“Afətə dedim ki, professor çox qələt edib deyib, getsin diplomu yandırsın”
“Kim onun hansısa şeirinə, rübaisinə, qəzəlinə mahnı yazmaq istəyirsə, birinci onun sətiraltı mənasını, mahiyyətini dərk etməlidir”
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov müğənni Sami Yusifin İ.Nəsiminin “Sığmazam” qəzəlinə bəstələmiş olduğu kompozisiya haqda danışarkən deyib:
“Kim Nəsimiyə cəsarət edib müraciət etmək istəyirsə, bunu etmək üçün onun yaradıcılığını dərindən bilmək lazımdı. Onun hər bir misrasında kodlaşdırılmış sözlər var. Nəsimi böyük bir mərhələnin davamçısıdır. Nəsimi qəzəllərini o, xanımın (Afət Fərmanqızını nəzərdə tutur) oxuduğu ritmə salmaq olmaz. Kim onun hansısa şeirinə, rübaisinə, qəzəlinə mahnı yazmaq istəyirsə, birinci onun sətiraltı mənasını, mahiyyətini dərk etməlidir”.
Xalq artisti Sami Yusifin bu ifasını bəyəndiyini bildirib:
“Sami Yusifin oxuduğu bu ritm çox qədim ozan aşıq ritmidir. “Koroğlu” filmində Üzeyir Hacıbəyov bundan çox gözəl istifadə edib. Bu ritmdə savaş öncəsi oxuyarlarmış ki, qoşunu lərzəyə gətirsinlər. Bu ruhlandırıcı, ilhamverici ritmimizdir. Bu təqdirəlayiq bir ifadır. Xoşum gəldi”.
Xalq artisti müğənni Afət Fərmanqızının bu qəzəli düzgün ifa etmədiyini və iki yerdə səhv etdiyini deyib:
“Afət Fərmanqızı “Sığmazam”ı oxuyanda iki dəfə səhv etdi və buna görə ona efirdə üzr istətdirdim. Dedim ki, qızım, bir dəqiqə dayan. Nəsimi üç dildə yazan mükəmməl şairdir. Əvvəla, gedin oxuyun görün o, nə yazıb. Qəzəldə “sığarikən” yox, “sığar iki cahan”dır. İkincisi isə Afət xanım dedi ki, bunu hind ritmləri üzərində oxumuşam. Bu da yalnışdır. Hind ritmi olmayıb və bu qədim dərviş, şaman ritm və avazlarıdır. “Nəsimi” filmində dərviş rolunda mən bu ritmdə ifa etmişəm. Əslində bizim ölkəyə ziyarətə gələn hindlilər mərasimlərimizdə bu ritmi görüb gedib Hindistanda ifa ediblər. Bizə məxsus olan şeyi niyə hindlilərin adına çıxırsınız ki? Afət xanım dedi ki, bunu mənə bir professor deyib. Mən də dedim ki, belə bir professor varsa, çox qələt edib deyib, getsin ona verilən diplomun yandırsın.
Belə şeylərlə bağlı ciddi senzura, Bədii Şura olmalıdır. İndi yalançı şuaralar düzəltdilər və elə musiqini pis günə, şouya döndərən adamlar da şuranın üzvü oldular. Nəticədə də heç nə əldə olunmadı”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:15-09-2019, 13:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:15-09-2019, 13:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11