Azərbaycan kinosunda “köhnə-təzə” toqquşması: “Peşəkar insanlar da qapı arxasında qalıblar”
Avqustun 2-də Azərbaycanda Milli Kino günü qeyd olunur.
Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır. Lümyer qardaşları ilk filmi nümayiş etdirdikdən sonra 1898-ci ildə fotoqraf Mişon Bakıda "Balaxanıda neft fontanı” və “Bibiheybət neft mədənində yanğın” adlı xronikal süjetləri lentə almaqla milli kinomatoqrafiyamızın əsasını qoydu. Bundan sonra onlarla film çəkildi. Onlar arasında ən yaddaqalanı Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında çəkilmiş ilk milli kinokomediya oldu. 1920-ci ildən sonra isə Azərbaycanda sovet kinosu erası başladı. Həmin illərdə çəkilən “Ulduz”, “Şərikli cörək”, “Bizim Cəbiş müəllim” və digər filmlərin ideoloji xətti olsa da, onları bizə sevdirən milli ruhun, milli adət-ənənələrin özündə əks etdirmələridir. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanda çəkilən filmlərin sayında azalma baş verdi. Ötən əsrin sonunda çəkilən filmlər sırasında ən çox yadda qalanları isə Qarabağ münaqişəsindən bəhs edən “Özgə vaxt”, “Biz qayıdacağıq”, “Fəryad”, “Sarı gəlin”, “Lal çinar”, “Arxada qalmış gələcək” kimi kinolentlər olub.
Kinorejisor, Xalq artisti Şeyx Əbdül Cebhe.info-ya müasir Azərbaycan kinosuna münasibətindən danışıb. Kinorejisor deyib ki, Azərbaycan kinosu müstəqillik dönəminə qədər Sovet kinosunun içindəydi:
“O vaxt çəkilən kinoların əksəriyyətindən xalq razıdır. Bu gün Azərbaycan kinosu hələ özünün uşaqlıq illərini yaşayır. Dünyaya gələn körpə uşağın böyüyüb kim olacağını əvvəlcədən demək bir az çətin məsələdir. Amma kino daim diqqət, qayğı və dəsdək gözləyən bir sahədir. Çünki bizdə hələ kino dünya kinosu kimi milyardlarla gəlir gətirən sahə deyil. Mən dövlətdən kinoya ayırdığı diqqətə görə razıyam. Çünki dövlət əlindən gələn qayğını göstərir. Nəzərə alsaq ki, müharibə şəraitindəyik, qaçqın, köçkün var. Daxilimizdə düşmən baltalarına sap olanlar, düşmən dəyirmanına su tökənlər, südü-qanı bizdən olmayıb müəyyən sahələrdə hələ də oturub bizə “rəhbərlik” edənlər, şəxsi marağın, qohum-əqrəba və tayfa marağını mədəniyyətin marağından üstün tutanlar var. Kino sənəti bütünlükdə böhrandan çıxmaq üzrədir. Dövlət diqqət ayırsa da, burada bir böyük “NO” var. Bu “NO” ondan ibarətdir ki, dövlətin bizə göstərdiyi yardımlar necə istifadə olunur, bölünür və buna necə nəzarət olunur? Sənəti peşəkarlara tapşırmaq lazımdır. Çox gözəl olardı, yad bir əşya kimi hansısa işçini kinoteatrda yer boşdu deyə gətirib işə qoymasınlar. Kinoya onu bilən insanlar rəhbərlik etməlidirlər. Onlar rəhbərlik edəndə dövlətin ayırdığı vəsaiti də düzgün xərcləyir və nəticədə gözəl iş ərsəyə gətirir. Bu gün bizim problemimiz budur. Ayrılan vəsaiti düzgün sərf edə bilmirik. Çünki hazırda bu işlərə lazımi səviyyədə rəhbərlik edə bilən tam peşəkar insanlar yoxdur. Peşəkar insanlar da qapı arxasında qalıblar. Səlahiyyət və söz sahibi deyillər. Arzu edərdim ki, dövlət zəhmət çəkdiyi bu sahəyə yaxşı bir nəzarət də qoysun ki, ayrılan vəsait də aidiyyəti üzrə istifadə olunsun. Sözsüz ki, istedadlı gənclərə “yaşıl işıq” yandırmaq lazımdır. Lakin onlar da tez “mənəm-mənəm” deməsinlər. Təəssüf olsun ki, hərə bir söz deyir. Nazirlik bir söz deyir, burada kinostudiya bir qərar verir, təşkilat isə bir cür iş görür və s.
Bax bu kimi problemlər var və biz bunu gizlətmirik. Bugünkü kino ilə Sovet kinosundakı fərqin səbəbi odur ki, əvvəla bizim böyük kino məktəbimiz vardı ki, orada rejisorlar yetişirdi. Onlar da dünyasını dəyişəndən sonra o məktəb dağıldı. İndi isə kino sahəsində yeni tədris sistemi və təbliğat forması formalaşmalıdır. Yeni kadrlar və yeni maddi-texniki baza formalaşmalıdır. Bu gün ən az orta səviyyədə dünya standartlarına cavab verən maddi-texniki baza olmalıdır. Kino rejisor sənətidir. Böyük kinoların yaranması üçün böyük rejisor məktəbi yaranmalıdır. Böyük əsəri gətirib uşağın əlinə verərsən, elə günə qoyar ki, müəllif də küsər səndən, xalq da tüpürüb gedər. Bir də rejisorların hər sahə üzrə özlərinin profilləri var. Təəssüf ki, bu məktəb pozulub və cavan rejisorlar da tez tanınmaq istəyirlər. Bu gün gənc rejisorlar peşəkar bəddi rəhbərlərlə işləməlidirlər ki, materialı düzgün çəkə bilsinlər. Bu mənada bizdə o şüur formalaşmalıdır ki, qısqanclıq hissi sənətə zərbə vurmasın. Son zamanlar bəyəndiyim filmlər də var, ancaq cavanları ruhdan salmamaq üçün ad çəkmirəm”.
Azərbaycan kinorejisoru və kinoşünası, Əməkdar incəsənət xadimi Ayaz Salayev isə deyib ki, gəlin bu gün Azərbaycan kinosunun gələcəyindən danışaq:
“Mən hazırda kinonun keçdiyi yolu deyil, keçəcəyi yolu daha çox düşünürəm. Çünki bu yanlış bir fikirdir ki, SSRİ dövründə filmlər çox yaxşı idi, yüksək səviyyədə çəkilirdi. Bəli, xalq tərəfindən bu gün onlar daha çox sevilir. Çünki kino simasını dəyişib. Amma müstəqillikdən sonra kino festivallara və dünyaya çıxıb. Bu gün Azərbaycan kinosunun üzərinə daha ağır yük düşür ki, müstəqil Azərbaycanı onun özünə göstərməlidir. Müstəqil təfəkkürü ekranlaşdırmaq lazımdır. Mən istəyirəm ki, rejisorlar bunu dərk etsinlər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-08-2019, 09:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-08-2019, 09:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11