“Beş müğənni çağırıb hərəsinə 3-4 min pul verirlər, onlar da qudurur“ - Rasim Balayev
Toyların keçirilməsi ilə bağlı hökümətin verdiyi qərar birmənalı qarşılanmadı.
Cəmiyyətin müəyyən hissəsi toy və nişan mərasimlərinin keçirilməsinə qoyulan qadağanın aradan qaldırılmasına alqışlasa da, bu qərara ürəkdən sevinməyənlər də var.
İkincilərin fikrincə, say məhdudiyyətinin tətbiq edilməsi onların arzusunda olduğu məclisinin keçirilməsinə imkan vermir.
Bəs görəsən, iki gəncin ömür yolunu birləşdirən məclislərdə 500-700 hətta bəzən 1000 nəfərin iştirakı bu qədər vacibdirmi?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Rasim Balayev toy məclislərinə bu qədər adamın yığılmasını yersiz hesab edib:
“Öz aramızdır, bizdə artıq toyun da, yasın da ağını çıxarmışdılar. Məsələn, toy edirdilər, 700-1000 nəfər qonaq dəvət edirdilər. Mən belə şeyləri öz gözümlə görmüşəm. İndi isə müəyyən qanunlar, qaydalar var. Düzdür. Bizim adət-ənənələrimiz var, amma bizlər əndazəni aşdıq. Fikrimcə, 150 nəfərlə toy etmək yaxşıdır. Biri var hər sənə salam verənə dəvətnamə paylayasan, biri də var ən yaxınlarına. Toy etmək istəyənlər qohum-əqrəbasını, ən yaxın dostlarını yığsa elə 100-120 nəfər edir. Adamda guya nə qədər qohum-əqrəbası olur ki?”
Aktyor bu tip məclislərdə israfçılıq edənləri sərt şəkildə qınayıb:
“Bu günə qədər 700 nəfərin toyuna gedənləri də başa düşürəm. Başqalarının məclislərində iştirak ediblər, indi də onları öz məclislərində görmək istəyirlər, amma nə etmək olar? Bu Allahın bir bəlasıdır, bunu nəzərə almaq lazımdır. Bu yaxınlarda mənim bir dostum vəfat etdi, tanınmış biri idi, ad çəkmək istəmirəm. Mən özüm heç onun yasına gedə bilmədim, çünki pandemiyaya görə ailəsi dedi ki, gəlməyin. Cəmi 5 nəfər aparıb onun meyitini yuduzdurub, dəfn edib sonra da dağılışdılar. Normal vaxtda olsa idi onun cənazəsinə 5 yox 5000 nəfər qatılardı, o qədər tanınmış, hörmətli adam idi. Bu bütün dünyada belədir. Hətta çox ölkələrdə qadağalara gedirlər. 150 nəfərlə toy etmək, vallah, yaxşıdır. Yoldan keçən hər kəsi çağırmaq da düzgün deyil. Mən Şüvəlanda yaşayıram, burada bir nəfər var hər gördüyü adama bir dəvətnamə verir. Hər şeyin həddi var. Bizdə bir az da özünü göstərmək xəstəliyi var. İnsanların bəzisi düşünür ki, əmim oğlunun toyunda 700 nəfər oldu, məndə qoy 1000 olsun. Bununla fəxr edən insanlar var, inanın. Çox mənasız şeylərdir. Beş müğənnini çağırıb hərəsinə 3-4 min manat pul verirlər, onlar da qudururlar. Nolub? Nə xəbərdir? Bax belə şeylər edib əndazəni aşmışdıq.Vaxtilə bir toyda iştirak etmişdim, toy yiyəsi əlində pul kisəsi dayanmışdı, bir-bir müğənnilər çıxıb oxuyurdu, düşürdü, o da həmin kisədən onlara pul paylayırdı. Bu nədir axı? Konsert salonudur? Bir müğənni oldu kifayət edir. Toyxanalarda musiqinin səsindən oturmaq olmurdu, adamın başı gedirdi”.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-06-2021, 13:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:28-06-2021, 13:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti