"Mənim davam torpaq-qürur davası olub, qarın yox!" - QALMAQAL
Xalq artisti Flora Kərimovanın Meydan TV-yə müsahibəsi zamanı “Daha müxalifətçiliyə yer qalmayıb” fikrini səsləndirməsi müxalif düşərgədə birmənalı qarşılanmayıb. Müsavat başqanı Arif Hacılı buna cavab olaraq “Xalq artisti bu fikirləri Qarabağ münaqişəsi kontekstində deyə bilər” fikrini səsləndirib.
AXCP sədri Əli Kərimli isə bildirib ki, “müxalifət olmasın” demək, ailə hakimiyyəti əbədi olsun deməkdir."
Yenisabah.az xəbər verir ki, Flora Kərimova hər iki müxalifət partiyalarının rəhbərinə daha geniş formada öz instaqram hesabında cavab verib.
O, müsahibəsində səsləndirdiyi fikirləri bu şəkildə əsaslandırıb:
“Müxalifət olsaydım, gərək məni çox ağıllı insanların siyahısına yazaydılar. Müxalifət – əsl, əldəqayırma yox – çox ağıllı olmalıdır. İqtidarı haqsız çıxarmağa faktları, məntiqi və cəsarəti olmalıdır. Çoxu sponsor gücünə müxalifətdir, məni onların arasına yazmayın. Təbii ki, hamısını demirəm, çünki mən də həmin çeşmədən su içmişəm. Mənsə heç vaxt su içdiyim qaba tüpürmərəm. Müxalifət – siyasətçi olmalıdır. Adını daşımamalıdır, özü olmalıdır. Müxalifət – intellektlə, vətənə olan sevginin vəhdətidir. Bir də ki, daha müxalifətçiliyə yer qalmayıb. Çünki iqtidar millətimlə, şəhidlərin qanı ilə məni bir insan kimi ucaltdı. Hamımızı xalq, millət kimi ucaltdı. Həmişə deyirəm ki, vətəni ürəklə sevib, ağılla qoruyarlar”.
Bu sözləri mən demişəm və dediyim hər kəlməmin arxasında iradəmlə dururam. 30 illik həsrətimə son qoyulan qalib ölkənin vətəndaşıyam! Alnı açıq, gözü yaşlı, oğul anasının şəhidi üçün “Vətən sağ olsun” sözünü deyə biləcəyi qədər qürurluyam! Kütlənin qınağından qorxub real həqiqətləri dilin gətirə bilməyənin vətən sevgisinə, cəsarətinə şübhəm var! Sizlərdən fərqli olaraq “Çox sağ ol” deməyə səmimiyyətim çatır. İndi nə var “Müxalifətçilik” etməyə! Bu gün siz güclü ordusu olan dövlətdə yaşayıb, tox qarnınızla, səsinizi dünyaya duyura biləcək imkanlarınızla müxalifətçisizsə, mən sovetlerdən qanı bahasına canını qurtaran, bir çörək üçün saatlarla növbə gözləyən, ordusu əli silah görməyən oğullardan qurulan, 11.000 şəhidi, 50.000 qazisi, indiki şəhidlərdən çox itkini olan hakimiyyətin həm iqtidarı, həm müxalifəti olmuşam!
Sözünü deməyə nə meydan var idi, nə də Meydan TV. Ümidi həftədə bir dəfə 5000 tirajla çıxan 2 qəzetə qalan 25 il qadağada olan, səsi bütün efirlərdən kəsilən tək qadın sənətkaram. Payınızı götürün.
Arif bəy, hörmətim Sizə böyükdür! Ehtimalınız doğrudur. 27 ildə deyil, yüzillərlə düyünlənən ölüm-dirim savaşı 44 günə həll olunmasını gözləmək, olunanlar xaric olunmayan və olunmalıları sadalamaq indiki halda nə dərəcədə ədalətlidir?! Demirəm sizə kimlərəsə minnətdar olun, edilənlər edənlərin boynunun borcudur və edir!
Əli bəy, yuxarıda müxalifətin, müxalifliyin güvəniləcək simalarını yazmışam. Bu qədər sayğı və təzimin içərisində sizə xoş gəlməyən nə oldu? Təzə ağzı süd qoxuyan, nə bahasına “müstəqiləm” sözünü dilə gətirməyin çətinliyini bilməyən kütləyə deyiləcək sözüm yoxdur. Siz ki məni 1 həftə yox, 1 il yox, illərə tanıdığınız halda məni nədə suçlayırsınız?
Çətinlikləri, aclıqları, təpkiləri, əziyyətləri, qadağaları, sürgünləri, seçki hüquqlarını kimə sadalayırsınız? Kimə tarix səhifələrini və statistikaları göstərirsiniz? Bəlkə nələrsə yadınızdan çıxıb?! Harda və hansı şəraitdə, kimlərin üzünə nə dediklərimi məndən yaxşı bilirsiniz! Kimi desəydilər düşünərdim, amma, sizin məni hədəf alacağınız ağlıma gəlməzdi. Demədiyim sözü yozmanız arzunuzdur, yoxsa böhtanınız? İqtidara yarınmaqdan, bəhrəsini görməkdən ötrü 25 il gözləyəcək qədər ağılsızmı oldum?! Mən bu millət üçün səsimdən, sənətimdən keçəndə indiki şəpik cavanların valideynləri sinələrində Leninin nişanı ilə pambıq yığmağa gedirdi. Sizin sizdən böyük müəllimizin, silahdaşı olmuşam və varam! Elədiyim də kiminsə “Sağ ol“-u üçün deyil vicdanım, millətim üçün idi! Sayğılarımla.
Demişəm, yenə təkrar edirəm – Mənim davam torpaq-qürur davası olub, qarın yox! Mənim indiki hakimiyyətdən nə çörəyim gəlir, nə suyum. Müstəqillik dönəmində yalnız bir fəxri adım olub, onu da 1992-ci ildə mərhum Əbülfəz Elçibəy verib! Bu adıma görə də dövlətin 170 manat pensiyasını alıram. Heç kim gözümə baxıb deyə bilməz ki, Flora Xırdalandı! Heç kimin məni düşündüyüm və real həqiqət bildiklərimdən daşındırmağa nə gücü çatar, nə də qüdrəti! Heç kim mənə ağa deyil və heç kim mənə baş bilənlik eləməyə baş deyil!”
Paylaş:
Müəllif : Yazar
Tarix:30-07-2021, 09:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-07-2021, 09:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti