“Nəsimi xalqının qızına pul qazandırır” – Cavanşir Quliyev
Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Cavanşir Quliyev yeni müsahibəsi ilə yaddaqalan açıqlamalar verib.
“Yeni Sabah” bildirir ki, məşhur bəstəkar bu dəfə BakuPost-un suallarını cavablandırıb:
- Cavanşir müəllim, məlum olduğu kimi bu il “Nəsimi ili” çərçivəsində bir sıra tədbirlər, layihələr həyata keçirilir. Belə layihələrdən biri də əslən azərbaycanlı olan məşhur müğənni Sami Yusifin Mədəniyyət nazirliyinin sifarişi ilə Nəsiminin “Sığmazam” qəzəli əsasında hazırladığı musiqi kompozisiyasıdır. Bir bəstəkar kimi layihə haqqında düşüncələrinizi öyrənmək maraqlı olardı...
- Təbrik edirəm. Bu da Nəsimiyə fərqli bir yanaşmadır.
- Sosial şəbəkələrdə sözügedən layihə müzakirələrə səbəb olub. Layihədə Alim və Fərqanə Qasımovların iştirak etməməsini irad tutublar. Tamaşaçı nə dərəcədə haqlıdır?
- Bu, məncə, irad deyil, arzudur, ola bilərdi. Amma, olmaması da faciə deyil. Bədii əsərin keyfiyyəti hər hansı bir ifaçının olub-olmaması ilə ölçülməz, əsərin özü ilə ölçülür. O ki, qaldı aşıq və muğama - müasir musiqidə hər şeyi hər şeylə calamaq nə böyük qəhrəmanlıqdır, nə də ki qəbahət. Hər şeyi dinləyicinin bəyənməsi həll edir.
- Necə düşünürsünüz, Nəsimi yetərincə təbliğ olunurmu?
- Məncə Nəsiminin, Füzulinin, Nizaminin, Sabirin təbliğata ehtiyacları yoxdur - əksinə, hər kəsin minnəti və şükranları olsun ki, bu şairlərin əsərlərini əldə edib oxuya bilirlər!
- Orası elədir, amma bəzən milli dəyərlərimizin ölkə xaricində təbliğinə ehtiyac duyulur...
- Xaricdə ən yaxşı təbliğat, məncə, konsert deyil - şairlərimizin keyfiyyətli tərcüməsidir. Nizamini dünyaya tanıdan tərcümə oldu, konsert yox. Füzuli kimi bir şairimizi- məncə, dünyanın bir nömrəsidir- bu günə qədər fərli tərcümə etdirmədik.
- Nəsiminin “Sığmazam” qəzəlinə toy mahnısı yazdıran bir müğənnimiz var. Yəqin ki, az çox məlumatınız var..
- Buna xalq yaradıcılığı deyirlər (gülür)
- Xeyli səs-küyə səbəb oldu. Loru dildə desək elm, incəsənət adamları, müəyyən bir kütlə müğənnini “yıxıb-sürüdü”.
- Buraxın yaşasın. Nəsimiyə heç bir şey olmaz, nə olarsa qıza olar.
- Əməlli-başlı toy bazarı yarandı.
- Baxın, ölümündən yüzillər sonra da Nəsimi xalqının qızına pul qazandırır.
- Hazırda Türkiyədə yaşayırsınız. Türk cəmiyyətinin Azərbaycan musiqisinə, sənətçisinə, ədəbiyyatına baxışını analiz etmək imkanınız olubmu?
- Bizdə, nədənsə, yanlış təsəvvür var Türkiyə haqqında. Bizə elə gəlir ki, türklər gecə-gündüz elə bizi düşünməlidirlər, bizə yardım etməlidirlər, bizi müdafiə etməlidirlər, bizi sevməlidirlər və s. Halbuki, yeri gələndə onlar bunların hamısını edirlər, lakin biz istədiyimiz tərzdə deyil, özlərinin məsləhət bildiyi kimidir. Biz artıq alışmalıyıq bu fikrə ki, heç kəs bizim yerimizə bizim işlərimizlə məşğul olmayacaq. Özümüzü kiməsə sevdirməyi və tanıtmağı da buraxmalıyıq. Dünya başqa cür yaşayır.
- Amma məsələnin məğzi başqadır. Baxın bizim millət yeddidən yetmişə hamı türk musiqisini, dilini, ədəbiyyatını, sənətçisini bilir, tanıyır. Lap ən bayağı müğənnisi haqqında da dolğun məlumat sahibiyik. Bizim tanınmamağımızın səbəbi nədir? Təbliğatdadırmı problem?
- Alıcı həmişə haqlıdır, deyirlər... mən bunu təbliğatsızlıqla əlaqələndirmirəm, çünki kifayət qədər təbliğat var - davamlı müğənnilər türk telekanallarındadırlar, CD-lər gedir ora, konsertlər qurulur və s. Bilmək lazımdır ki, türklərin "damağ dadı" ilə bizimki eyni deyil. Məsələn: mənim o qədər də dəyər vermədiyim "Bu qala, daşlı qala" mahnısını Türkiyədə hər kəs bilir və sevir.
- Bəs siz özünüz necə, bir bəstəkar kimi Nəsimi ilə bağlı hər hansı bir layihə hazırlamağı düşünürsünüzmü?
- Mənim Nəsimi ilə bağlı yaradıcılıq planlarım var. Amma bu yubileylə bağlı deyil. Adını deməyəcəyəm. Hazır olanda biləcəksiniz.
Paylaş:
Müəllif : Redaktor
Tarix:13-09-2019, 08:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:13-09-2019, 08:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti