Peyvənd Azərbaycan məşhurlarını iki yerə ayırdı: - Bir qrup “ölmək istəmirəm”, ikinci qrup “yaşamaq istəyirəm” deyir
Yaxın zamanlarda ölkəmizdə COVID-19 əleyhinə vaksinasiya prosesinin başlanması gözlənilir.
Xüsusi risk qrupuna aid edilən 65 yaşdan yuxarı insanların peyvənd olunması isə vacib hesab olunur.
Bu qrupa daxil olanlar daha tez peyvənd olunacaq. Nəzərə alaq ki, peyvəndləmə dövlət vəsaiti hesabına, könüllülük prinsipi ilə aparılacaq, ancaq bu da peyvəndlərlə bağlı ictimai rəydəki bəzi mənfi düşüncələri dəyişdirə bilməyib.
Görünən odur ki, peyvənd hələlik yeganə çıxış yolu kimi görünsə də, vaksinə maraq göstərməyənlər də var.
Cebhe.info bu mövzu ilə bağlı bir sıra 65 yaşdan yuxarı (peyvəndləmənin ilk mərhələsində nəzərə alınacaq qrup-red.) olan siyasətçi və incəsənət adamlarının fikirlərini öyrənib.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu peyvənd vurdurmağı düşünmədiyini açıqlayıb:
“Xeyr, mən çalışacağam peyvənd etdirməyim. Çünki düşünürəm ki, vaksinlər elə yüksək keyfiyyətdə hazırlanmır. Açığı deyim ki, əlavə tədbirlər daha güclüdür. Ona görə də hesab edirəm ki, vaksinsiz, şəxsi gigiyenaya riayət etməklə, təhlükəni sovuşdurmaq mümkündürsə, ən yaxşısı belə davam etməkdir”.
Sərdar Cəlaloğludan fərqli olaraq millət vəkili Aqil Abbas ailəsi ilə birlikdə vaksinasiya olmağı düşünür:
“Yəqin ki, məsləhət olsa peyvənd olacağam. Təbii ki, hamımız özümüzü qorumalıyıq. Bununla ailəmizi də qorumuş oluruq. Təəssüf ki, bəzən buna əməl etmirik. Vaksinasiya başladıqdan sonra təbii ki, lazım gəlsə, mən də, ailəm də peyvənd olacağıq”.
Xalq artisti Rasim Balayev “Vaksinasiya başlamamış deyirlər ki, peyvənd olunanlar ölürlər” sözləri ilə başlayıb:
“Bəzi həkimlər ümumiyyətlə, məsləhət görmür. 65 yaşdan yuxarı insanlar da xüsusi risk qrupuna aid olduğu üçün bu xəstəlik onlarda daha ağır keçir. Ona görə də hazırda dəqiq bilmirəm, əgər məsləhət olsa, mən də peyvənd olaram”.
Daha bir Xalq artisti Flora Kərimova peyvənd olunmağı düşünmür:
“Xeyr, başımı peyvəndlə aldadan deyiləm. Mənim artıq 80 yaşım var. Ya da nümunə kimi peyvənd olub, digərlərini də ölümə aparan deyiləm. Niderlandiyada peyvənd etdilər və bir neçə şəxs rəhmətə getdi. Ona görə də Allah nə qədər ömür veribsə, onu birtəhər yaşamağa çalışacağam”.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-01-2021, 16:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-01-2021, 16:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11