“Atam mənə kürəyi açıq paltar alanda anam dəli olmuşdu...”
“Anam biləndə ki, mən müğənniliyə başlamışam, İstanbuldan Bakıya gəldi. Atamla mübahisə eləyib dedi ki, mən sənə qızımızı əmanət etmişəm, sən isə onu müğənniliyə çəkirsən: “Özün tarçı və xanəndə, mən isə ingilis dili müəlliməsi... Bizim ailəmizdən müğənni çıxa bilməz. O kişini (bəstəkar Vaqif Gərayzadə-red.) tanıyırıq? Qızımızı hara aparıb-gətirdiyini bilirik?” Atam isə cavab verib ki, qızım bir atanın yanına gedib-gəlir. Sən bu işlərə qarışma, artıq mən varam”.
Bu sözləri Xalq artisti Röya Ayxan “Gəl qonaq ol” proqramında iştirakı zamanı qeyd edib. Röya anasının illər əvvəl onun incəsənət aləminə girməyinə maneələr yaratdığını bildirib.
Sənətçi atasının ona dəstək olduğunu, Vaqif Gərayzadəyə çox inandığını deyib: “Atam mənə ilk dəfə bir az kürəyi açıq paltar aldı. Anam həmin geyimi görəndə dəli olmuşdu. Gecə yatanda anam dedi ki, bu paltarı cırmaq lazımdır. Lakin zaman keçdikcə anam məni hamıdan daha çox dəstəkləməyə başladı. 5-6 ildən sonra İstanbulda mağazanın önündən keçəndə görüb ki, çox sayda insan disklərimi alır. Yaxınlaşıb satıcıya deyib ki, bu qız mənim övladımdır. Sonra zəng vurub mənə bunları danışanda ona dedim ki, nə oldu, bəs istəmirdin?”
Bundan əlavə, müğənni illər ərzində dəyişmədiyini vurğulayıb: “Yekəxanalıq, özünü öymək mənlik deyil. “Xalq artisti” adını zəhmətimin qarşılığında almışam. Amma həyatımda heç nə dəyişməyib. Eyni kətan köynəkdə, cins şalvarda yenə də dədəmin qızıyam. Hamı kimi mən də problem yaşayan bir insanam. Allah o insanları seçir, ulduz edir, amma həyatında çox şeylər vermir. Bir az nələrsə verir, onunla da dadını çıxarırıq”.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-06-2020, 11:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:16-06-2020, 11:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26