“Artist kimdir ki, efirdən insanlara mənəviyyat, əxlaq dərsi keçir?” - Ülviyyə Alovlu
II Qarabağ müharibəsindən sonra yenə də şou biznesin gündəm olduğu dönəmə geri qayıtmış olduq. Bu dəfə isə pandemiyada evdə işsiz, toysuz, pulsuz qalan şou əhli televiziyalara qadağalar qoyur, sosial şəbəkələrdən televiziyaların ünvanına ismarıclar ötürürlər. Efirə çıxan xalq və əməkdar artistləri “əxlaq” dərsi keçəməyə cəhd göstərməyə çalışarkən isə sosial şəbəkənin qınaq obyektinə çevrilirlər. Hazırda isə gündəmdə baş verən prosesləri tanınmış jurnalist, aparıcı Ülviyyə Alovlu ilə müzakirə edir, durumun kənardan göründüyü vəziyyətini təhlil etməyə çalışırıq.
Ülviyyə Alovlu Moderator.az-ın suallarını cavablandırıb.
- Sizcə ifaçıların telekanallara öz qaydalarını tətbiq etməsi nə qədər məqsədə uyğundur?
- O gün ki aparıcı müğənnini efirə çıxarmaq üçün rüşvət almağa başladı, o gün aparıcıların hörməti öldü. Nəticədə, qurunun oduna yaş da yandı və televiziya ucuz bazara döndü. Təbii ki, “pulu kim ödəyirsə, mahnını da o sifariş verir”. Görün, əlçatmaz televiziyanı nə hala saldılar ki, toy müğənnisi də efirə gəlmək üçün şərt qoyur.
Əgər söhbət qonağa görə qonorardan gedirsə, nəinki müğənninin, hətta digər ekspert kimi çıxış edən qonaqların da qonorarı ödənilməlidir. Amma bu, qanunun şah olduğu dünyaya aiddir. Televiziyalar isə bazara dönüb. Fikir vermisinizsə, özünə hörmət edən şəxslər efirə çıxmaqdan imtina edir. Təbiidir ki, belə halda qonağın heç olmasa maddi marağı olmalıdır ki, orada görünsün. Onsuz da yerli kanallara artıq baxan yoxdur. Müharibə vaxtı ölkənin 50%-i yerli tv-lərə baxmağa başladı. Bu, bizim televiziya üçün rekord reytinq idi. Amma müharibə bitdi, tamaşaçı da getdi. Təəssüflər olsun ki, tv-lər geri dönmüş tamaşaçısını əldə saxlaya bilmədi. Demək, problem tamaşaçıda deyil, tv verilişlərin keyfiyyətində, daha doğrusu, keyfiyyətsizliyindədir.
- Artıq telekanallara öz qaydalarını tətbiq etməyə çalışmaq, instagramda daha çox izləyici əldə etməyin verdiyi eqodanmı qaynaqlanır?
- Yerli “ulduzlar”ın hamısının İnstagram izləyicisi “fake”dir. Yəni real deyil. Fikir verin, 2 milyondan artıq “izləyici”si olan müğənniyə cəmi 10-15 min bəyənmə gəlir. Eyni sayda izləyicisi olan xarici ulduzlarda ən az bəyənmə 150-200 min, yəni 10 dəfə çoxdur. Bu fərq paylaşımlara gələn şərhlərdə də açıq-aydın bilinir. Yəni əgər bizimkilərdə eqo varsa da, bu, qondarma eqodur. Müğənnilərin efirə getməməyinin səbəbi hazırkı tv prodüserlərinin səriştəsizliyidir. Bir xalq artistinə zəng vurub verilişinə çağırır, o da başlayır naz etməyə. Çünki nə yeni formatlı veriliş var, nə maraqlı dekor. Eyni mövzular, eyni dekorlar, eyni format. Eyni şeyləri 10-15 ildir yaşamaqdan bezir, gəlmək istəmir. Prodüser də efiri boş qalmasın deyə, təcili bir keyfiyyətsiz müğənniyə zəng vurub, onu çağırır. Keyfiyyətsizi də efirdə görən keyfiyyətli ifaçı, aktyor da tv-dən daha da iyrənir. Yəni problem qonaqda deyil, onu çağırandadır. Mənim ANS TV-də apardığım verilişə kimi çağırdımsa, illərdir efirə çıxmayan Zülfiyyə Xanbabayevadan tutmuş, Qənirə Paşayevaya qədər, hər kəs gəldi. Çünki gələn qonaq bilirdi ki, hansı keyfiyyətə malik aparıcının qonağı olacaq. Bu gündə verilişim olsa, bu gün də hamısının qonağım olacağına əminəm.
