Pulunu ver, özünü efirdə biabır elə - Replika
Həftə sonu “Bizimləsən" verilişində müğənni Sahib İbrahimovla iştirakçılardan biri arasında mübahisə yaşandı. Həlimə adlı qadın ifaçı münsiflər heyətində oturmuş müğənni Sahib İbrahimov tərəfindən tənqid yox, təhqir olundu.
Sahib İbrahimov "Sən oxuyansan? Danışığını bilmirsən. Özünü qadın kimi apar, küçə adamı kimi aparma" şəklində reaksiya verdi. Həlimə də cavabsız qalmayıb "Sənin səsin heç yoxdur, oxuya bilmirsən" deyə özünü müdafiə elədi. Hərçənd buna özünümüdafiə demək olmazdı. Aparıcı Zaur Baxşəliyev və digərləri Həliməni susdurmağa çalışdılar.
Adamın gərək hər yerdə adamı ola prinsipilə tanınmışların əksəriyyəti Sahibi müdafiə edir. Məsələn, Əməkdar artist Nigar Şabanova bildirib ki, “Zaur verilişidə sənət adamına hörmət qoymayıb. Zaur o xanımı efirdən çıxartmalı idi. Hamıya dərs olsun. Efir sənətkarın hörmətini saxlamalıdır".
Tanınmışların böyük əksəriyyəti bu fikirdədir.
Fikrim tərəflərdən hansınınsa haqlı və ya haqsız olduğunu bildirmək deyil. Məlum məsələdir ki ,tanınmaq üçün efirə çıxan müğənnilər bunu müəyyən məbləğ əsasında edirlər. Və o da məlumdur ki, belə şou xarakterli proqramlarda reytinq yüksəlsin deyə, süni qalmaqal yaradılır. Proqram daha baxımlı olsun deyə, hətta reklam fasilələrində gəlib iştirakçılardan tələb edirlər ki, “bir az diri olun. Emosiya çatışmır”. Onlar da bir - birlərinə ağıza alınmayacaq sözlər deyib, xoruz kimi döyüşürlər. Sahib İbrahimov “xalqın sənətkarıyam” deyirsə, bu xalqın qızı olan bir xanıma “küçə adamı” deməməliydi. Müğənninin səsi olmaya bilər. Bu onu təhqir etmək haqqı vermir. Axı tanınmamış müğənni reklam üçün belə proqramlara çıxır, bir ətək pul verib efirə ondan ötrü gəlmir ki, onu təhqir edələr, biabır ola.
Belə baxanda günah elə pulu verəndədi. Sən pul verdiyin proqramı da bilirsən, onların reytinq naminə nələrə qadir olduğunu da. Nə işin var, aparıb başını soxursan timsahın ağzına?
Deyib – deyib yorulmuşuq, telekanalların rəhbərliyi bu tip verilişlərdən əl çəkəsi deyil. Amma bizim də getməmək, baxmamaq, baykot eləmək haqqımız var.
Pul naminə hamını efirə çıxarıb, müğənni deyə - deyə sırıdılar, zövqümüzü kor elədilər. Elə elədilər ki, daha nə versələr bəh- bəhlə qəbul elədik. Məhəllə davalarını, saçyoldularını maraqla efirdən izləyən olduq.
Biz belə belə kim olduq? //lent.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:15-05-2023, 16:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər