Prezident xalq artistinə mənzil bağışlayıb
Azərbaycanın xalq artisti, Gənc Tamaşaçılar Teatrının aparıcı aktyoru Qurban İsmayılova mənzil bağışlanıb.
regionxeberlericom.az Open.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyeva mənzil şəraiti bağlı müraciət edən xalq artisti Qurban İsmayılova Yeni Yasamalda 3 otaqlı mənzil hədiyyə edilib.
Ölkə başçısına təşəkkür edən sənətkar Open.az-a açıqlamasında bildirib ki, "Dünya əbədi deyil. Məndən sonra bu dünyada qalacaq balaca oğluma atasından nəsə yadigar olaraq qalsın." deyən Qurban İsmayılov əlavə edib ki, hazırda Gənc Tamaşaçılar Teatrında "Varislər" əsərinin məşqləri davam edir.
Tamaşanın premyerasının iyun ayında olacağını bildirən Qurban İsmayılova Avropa Kino Akademiyasından üzvlük təklifi gəlib. "Nar bağı" filmindəki obrazıma baxıb, bəyəniblər və mənə Avropa Kino Akademiyasına üzv olmaq təklifi ilə müraciət olunub. Təbii ki, elə bir nüfuzlu Akademiyanın üzvü olmaq, azərbaycanlı aktyor, sənət adamı üçün çox qürurverici hissdir. Özümlə bağlı istənilən bütün sənədləri toplayıb, göndərmişəm. İnşallah, Avropa Kino Akademiyasına da üzv olarıq. Bizim tanınmış kinooperatorumuz Kənan Məmmədov həmin Kino Akademiyanın üzvüdür."
Xatırladaq ki, Xalq artisti Qurban İsmayılov 1960-cı il iyunun 12-də Ağcabədi rayonunda anadan olub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib. Bir müddət «Nəsimi» folklor teatrında, ADMİU-nun Tədris teatrında işləyib.
1989-cu ildən Azərbaycan Dövlət Gənclər teatrının, 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur. 1995-ci ildə Teatr Xadimləri İttifaqı tərəfindən keçirilən «I Eksperimental Tamaşalar Festivalı»nda S.Mrojekin «Mühacirlər» əsərində ifa etdiyi II mühacir roluna görə «Ən yaxşı kişi rolu» nominasiyasında mükafata layiq görülüb.
1993-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının, 2006-cı ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. 2014-cü ilin aprel ayının 13-də Beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində əldə etdiyi uğurlara görə Kalmıkiya Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılıb.
2012-ci ildə əməkdar, 2018-ci il avqustun 1-də isə Xalq artisti Fəxri adına layiq görülüb.
2014-cü ildə "Mən gəldim, qızlar" ("Müharibə") əsərində canlandırdığı kor ata obrazına görə "Humay" mükafatına, .2017-ciildə "Nar bağı" filmindəki roluna görə, 13-cü Avrasiya Beynəlxalq Film Festivalında “Ən yaxşı kişi rolu” mükafatına layiq görülüb.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-05-2019, 13:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-05-2019, 13:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11