“Bayatı-Şiraz” bir fəxri ada dəymirmi?! - Hansı tərəfdən baxsan Tacir Şahmalıoğlu haqlıdı
Tacir Şahmalıoğlu incikdi; “Bayatı-Şiraz” bir fəxri ada dəymirmi?!. Dəyir, Tacir bəy, dəyir! Hələ ondan da ötəsinə dəyir! Fəqət, hansı fəxri ad “Bayatı-Şiraz”a yetər? Məsələ bu. Yenə də hansı tərəfdən baxsan, Tacir Şahmalıoğlu haqlıdı.
11 yaşı olub Tacir “Bayatı-Şiraz”ı ifa edəndə. 1979-cu ildə “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Mən mahnı qoşuram” filminə də Taciri dəvət ediblər.
O vaxtlar kəndlərə, bölgələrə səfər edib istedadlı uşaqları üzə çıxarırdılar. Filmdə bu mövzu da var. Tacir də istedadlı uşaqlardan biridir və ifası ilə hamını heyran edir. “Bayatı-Şiraz”a, həm də bir uşağın şaqraq ifasında kim məftun olmaz ki?!
Yəni, Tacir o vaxtın Taciridi. 40 ildən artıqdı Qarabağı səsində, ifasında yaşadan sənətkardı.
Fəxri ad alanlardan geridə qalması əlbəttə onu incidə bilər.
Tacir Şahmalıoğlu özü bu məsələ ilə bağlı video-müraciətini paylaşıb. Bundan sonra da sosial şəbəkədə geniş müzakirələr başlayıb.
Qazi Rey Kərimoğlu Tacirin incikliyini əsaslı sayır və fikirlərini də feysbuk üzərindən paylaşıb:
- 30 illik işğal zamanı Qarabağı unutmağa qoymayan, yaddaşlarda, düşüncələrdə saxlayan əsas ifa və səs sahibi Tacir də dövlət təltifi haqq edir, məncə!
Tacirin ifa tərzi mənlik deyil. Amma onun illər əvvəl ifa elədiyi möhtəşəm və təkrarsız "Bayatı-Şiraz"ı tarix boyu qalacaq!
Ad yazmıram, axı bu ölkə üçün heç nə etməyən, Tacirdən qat-qat aşağı səviyyəli ifaçılara Xalq artisti adı verilib! Verilsin, amma bunu da unutmaq olmaz axı! Axırda özü məcbur olub dilə gəldi! 50 ildir Azərbaycanı, 30 ildir həm də Qarabağı belə uğurla təbliğ edən ikinci bir səs, ifa yoxdur!
Ümid edirəm ki, vicdanlı və ədalətli məmurlar məsələni cənab Prezidentimizə çatdıracaq! Unutmayaq, 44 günlük savaşda Tacir də "Bayatı-Şiraz"ı ilə döyüşdü!
Paylaşıma reaksiya verənlər də çoxdur:
Azər Qasımov:
Mən də o fikirdəyəm ki, Tacirin "Bayatı-Şiraz"ı Qarabağın 30 ildən çoxdu dərdini dünyaya çatdırır. Tacirə ad verilməlidi. Kiməsə veriblər, yaxşı eləyiblər, buna da verilməlidi.
Rəşad Göndəlov:
Konkret olaraq "Bayatı-Şiraz"ı çox əla ifa edib. Təkrarsız...Rəsmən adamın ürəyinə toxunur.
Elşən Məmmədov:
Niyədə olmasın, 100 faiz haqlıdı.
Tacirə ad verilməlidi. O bu haqqı çoxdan qazanıb.
İlqar Tağı:
Tacir öz ifa üslubu və məktəbi olan yüksək səviyyəli müğənnidir. O, uşaqkən belə, bu adı qazanıb. İndi də o, müğənnilərin favoriti olan birisidir. Ona Xalq artisti adı verilməlidir, o buna çoxdan layiqdir.
Xanoğlan Əliyev:
Ay qardaş, sənin adının üstündə "Bayatı-Şiraz" Tacir var. Neynirsən adı?
Qulu Teymuroglu Əliyev:
Əlbəttə, haqqındır. Sənəti olmayanlar ad alıb. Milli muğamlarımız "Muğam star" və s. festivallarda Tacir bəyin "Bayatı-Şiraz"ı ilə başlanır. Hətta Vətən müharibəsindəki qələbəmiz də Tacir bəyin avazı ilə elan edildi. Mən inanıram ki, Ali Bas Komandanımız Tacir bəyin səsinə bir titulla səs verəcəkdir! İnşallah!
Əşar Hümmətov:
"Bayatı-Şiraz"la irəli, Müzəffər Ordumuz.
Məmmədalıyev Allahverdi:
Qədirin “Sona bülbüllər”ini, Tacirin "Bayatı-Şiraz"ını heç kəs oxuya bilməz. Bütün müharibə dövründə Tacirin "Bayatı-Şiraz"ı döyüşdü, hər gün bir yeni dastan yazdı.
Fəxrəddin Hacıbəyli:
Tacirin o ifası həm də Qarabağ(sızlığ)ın simvolu, rəmzi səsi, yanğısı idi və bu mədəniyyət tariximizdə qalacaq. Mən onu Şuşaya götürüb orada canlı bir ifasını lentə almağın, orada onunla bir müsahibə edilməsini uyğun görərdim, belə bir layihə edilsə, bunu ürəkdən alqışlayardım, sevərək baxar, dinləyərdim.
İctimai rəydə simvollaşdırılmış, bəlli bir hiss, duyğuyla assosiasiya olunmuş şəxslər var, onlara diqqət ictimai rəydə yaxşı reaksiya doğurardı.
Tacir Şahmalıoğlunun video-müraciətiylə bağlı millət vəkili Aqil Abbas fikirlərini “Şərq”lə bölüşdü:
- Milli Ordumuz Tacirin səsinin ardına düşdü və o səsi Şuşada tapdı. Ordumuz həm də Tacirin səsiylə döyüşdü.
Amma Tacirin fəxri ad istəməyi səhvdi. Verirlər, versinlər. Amma Tacir fəxri adsız da Tacirdi! O qədər xalq artisti adı veriblər ki, adın daşıdığı məna da itib.
Mənim üçün Qədir Rüstəmov, Arif Babayev, Əlibaba Məmmədov, Mənsum İbrahimov… xalq artisti deyillər. Onlar sənətkardılar. Sənətkarlara başqa fəxri ad verilməlidir. Nəsə başqa bir ad tapmaq lazımdı.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-01-2021, 15:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-01-2021, 15:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti