Faiq Zülfiyyədən danışdı - “Onun adını çəkməli idim”
Xalq artisti Faiq Ağayev həmkarı Zülfiyyə Xanbabayeva ilə barışıq xəbərlərinə münasibət bildirib. Məşhur müğənni bu barədə “Lent.az”ın canlı yayımına qonaq olarkən danışıb. O, sosial şəbəkədə Z. Xanbabayevanın adını “tag” edərək foto paylaşmasına aydınlıq gətirib:
“Həmin gün silsilə konsertlər var idi. Sonuncusu isə Bakıda baş verdi. Əsl şou-biznes o səhnədə idi. Təsəvvür edin, hər kəs öz rəqs ansamblı ilə çıxmışdı, müasir Azərbaycan obrazını təqdim etmişdilər. Onların əksəriyyəti gözümüzün qabagında böyüyənlər idi. Həmkarlarımın adını işarələdim.
Burada təəccüblü bir şey yoxdur. İş ondadır ki, şəkildə olan şəxsin adını çəkməyə bilməzdim, ədalətsizlik olardı. Onun adını çəkməli idim. Sənətdir, bəzən danışmayan insanlar da səhnəyə çıxa bilər. Şəxsi eqolarımızdan yüksək olan peşə maraqlarımız var. Onu da deyim ki, kinli deyiləm, amma yaddaşım möhkəmdir”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:24-05-2019, 16:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:24-05-2019, 16:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11