- Sizcə instagramda izləyici sayı çox olan məşhur hesab edilirmi?
- Bəli, hesab edilir. Amma yalnız İnstagram-da, yəni o şəxs oranın kontingenti üçün maraqlı və məşhurdur. Gəlsin Facebook-da bir status yazsın görüm, neçə nəfərin marağına səbəb olacaq. Bir çoxlarının Facebook profile var. Girin baxın, it uluyur (gülür) Eyni vəziyyət Youtube “ulduz”larına da aidir. Onları küçədə görəndə heç yaxınlaşan da olmur.
- Pul gətirən kişinin xəyanətini bağışlayarsınızmı?
- Bu sual əxlaqsız sualdır və bunu iddia edən o məşhurun əxlaqına da şübhəm var. Münasibətləri saxlayan puldursa, deməli, ikisindən biri fahişədir. Belə söhbətlərin tv efirdə səslənməyi bir daha sübüt edir ki, yerli televiziya cəmiyyətin bəd xassəli şişidir, kəsib atmaq lazımdır. MTRŞ hara baxır? Məktəblilərin televizora baxdığı vaxtda belə mövzuların qoyulmağı mənəvi cinayətdir. Ümumiyyətlə, artist kimdir ki, efidrən insanlara mənəviyyat, əxlaq dərsi keçir? Kütlənin müğənninin səhnə geyimini tənqid etməsi absurd sayıldığı kimi, səhnədə soyunmağı belə, gözə alan artist – ailə anlayışı mental dəyərlərə söykənən xalqa nümunə ola bilməz. Ona görə də, bu artistlərə ailə, mentalitet mövzularında suallar vermək, onları danışdırmaq olmaz. Çünki hər biri kumirdir. Onların efirdən dediyi hər fikir onun heyranlarının şüuraltına sirayət edir, özü də bilmədən “tərbiyələndirir”.
O gün bir aparıcı subay bir müğənniyə sual verir: “Ərdəsən?” qız deyir: “Yox”. Aparıcı əl çəkmir: “Tam, yoxsa natamam?”. Qız da utanmadan deyir: “Natamam”. Kişi xəyanətini təqdir edən cəmiyyət əxlaqsızdır. MTRŞ bu rəzaləti eşitmədi? Bu dialoqun cəmiyyətə verdiyi mesajı görmədi? Və yaxud digər misal. Flora Kərimova 5 ildir dünyasını dəyişmiş İlhamə Quliyevanın ünvanına: “Sənə bir ər də qismət olmadı, mən ana olmuşam, sən o hissi yaşadınmı?” deyəndə MTRŞ bunu eşitmədimi? 10 minlərlə övlad həsrəti yaşayan Azərbaycan xanımına bu “sinə dağını” necə rəva bildi? Belə söhbətlər hansı mənəviyyata, hansı efir etikasına sığır? Bəyəm sənət ailə meyaraları iləmi ölçülür? Bir çox dahi şəxslərin övladları olmayıb. Onlardan biri də Atatürkdür. Amma dünya tarixində bir Atatürk həmişə yaşayacaq, Flora Kərimova isə o dünya tarixində heç toz da deyil. Eyibdir! Efirə hər sayıqlamanı vermək olmaz!
Paylaş:
Müəllif : Fuad
Tarix:20-02-2021, 18:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:20-02-2021, 18:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01