İradə İbrahimova SƏNƏTDƏN GETDİ? - ŞOK AÇIQLAMA
Türkiyə vətəndaşıyla ailə qurduqdan sonra qardaş ölkədə yaşayan müğənni İradə İbrahimova sənətdən getməsi ilə bağlı şübhələr oyadan status yazıb.
regionxeberlericom.az Publika.az-a istinadən xəbər verir ki, sənətçi instaqramda paylaşdığı statusda müğənnilik fəaliyyətinə 19 yaşından başladığını, 15 il dayanmadan çalışdığını, lakin bir müddət sonra yorulduğunu və mənəvi istirahətə ehtiyacı olduğunu qeyd edib.
O, sənətindəki durğunluğun səbəbini belə izah edib: “15 yaşında iş həyatının nə olduğunu bilmədən ilk qonorarımı aldım. Həyat ilk olaraq ruzimi əlimə sıxışdırdı. Sonra fasilələr... Ta ki 19 yaşına gəlincəyə qədər. 19 yaşımda həm universitetdə oxumağa, həm də işləməyə başladım və bu fasiləsiz, tam 15 ilə yaxın professional iş həyatımda çox həyəcanlar yaşadım, çox gözəl işlərə imza atdıq. Tək deyildim, dəstək olan, əlim-qolum olan gözəl ürəkli insanlarla addımladım, çoxaldım, sizlərlə paylaşdım.
Özümü tanıyandan bəri çox çalışdım. Qarnım burnumda belə səhnəyə çıxmağa can atdım və çıxdım. Nə doğum dedim, nə ölüm, dayanmaq istəmədim. Arı kimi çalışdım. Bəzən "hər yerə necə yetişirdim" dediyim və təəccübləndiyim çox oldu. Sonra bir gün gəldi yoruldum, maddi ilə məna arasında qısılıb qaldım. Maddi məni udmasın deyə, yavaşladım. Maddinin mənadan daha dəyərli olmadığını başa düşdüyüm üçün mənaya sığındım. Maddini cansız, mənanın canlı olduğunu başa düşdüm. Özümə yuxarıdan baxmaq üçün heç ayağımı əyləcə basmadan yavaşca sağa çəkib durdum. Həyat sanki mənə o vaxt "çək kənara mənanın sənə söyləmək istədiyi bir şey var" dedi. Dayandım və bütün qəlbimlə, böyük səylə dinləmək, başa düşmək istədim. Bəzən bir kitabla, bəzən bir cümləylə, bəzən oxuduğum, bəzən dinlədiyim nəğmələrlə, bəzən qarşılaşdığım insanlarla, bəzən bir ağacın gövdəsiylə, bəzən mənə baxan bir cüt gözəl gözlə başa salmağa, öyrətməyə çalışdı. Etmək istəmədiyim, olmaq istəmədiyim, ürəyimin istəmədiyi hər şeyi özümdən uzaqlaşdıracaq qədər yaşlandığımdandır bəlkə, bilmirəm... Amma "yox" deyə bilməyi öyrənməlisən dedi. O vaxtlar "bəli"lərim qədər "yox"larım da qiymətli və ürəkdən idi”.
Sonda isə müğənni ailəsinə və bacısı stilist Nigar İbrahimovaya öz təşəkkürlərini ifadə edib.
“Məni mən edən Allaha, ailəmə, əsas da bacım Nigar İbrahimovaya, hələ də dəstəklərini əsirgəməyən, yanımda olduqlarını hiss etdirən çox dəyərli insanlara, 19 yaşımın enerjisinə salam olsun”.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-08-2019, 11:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-08-2019, 11:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti