zamanı da müşahidə etmişik. Dövlət Gömrük Komitəsinin əməkdaşları bildiriblər ki, həmin məhsulları daha çox turistlər sərhəddən keçirmək istəyirlər. Turistlərdən alınan məhsullar anbarlarda bir müddət saxlanıldıqdan sonra məhv edilir.
Bəs mağazaya qədər bu məhsul necə gəlib?
Öncə qeyd edək ki, kiçik araşdırmamız nəticəsində öyrəndik ki, haqqında danışılan şirniyyatın istehsal şirkətinin əsas mərkəzi Cənubi Koreyadadır. Lakin dünyanın digər yerlərində də paylayıcı və yaxud da istehsalı həyata keçirən şirkətləri var. Bu şirniyyatın 2000-ci ildən etibarən dünyada geniş satışına başlanılıb. Şirkətin rəsmi rəqəmlərinə görə, peçenyenin dünyada 12.1 milyard ədəd satışı həyata keçirilib. Bu ilin aprel ayında məlumat yayılıb ki, Cənubi Koreyanın “Orion” şirkətinin istehsal etdiyi “Choco Pie” məhsulları “Chine Brand Power Index 2019" reytinqində birinci yer tutub. Bu haqda şirkətin nümayəndələrinə istinadən Maeil Business Newspaper xəbər verib. Onların fikrincə, şirkət dörd ildir 1000 xaldan 654 xal qazanır.
Chine Brand Power Index - Çində satılan 17 800 ədəd məhsul haqda istehlakçıların loyallığını, istəklərini və məlumatlılığını qiymətləndirən milli reytinqdir. “Biz bir daha təsdiq etdik ki, ”biskvit" sözünü dedikdə Çin istehlakçılarının ağlına gələn ilk şey Choco Pie-dır. Ona görə də biz Cənubi Koreyanın ən yaxşı brendinin nüfuzunu gücləndirməyi təklif edəcəyik", - şirkət nümayəndələri bildiriblər.
“Yeni Müsavat”a danışan ekspert Eyyub Hüseynov bildirdi ki, ölkədəki müxtəlif mağazalara çoxsaylı təhlükəli mallar gəlir: “Çox təəssüf ki, bu barədə müvafiq qurumlara dəfələrlə məlumat versəm də, məhəl qoyan yoxdur. Məsələn, bazarda saxta, qaçaqmal yolu ilə gətirilən gürcü limonadları var. Bu barədə müvafiq dövlət qurumlarına məlumat vermişəm, ancaq verdikləri cavab qaneedici deyil. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi cavab verir ki, monitorinq aparıblar, belə bir limonad yoxdur. Halbuki, satılan yerə gedib baxdım, gördüm orada yenə də həmin məhsul satışdadır. Söhbət ”Natakhtari" limonadından gedir və bu məhsulun üzərindəki etiketdə Azərbaycan dilində bir cümlə də yoxdur. “Yeyinti məhsulu haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunlara görə, ölkənin əmtəə bazarında satılan bütün mallar xarici dillə yanaşı, Azərbaycan dilində də markalanmalıdır. Azərbaycanın əmtəə bazarında əgər bir malın üzərində erməni dilində yazılıb, azərbaycanca heç bir cümlə yoxdursa, bu, o deməkdir ki, mal Ermənistan üçün istehsal edilib və Azərbaycana daxil olmamalıdır. Yaxın qonşularımızın hamısında bu qanun var və onların əmtəə bazarına milli dildə markalanmayan heç bir mal daxil olmur. Azərbaycanda isə belə deyil. Ümumilikdə malların təxminən 50 faizi milli dildə markalanmadan ölkə bazarına daxil olur. Əgər malın üzərində bir neçə xarici dil və o cümlədən də erməni dilində informasiya yazılıb, lakin Azərbaycan dilində məlumat yazılmayıbsa, mal ölkənin əmtəə bazarından çıxarılmalıdır. Yuxarıda adını çəkdiyim limonadlar tamamilə gürcü dilindədir. Deməli, bu, Azərbaycan üçün nəzərdə tutulmayıb. Əgər malın üzərində həm erməni, həm də Azərbaycan dilində yazı varsa deməli bu, tamamilə qanunidir. Başqa dildə olan məhsulların Azərbaycan bazarında satılması insanlarımız üçün təhlükəlidir. Bizim düşmənimiz olan ermənilər dünyanın hər yerində yaşayırlar. Onlar bilərəkdən bu məhsulun tərkibini dəyişməklə, ölkədə ciddi problem yarada bilərlər. Ona görə də məsələyə ciddi yanaşmaq lazımdır".
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:21-09-2019, 12:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-09-2019, 12:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti