“Biqeyrətlər o çılpaq qızların videosunu yaydılar...” – Afaq Bəşirqızı
“Bizim qadınlarımız 14-15 yaşında, yaxud cavan gəlinlərimiz iki uşağını evdə qoyub sosial mediada tanış olduğu adamla qoşulub qaçır. Sonra bu işin üstü açılanda qadın sorğu-suala çəkiləndə bunu qaynananın, qaynatanın boynuna atır...”
regionxeberlericom.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı son vaxtlar artan məişət zorakılığı haqda danışarkən deyib. Xalq artisti etik normalara sığmayan görüntülərin sosial şəbəkələrdə açıq şəkildə paylaşılmasının yolverilməz olduğunu bildirib:
“Bu haqda artıq düşünməyin vaxtı deyil, hərəkətə keçmək lazımdır. Qarşımızda çox böyük problemlər var və bu da sosial şəbəkələrdə gedən lazımsız proqramlardı. Biabırçı xəbərlər, etik normaların heç birinə uyğun gəlməyən, şəxsən bizim özümüzün içində, şou aləmdə müğənnilər arasında baş verənlərin hamısı ovuc boyda respublikaya təsirini göstərməyə bilməz və hətta deyərdim ki, təsirindən də o tərəf keçib.
Amma çox qəribəsi budur ki, sosial mediada göstərilən bu biabırçılığın üstündən 10-15 dəqiqə keçən kimi həmin görüntü televiziyalarımızda da işıqlandırılır. Bu cür biabırçı hərəkətlərin icraçısı çox böyük rəğbətlə qarşılanır və deyir ki, burda nə var ki?
Yəni biri verilişinin reytinqi, digəri isə əxlaqsızlığının nümayişi üçün çalışır. Səhəri gün də toylar, tamaşalar dalbadal dayanır. Ona görə də bu haqda mənə elə gəlir ki, çox güclü qanun olmalıdır. Biz sivil ölkədə yaşayırıq, amma hər bir yaxşı və yaxud pis hərəkətin cavabı və yaxud cəzası olduğu kimi, çox vaxt yaxşı sayılan hərəkətin də çox böyük cəzası olur və bunu da cəmiyyət çəkir. Düşdüyü şəraitdən asılı olaraq zorakılıq da, nəvaziş də, hegemonluq da insana məxsusdur”.
Xalq artisti deyib ki, əslində hamı bu barədə danışsa da heç birimiz üzərimizə düşən vəzifəni icra etmək istəmirik:
“Bizim qadınlarımız 14-15 yaşında, yaxud cavan gəlinlərimiz iki uşağını evdə qoyub sosial mediada tanış olduğu adamla qoşulub qaçır. Sonra bu işin üstü açılanda qadın sorğu-suala çəkiləndə bunu qaynananın, qaynatanın boynuna atır. Amma heç kəs də buna sual vermir ki, əgər sən anasansa, gəlinliyi qəbul edə bilmədin-bilmədin, analığı da qəbul edə bilmirsənsə, sən necə qadın, necə insansan?
Ötən dəfə bunu demişdim ki, aprel döyüşlərində bizim hamımızın ürəyi yanırdı. Döyüşçülərlə, şəhid ailələriylə görüşlər keçirirdik. Belə bir vaxtda bizim biqeyrətlər o çılpaq qızların videosunu yaydılar. Bu həyatda bəzi suallara ağıllı cavab vermək üçün bizim qeyrətimiz çatırmı? Düzgün çıxarış, düzgün düzəliş etmək üçün şəxsiyyətimizi təsdiq edə bilmişikmi?
Biz həqiqətən özümüzü cəmiyyətə tanıda bilmişikmi ki, deyək biz insanıq, bütün bu qeyri-insani hərəkətlərə qiymət verməyə haqqımız var. Heç birimiz üzərimizə düşən vəzifəni yerinə yetirmək istəmirik. Biz sadəcə kreslo, gözəl kabinet, əyri yollarla pul qazanmaq, kiminsə haqqını yemək istəyirik. Bu dəqiqə bizdə həyat şüarı bu gedir”.
Xalq artisti məktəbli qızların nişanlı olmasının da faciə olduğunu bildirib:
“Bir vaxtlar korrupsiyadan iyirmi dörd saat danışmağa azlıq edən ölkələrdə bu dəqiqə korrupsiya o qədər qabarıq şəkildə özünü göstərir ki, bilmirəm dünyanın, yoxsa insanlığın axırıdır. Ona görə də bütün bunlara cavab vermək çox çətin məsələdir. Bütün bu hadisələrin kökündən dəyişəcəyinə və bunların bir də olmamasına heç cür zəmanət verə bilmərəm. Əksinə, qorxuram ki, bu get-gedə daha geniş şəkil ala.
Amma qadınların zoraklığı və uşaqların şiddət görməsi kimi məsələlər müzakirədən əvvəl ailə daxilində həll olunmalıdır ki, bunun səbəbləri araşdırılsın. 13-14 yaşında qız əgər 45-50 yaşında kişiyə ərə gedirsə, əgər məktəbə gələn qız 7-8 sinifdə nişanlıdırsa, bütün bunlar hamısı faciədir.
Bir vaxtlar biz “Ağ atlı oğlan”, “Məlikməmməd” nağılı oxuyub özümüz üçün belə bir gələcək həyat yoldaşı arzulayırdıq, amma indi bütün bunların hamısı qızların 35-40 yaşında gördükləri kişilərin xəyalına keçib. Bunun axırı nə olacaq, bilmirəm. Cavanlarımız restoranlarda yemək paylayırlar və soruşanda da deyirlər ki, iki diplomum var, amma iş tapa bilmirəm. Əgər sən iki diplomla bu həyatda mübarizə aparıb qalibiyyət əldə edə bilməmisənsə, şüşə silməklə, təkər qaraltmaqla nə edəcəksən? Azərbaycanın gələcəyi bu cür gəncliyin əlindədirsə, vay bizim halımıza”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:6-09-2019, 21:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:6-09-2019, 21:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti