"Bununla bağlı çox yerə müraciət etmişəm, mən nə qədər məktub yazmalıyam" - ETİRAZ
“50 ildir sənətdəyəm, bu məni çox incitdi. Məndən başqa Təranə Vəlizadə, Kəmalə Rəhimli, Ruhəngiz Allahverdiyeva, Səbinə İlyasova kimi sənətkarlarımız var. Nə üçün biz ad ala bilmirik?”
Bu sözləri Bizim.Media-ya açıqlamasında Firuzə İbadova bildirib.
O, bir neçə gün bundan əvvəl sənət adamlarının fəxri ada layiq görüldüyü zaman, kənarda qalmasından çox incidiyini də qeyd edib.
“Bununla bağlı çox yerə müraciət etmişəm, mən nə qədər məktub yazmalıyam? Nə üçün? Hansı səbəbə görə? Hazırda aqressiyamın səbəbi odur ki, məni çox incidən ünsürlər var. Azərbaycan incəsənətində çox böyük insanlar var, ona görə onlara hörmət olaraq hər zaman susmuşam, danışmamışam. Mənə yaxınlarım sual verəndə ki, “Firuzə xanım nəyə görə kənarda qalmısız?” onlara cavab verməyə utanıram”.
Əməkdar artist həmçinin vurğulayib ki, Azərbaycan sənətində bu adlara layiqli çox gözəl simalar var.
“Qarabağı gəzən firuzələr, kəmalələr, ruhəngizlər olub. Onlar bu sənətə təkbaşına, heç kəsin köməyi olmadan gəliblər. Biz onda olmasaydıq, indikilər də olmazdı. Mən müğənniyəm, əgər mənim Mədəniyyət nazirliyim və mədəniyyət komitələrim varsa, demək nəsə etməlidirlər. Yoxsa onlar nə üçün yaradılıblar? Qoy araşdırsınlar biz sənət, səhnə üçün nə etmişik. Biz bayağı deyil, Azərbaycan misiqisinə xidmət etmişik”.
Sonda ifaçı qeyd edib ki, o həyatında heç bir zaman fəxri ad almaq üçün çalışmayıb. O, deyib ki, vaxtıkən Azərbaycanın ad almayan çox dəyərli sənətkarları olub.
“Mən o ad üçün heç vaxt əlləşməmişəm. Mahruh Muradadov, Vahid Abdullayev, Dədə Süleyman, Cabbar Qaryağdıoğlu kimi böyük sənətkarlarımız ad aldı ki, biz də alaq? Mən demirəm ki, mənə Xalq Artisti adı verin. Xeyr, ancaq məni sayın. Qoyun məktublarım heç olmasa ünvanına yetişə bilsin”.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-10-2021, 15:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-10-2021, 15:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11