Fidel Kastronu qəzəbləndirən, küçələri kimsəsizləşdirən əfsanəvi film necə çəkildi?
50 il öncə, 1973-cü ilin avqust ayında ekranlara ilk çoxseriyalı Sovet filmi çıxdı. Film ekranlara ilk dəfə çıxarkən onu 70 milyon insan izlədi. Film ekranlara çıxanda küçələr boşalır, elektrik sərfiyyatı artır, cinayətkarlığın səviyyəsi aşağı düşürdü. Yulian Semyonovun eyniadlı romanı əsasında çəkilmiş 12 seriyalı “Baharın 17 anı” filminin çəkilişləri 3 il boyunca ADR, Latviya, Moskva və Gürcüstanda aparıldı.
Regionxeberlericom.az milyonlarla tamaşaçının dəfələrlə eyni maraqla izlədiyi bu film barədə məlumat verir.
Filmdə hadisələr 1941-1945-ci illər, Almaniyanın II Dünya savaşındakı kapitulyasiyasından bir qədər öncəki zamanı əhatə edir. Faşist liderlərin arasına düşmüş Sovet kəşfiyyatçısının təhlükə dolu anları izləyicilər tərəfindən həyəcanla izlənilirdi. Deyilənə görə, Ştrilits obrazının prototipi alman kəşfiyyatçı Villi Leman idi. O SSRİ-yə işləyirdi və GESTAPO tərəfindən edam edilmişdi.
Film Almaniyada da izlənilmiş və onlar düşməni bu qədər eleqant, ağıllı və layiqli rəqib kimi təsvir etmiş rejissor xanıma minnətdarlıqlarını bildirmişdilər. Lakin eyni hal Sovet rəhbərliyini öncə bərk qəzəbləndirmişdi. Düşmən bu qədər ağıllı təsvir edilməməliydi. Filmi ekranlara buraxmaq istəmirdilər. O zamanlar SSRİ Teleradio Şurasının sədr müavini olan azərbaycanlı Ənvər Məmmədov filmi senzuradan xilas edib.
Filmin rejissoru Tatyana Lioznova ssenaridən kənara çıxmağı sevməsə də, bəzi improvizələr də edirdi. Filmdə baş rolu öncə İnnokenti Smoktunovski oynamalıydı. Lakin onun rejissorla sözünün düz gəlməməyi nəticəsində seçim dəyişdi. Arçil Qomiaşvili, Oleq Strijenovun namizədlikləri irəli sürülsə də, sonda seçim Vyaçeslav Tixonovun üzərində qaldı. Və çox da uğurlu alındı.
Filmdə Ştirlitsin xanımı olmamalıydı. Lakin Tixonovun özünə yaxın dostlarından birinin kəşfiyyatçı arvadı barədə danışdığı kədərli hekayə onu o qədər təsirləndirdi ki, o bunu rejissora danışdı və filmə onun xanımı ilə bağlı səhnələr əlavə edildi. Semyonov filmə əlavələr etmiş rejissor xanımın adının ssenari müəllifi kimi yazılmasını istəməmişdi və buna görə onlar ömürlük incik qalmışdılar.
Şellenberqin gerçək həyatdakı qohumları Oleq Tabakovun həmin obrazdakı ifasını çox bəyənmişdilər. Leonid Kuravlyov öncə Hitleri oynamalı idi, lakin sonra Aysman obrazına çəkildi.
Radist Ketrinin soyuqda dondurulan körpəsi roluna 6 uşaq birdən çəkilib ki, uşaqlar xəstələnməsinlər. Həm də çəkilişlər 3 il davam etmişdi, balacalar sürətlə böyüyürdülər. Uşağın şiddətli ağlamaq səsini körpələr evində yazıblarmış.
Tixonovu faşist uniformasında Berlin küçələrində görən almanlar ona öz qəzəb və nifrətlərini bildirmişdilər.
Fidel Kastro bu filmə görə qəzəblənmişdi. Çünki Kuba rəhbərləri film ekranlara çıxarkən işlərini atıb evə qaçırmışlar.
Əfsanəvi film 50 yaşını başa vurdu. Bu ay Rusiya telekanalları “Baharın 17 anı” filminin yubileyi münasibətilə müxtəlif proqramlar tərtib edib və “Ştirlits əbədi - Əfsanənin doğuşu” adlı sənədli film də çəkiblər. Film bundan sonra ekranlara ağ-qara deyil, rəngli versiyada çıxacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-08-2023, 10:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |