Əməkdar artistdən SƏRT QADAĞA: - “Küçədən gələn biri ilə...”
“Təəssüflər olsun ki, seriallarımızda mövzu problemi yaşanır. Ancaq kimsə kiminsə arvadına, qızına sataşır”.
Bunu Yenicag.az-a açıqlamasında əməkdar artist, tanınmış rejissor və aktyor Sərvər Əliyev yerli seriallarla bağlı fikirlərini bölüşərkən deyib.
Əməkdar artist serialların mövzu qıtlığından gileylənib:
“Bəzən serialların adını efirdə görməsəm, elə bilərəm ki, eyni serialı göstərirlər, çünki hamısı bir-birinə bənzəyir. Seriallara münasibətim ona görə yaxşıdır ki, heç olmasa sənət adamları 5-10 qəpik çörəkpulu qazanır. Amma təəssüflər olsun ki, seriallarımızda mövzu problemi yaşanır. Nə vaxt baxırsan, kimsə kiminsə arvadına, qızına sataşır. Boş, mənasız, bayağı mövzulardan kənara çıxa bilmirlər və bundan da çox narazıyam”.
Yeni çəkilən seriallarda görünməyən aktyor bunun da səbəblərini açıqlayıb:
“Özümün çəkilməyimə gəlincə, mənə bahalı, həm də kaprizli aktyor deyirlər. Çünki 10, 50 manata çəkilməyi özümə qəti şəkildə qadağa qoymuşam. Minimum serialda günüm 100 manatdır və bundan aşağı qiymət mümkün deyil. Kaprizli yox, tələbkar aktyoram. Hesab edirəm ki, aktyora fərqli münasibət olmalıdır. Mənim tərəf müqabilim peşəkar aktyor olmalıdır. Küçədən gələn biri ilə çəkilmərəm. Məni rejissor səhərdən setə dəvət edib, gecə yarısı çəkməyəcək. İki saat qabaq çəkiliş meydançasına gedə bilərəm. Yoxsa ki, bunlar artıq pul xərcləyib, aktyorun dalınca gedib-gəlməsinlər deyə, səhərdən axşamacan aktyoru yanlarında otuzdurub, saatlarla gözlədirlər. Həmin vaxt çatana qədər də aktyor yorulur, əsəb keçirir, heç seriala da çəkilə bilmir. Rejissorla hətta mübahisə də etmişəm ki, bu mətn düzgün deyil. Axı tamaşaçı mənə baxır və o söz mənim ağzımdan çıxır. Niyə axı o düzgün olmayan cümləni işlətməliyəm”.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-06-2021, 13:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-06-2021, 13:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti