Ölkənin tanınmış rejissoru: “Yaradıcılığımdan məmnun deyiləm”
Cavid Təvəkkülün fikrincə, hər rejissorun özünün kino anlayışı var və onun ekrana gətirdiyi əsər də öz düşüncə tərzinə uyğun olmalıdır.
Sputnik Azərbaycanın qonağı tanınmış ssenari yazarı, rejissor Cavid Təvəkküldür. O, 1974-cü ildə Tərtər rayonunda doğulub. Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbində rejissorluq təhsili alıb. 2011-ci ildə Tərəqqi medalına layiq görülüb. “Cavad Xan”, “Azarkeş”, “Əzizim Fellini”, “Səhərə inan”, “Dərs”, “Hoqqa” filmlərinin rejissorudur.
- Cavid bəy, rejissor üçün kino nədir və necə olmalıdır?
- Hər rejissorun özünün kino anlayışı var. Mən kinonu belə düşünürəm, digəri başqa cür düşünür. Onun ekrana gətirdiyi əsər də öz düşüncə tərzinə uyğun olmalıdır. Ümumilikdə, rejissorluq peşədən daha çox həyat tərzidir. Kino necə olmalıdır sualına gəldikdə, indi “necə olmalıdır” anlayışı yoxdur. İndi hər şey dəyişib. Müasir kino tamam başqa məfhumdur və bizim baxdığımız, dərs aldığımız klassik kinodan tamamilə fərqlidir.
- Bəs Cavid Təvəkkül üçün kino nədir və necə olmalıdır?
- Mənim üçün kino həhat tərzidir. Mənim üçün kino elə Cavid Təvəkküldür. Nə mənada? Bu gün mənim həyatda əldə etdiklərim və əldə edə bilmədiklərimin hamısı kinodur. 32 yaşımdan bu tərəfə bütün həyatımın yaxşılarında da, pislərində də səbəbkar birbaşa kinodur. Mənim üçün kino belə olmalıdır. Ola bilsin ki, mən yanlışam. Mənim bu sözümə görə, kimlərsə deyə bilər ki, bu, səhv fikirdir, kino belə olmamalıdır. Amma mən belə düşünürəm ki, mən necə danışıramsa əhvalatı, necə göstərirəmsə hadisəni kino da elə olmalıdır. Rejissura nağılbazlıqdır. Mən necə nəql edirəmsə, kino elə olmalıdır.
Rejissor Cavid Təvəkkül
- Böyük rejissorlardan kimlərin kinolarını misal çəkə bilərsiniz ki, "kino belə olmalıdır" demək mümkün olsun?
- Mən gənclik illərində Tarantinonun filmlərinə baxırdım və deyirdim ki, kino belə olmalıdır. Bir müddət keçdi və Emir Kusturitsa filmlərinə baxdım, vuruldum və dedim ki, kino məhz belə olmalıdır. Sonra Fellininin “Satirikon”una baxdım və düşündüm ki, kino belə olmalıdır. Sonra Almadovar və s. Belə keçidlər inanıram ki, bütün rejissorlarda olur və həmişə də deyirlər ki, kino belə olmalıdır. Mən də zaman-zaman xoşuma gələn filmlərə baxıb bu qənaətlərə gəlmişəm. Amma indi mənim kinoya baxışım dəyişib. Mən kinonu kadr olsun deyə, gözəl görünsün deyə düşünmürəm. Əvvəldən bizdə prinsipdir, necə çəkəcəyim yox, nə çəkəcəyim önəmlidir. Elə şeylər var ki, dilər gətirmək olmur. Nə vaxtsa bir film çəksəm, orda indiyə kimi işlədiyim filmlərdən daha fərqli bir film görəcəksiniz. Bu cür fərqli iki filmim var deyə düşünürəm, o da yəqin ki, yaşla bağlıdır.
- Müasir Azərbaycan kinosu niyə inkişaf etmir? Buna mane olan səbəblər, məsuliyyət daşıyan şəxslər və qurumlar haqqında nə düşünürsünüz?
- Mən düşünürəm ki, Azərbaycan kinosu inkişaf edir. Sadəcə, alternativ kino inkişaf edir. Mən gənclərə baxıram. Kiçik bir fotoaparatla qısametrajlı çox keyfiyyətli filmlər çəkirlər. O filmləri festivallara göndərirlər və qalib olurlar. Bu da inkişafdır. “Underground” kino asta-asta inkişaf edir. Klassik kino stereotipləri qırılır, yeni gənclər gəlir və müasir kino beləcə addım-addım irəliləyir. Siz yəqin ki, başqa tərəfdən bu sualı verirsiniz və mən anlayıram siz nəyi vurğulamağa çalışırsınız. Orda da bəzi inkişaf var. Desəm ki, tamamilə o sektorda inkişaf var, o da yalan olar. Düşünürəm ki, bu yerdəyişmələr öz sözünü deyəcək və hamısı düzələcək. Hesab edirəm ki, həmin gənclik bizi əvəz edəcək. Biz, bizim nəsil inkişaf etdirə bilmədik, onun da öz səbəbləri var və hamı gözəl bilir. Məsuliyyət daşıyan şəxslər və qurumlar haqqında nə deyim? Sağ olsunlar da. Bizdə qurum da var, şəxslər də var. Nəticə nə olursa, məmləkət üçün olur. Yaxşı da, pis də. Anlamaq lazımdır ki, həyatlarını kinoya qurban verən insanlar var. O insanları göz qabağına alıb işə məsuliyyət və vicdanla yanaşmaq lazımdır. Biz bilməyən səbəblər də var. Mən bu barədə nəsə demək istəmirəm. Nə lazımdırsa, zaman özü deyəcək.
- Müasir Azərbaycan filmləri ya sovet ənənələri ilə çəkilir ya da türk filmlərini parodiya edir. Bəs bundan necə qurtulmaq olar? Hansı kino məktəbindən faydalanmaq lazımdır?
- Bu tip şeylərdən qurtulmaq üçün kino məktəbləri olmalıdır mütləq. Yerli filmlərə dəstək göstərilməlidir. Kino sahəsini bilən öz yerli peşəkar insanlarımızı dəvət edib, onlara tapşırmaq lazımdır ki, onlar təzə adlar, təzə istedadlar tapsınlar. Hansılar ki, azərbaycanca düşünürlər, milli düşünürlər, yeni bir Azərbaycan kinosu yaratmaq istəyirlər. Azərbaycan kinosunun da bütün zamanlarda özünün yaxşı filmləri olub. Sovet dövründə də, müasir dövrdə də. Sovet kino ənənəsi elə də pis ənənə deyil. Hər şey rejissordan, onun komandasından asılıdır. Hansı kino məktəbindən faydalanırsan faydalan, kino çək. Mən konkret deyə bilmərəm. Əsas odur ki, ortaya bir film qoy. İstər əyləncə xarakterli olsun, istər müəllif filmi olsun. Məktəbdən faydalanmayan möhtəşəm rejissorlar var. Təbii ki, məktəb lazımdır, məktəb əlifbadır. Əlifba bilməsən cümlə qura bilməzsən. Amma konkret hansısa kino məktəbindən faydalanmadan da yaxşı film çəkmək olar.
Rejissor Cavid Təvəkkül
- Cavid Təvəkkül filmlərinin sayı niyə azdır? Sizə məhsuldarlıqda mane olan səbəblər nədir?
- Şərait olmayıb, imkan olmayıb işləməyə. Yaşımızın ən yaxşı vaxtlarında, hansı ki, gücümüz var idi, istənilən filmi işləyə bilərdik, amma alınmadı. İndi də azdır ona görə ki, kinodan biraz uzaqlaşmaq istəyirəm. Müəyyən zamandan sonra imkan tapıb bir film çəkəcəm. Hələ ki, özüm istəmirəm və bir müddət istəməyəcəyəm. Asta-asta özümü dərk edirəm. O, olar, bu, olmaz. Bir müddət özümü teatra da həsr etmək istəyirəm. Kino ilə bağlı başqa planlarım da var. Buna görə hələ ki, fasilə verirəm.
- Sənət hadisəsi hesab etdiyiniz filminiz hansıdır?
- Belə bir filmim yoxdur. Özüm öz filmlərim haqqında bunu deyə bilmərəm. Bu, sual kino tənqidçilərinə verilməlidir. Hesab edirəm ki, yaxşı filmlərim var. Ola bilsin ki, elə bir çəkərəm ki, o sənət hadisəsi olar, onu kino məktəblərində yaradıcılıq nümunəsi kimi tədris edə bilərlər. Bəlkə də olmadı. Bilmirəm.
- “Azarkeş”i, “Əzizim Fellini”ni çəkən Cavid Təvəkkülü “Qayınanamız” serialını, “Hoqqa” filmini çəkməyə nə vadar edir?
- “Edir” yox, “etdi”. Mənim üçün film janrlara bölünmür. Yaxşı film var, pis film var. Çox yaxşı komediya filmləri var. Elə ailə dramı filmləri var ki, çox zəif çəkilib. Hər şey rejissordan asılıdır. Məni bu filmləri çəkməyə vadar edən ifadəsinə görə, onu deyə bilərəm ki, bunların hər biri bir layihədir. Siz buna film kimi baxırsınız. Doğru edirsiniz. Amma mən bunlara bir layihə kimi baxıram. Sizə deyim ki, “Hoqqa” layihəsi heç də pis alınmadı. Kassa da pul yığdı, baxış da çox oldu. Eləcə də “Qayınanamız” serialı. O da reytinqlərdə öz yüksək yerini tutdu. Mən bunları çəkdiyim üçün heç də məyus deyiləm. Bu tərəfi də bilmək istədim. Manevrlər etdim ki, görüm, məndə də komediya alınarmı? Bu adını qeyd etdiyiniz layihələr haqqında sizə deyim ki, bunlar prodüser layihələridir. Onlar da çox sağ olsunlar, etimad göstərdilər, məni çağırdılar ki, işləyək. Mən də özümü yoxlamaq şansı qazandım. Bunlara görə peşman deyiləm. Əksinə, Azərbaycanda baxış sayı ən yüksək olan üç filmdən biri də mənim işlədiyim layihədirsə, çox məmnun oluram belə şeylərdən. Bu bir mərhələ idi. Bu, olmalı idi mənim həyatımda. Sonra özümə sual verdim ki, mən qala bilərəmmi bu sahədə, bu tərəfdə? Gördüm ki, qala da bilərəm, qalmaya da bilərəm. Qərarı özüm verməli idim ki, qalımmı, qalmayımmı. Yəni, bu səpkidə layihələr işləyim ya yox? Fikirləşdim ki, qalmasam daha yaxşıdır. Amma nə vaxtsa, yenə mütləq komediya çəkəcəm.
Rejissor Cavid Təvəkkül
- Siz öz yaradıcılığınızdan məmnunsunuzmu? Cavid Təvəkkül özünü uğurlu rejissor hesab edirmi?
- Mən həmişə özümə çox tənqidi baxıram. Öz yaradıcılığımdan hələ məmnun deyiləm. Bu, şablon səslənsə də, pafoslu görünsə də, belədir. Çünki bütün potensialımı ortaya qoya bilməmişəm. Demək istədiklərim var hələ. Özümü tanıyan biri kimi deyirəm ki, mən daha gözəl işlər işləyə bilərdim, daha gözəl əsərlər ortaya qoya bilərdim. Yaradıcılığımın bəzi məqamlarından məmnunam. Yazılarımdan, müşahidələrimdən, düşündüklərimdən, cızma-qaralarımdan məmnunam. Yaxşı ki, yaradıcılıq vardı ki, mən bunları edirəm. Bunların hamısında yaradıcılıq kömək edir mənə. Özümü bəzən uğurlu rejissor hesab edirəm, bəzən də yox. Uğurlu hesab edirəm ona görə ki, ən azından, bir neçə yaxşı filmim var. Kimlərəsə nəsə ismarıc göndərə bilmişəm. Uğurlu hesab etmirəm ona görə ki, hələ istədiyim, arzuladığım filmi çəkməmişəm. Niyə çəkməmişəm o mənim problemimdir. Ümumiyyətlə, son üç ildə çox pauza verdim, başım şəxsi həyata, özümü dərk etməyə qarışdı. Siz məndən yaxşı bilərsiniz, özünü dərketmə prosesi çox çətin prosesdir. Mən əslində rejissorluğa 32 yaşımda gəlmişəm. Düşünürdüm ki, mən artıq özümü dərk etmişəm ki, rejissorluğa gəlmişəm. 3-4 il bundan qabaq anladım ki, yox, mənim hələ özümlə, kinoyla bağlı dərk etməli olduğum nə qədər məqamlar var. Mən bunların hamısını bilməli, anlamalıyam.
- Yaxın gələcəkdə planlarınız nədir?
- Yaxın bir ildə verdiyim qərar, hesab edirəm ki, çox doğru qərardır. Mən paytaxtdan köçdüm. Mənə doğma olan Mingəçevir şəhərinə gəldim. Burda bir layihə qurdum. O, layihəni işlədik. Əvvəldən gələndə nə düşündümsə, o cür də elədim. Bu şəhərdə kiçik bir mühit yaratmaq istəyirdim, hələ də istəyirəm. Az-az da olsa o mühiti yaradırıq. Film də istehsal etdik. Bir növ yeni bir mədəniyyət gətirdik. Yeni hislər bəxş etdik gənclərə, hansılar ki, yaradıcılığın nə olduğunu bilmirdilər. Biz çalışdıq ki, onlara yaradıcılığın nə olduğunu köklü şəkildə izah edək. Yaxın gələcəkdə teatrda çalışmaq istəyirəm. Teatr çox canlı sənətdir və yeganə sənətdir ki, söz yaranandan bu günə kimi qalır, heç vaxt müasir texnikaya uduzmur, istər kinoya, istər televiziyaya, istər internetə. Necə ki, uşaq vaxtı Mingəçevir teatrında böyümüşəm, uşaq rolları oynamışam, yenidən bura qayıtdım. Nələrdən keçdim, hansı sənətkarlardan dərs aldım, hansı sənətkarla işlədim!? Bunları görüb qayıtdım və indi daha asandır. Hər şeyi çox gözəl başa düşürəm. Məni qəbul edənləri də, qəbul etməyənləri də anlayıram. Bu şəhərdə hüzur tapdım. Hələ düşünürəm ki, üç-dörd il burada işləyəcəm, burada qalacam. Akademik Dövlət Dram Teatrında işləməyə böyük ümidim var və bunun üçün öz potensialıma inanıram. Əgər o da alınmasa, burada bir alternativ teatr yaratmaq istəyirəm. Lap Akademik Teatrda işləsəm də bunu arzulayıram. Çünki heç nədən nəsə yaratmaq daha gözəldir. Hazır materialdan nəsə yaratmağa nə var ki? Mən Mingəçeviri ona görə seçdim ki, sıfırdan başlayım, heç nədən nəsə yaradım.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-07-2020, 15:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:19-07-2020, 15:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01