"Nə bilim, onun gözündən piltə-piltə gələr..." - QALMAQAL
Mərhum müğənni Məhəbbət Kazımovun repertuarında olan "Laçınım” mahnısı haqqında qalmaqal və müəlliflik iddiaları səngimək bilmir. Müğənni Könül Kərimova mətbuata açıqlamasında bildirib ki, sözügedən mahnını Məhəbbət Kazımov deyil, o bəstələyib.
Yazar-publisist, bəstəkar Elnur Baxış isə Qaynarinfo-ya müsahibəsində müğənninin bu fikri ilə razılaşmadığını deyir.
- Könül Kərimovanı Məhəbbət Kazımov səhnəyə gətirib. Könül Kərimova o vaxtlar indinin pulu ilə 2 manata toylara gedən müğənni idi. Bir və iki "şirvan” pul verirdilər. Məhəbbət onun əlindən tutub səhnəyə gətirib, duetlər oxuyub, Könül xanımı populyarlaşdırıb, bütün Azərbaycana sevdirib, tanıtdırıb. Nə qazanıbsa, Məhəbbət Kazımova borcludur. Bir vaxtlar Könül-Məhəbbət dueti məşhur idi. İndi bunların qarşısında "Laçınım” mahnısı mənimdir” deyə Məhəbbət Kazımovu əsassız ittiham eləmək, ardınca danışmaq ona yaraşar? Nə bilim, onun gözündən piltə-piltə gələr, haram olar Könül xanıma. Məhəbbət Kazımov saf adam idi, heç kəslə işi olmazdı, kiminsə haqqına girməzdi. Könül ara qatmaqla düz eləmir, insanları əsəbiləşdirir, onları tamamilə başqa səmtə çəkmək istəyir və düz etmir. Bunu Könül xanıma yaraşdırmıram, amma gözəl sənətçidir, səsinə heç kim nəsə deyə bilməz. Onun öz yeri var, amma Məhəbbət Kazımov haqqında deyilənlərə haqq qazandırmıram. Bir az irəli getsə, qarşısında bizi görəcək.
- Kimləri?
- Məni, Xalq artisti Yasin Qarayevi və oğlu Rəşidi… Yasin Qarayev günlərlə həmin mahnının üzərində işləyib.
- Sizi Məhəbbət Kazımovla nə birləşdirib?
- Məhəbbət Kazımovun həyat və yaradıcılığından bəhs edən "O səsin sehri” adlı kitabın müəllifiyəm. Bundan əlavə, Məhəbbət Kazımovun yaxın dostu olmuşam. "Laçınım” mahnısını Məhəbbət Kazımovun özü bəstələyib. Könül Kərimova tamamilə yalan deyir, Xalq artisti Yasin Qarayev həyatdadır. Yasin Qarayev və musiqiçi Akif müəllim bu məsələnin içində olub. Osman Alıyev "Laçınım" adlı şeir yazıb. Osman Alıyev laçınlıdır, şeiri yazıb gətirib Azərbaycan Nəşriyyatında poçt qutusuna atıb. Onu da Fəxrəddin adlı bir polis əməkdaşı götürüb və öz adına çap etdirib. Sonra Fəxrəddin həmin şeiri aparıb Məhəbbət Kazımova verib ki, ona mahnı oxusun. Bununla bağlı mətbuatda müsahibələr dərc olunanda qalmaqal yarandı, üzləşmələr oldu. Həmin vaxt məlum oldu ki, "Laçınım” Osman Alıyevə məxsusdur. "Laçınım” şeirinin bir neçə bəndinə düzəlişlər olunub. Bu işdə isə Xalq artisti Yasin Qarayevin böyük əməyi var. Allaha şükür olsun ki, Yasin müəllim həyatdadır…
- Bəs onda Könül Kərimova niyə belə bir açıqlamada bulundu, özü də həyatda olmayan və onunla duet oxuyan bir sənətkar haqqında?
- Ölənlərin ardınca danışmazlar, torpağın altındadır, yatır, onun ruhunu narahat etməyək. Mən o vaxtlar Məhəbbət Kazımovdan bəhs edən kitabı yazanda ora nə Könülün adını yazdım, nə Fədayə Laçının, nə Habil Laçınlının, nə də Natiq Dağlaroğlunun. Çünki bunların dördü də saxta adamlardır, hamısı Məhəbbət Kazımovdan istifadə edib. Gəlin həqiqəti deyək. Kim yerindən durur, deyir, Məhəbbətin yanında olmuşuq. Biz bir yerdə Kazımovla toylara getmişik, ayıb olar ey, xalqın içində gəzirik. Biz onunla toylara getmişik, onda mən hər dəqiqə durub deyim ki, Kazımovun adamıyam? Məhəbbətin ölüsündən də istifadə edirlər. Bu, düzgün deyil. Könül görür ki, gündəmdən düşüb, yeni heç nə yoxdur, yenidən gündəmə gəlmək istəyir. Bilir ki, indi heç kim efirə baxmır, bunun üçün də yeni bir gündəm yaratmaqla insanların fikrini çaşdırmaq istəyir. Hətta deyir ki, Yusif Mustafayev də bunu bilir. Yusif Mustafayev də xəbərsiz olduğunu, tamamilə belə bir şey yoxdur, deyir. Könül gözəl sənətçidir, konservatoriyanı bitirib, Arif Babayevin tələbəsi olub. Amma bu o demək deyil ki, sən kimisə haqqın olmayan nədəsə ittiham edəsən. Könül Məhəbbətin hansı mahnısını bəstələyibsə, mən onu bilirəm.
- Fəxrəddin Ümid deyir ki, Məhəbbət Kazımov "Laçınım” mahnısına fars çalarları üsubunda əlavələr edib, buna görə efirə buraxmayıblar, amma Könül Kərimova bunu milliləşdirib. Mahnı bundan sonra efirə buraxılıb.
- Fəxrəddin Ümid yalan deyir, nə fars çalarları? Elə bir musiqi deyə bilmərsən ki, orada fars çalarları olmasın. Fəxrəddin hara, musiqi hara? Şeiri Osman Alıyev yazıb, Məhəbbət bəstələyib. "Laçınım” o qədər də güclü mahnı deyil. Amma bu mahnıda nisgil, vətən, yurd həsrəti var. Laçın işğal olundu, insanlar evlərindən didərgin düşdü, mahnı da buna görə sevildi. Vətən, torpaq həsrəti çəkən Məhəbbət Kazımov da Laçın deyib haray çəkdi. Bu mahnını ancaq Məhəbbət Kazımov sevdirə bilərdi.
- Məhəbbət Kazımovun ailəsi məhkəməyə müraciət edəcək deyəsən. Edərsə, haqqı tanınar?
- Əlbəttə, oğlu məhkəməyə versə, Könül xanım uduzar. "Laçınım” Laçının himnidir. Laçın deyəndə Məhəbbət Kazımov yada düşür, Məhəbbət Kazımov deyəndə də Laçın.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-09-2021, 10:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-09-2021, 10:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti