“Guya kiminləsə görüşüb Xalq artisti olmuşam…” – Brilliant - Video
Xalq artisti Brilliant Dadaşova sosial şəbəkələrdə haqqında yayılan şaiyələrdən danışıb.
Yenisabah.az xəbər verir ki, “İnstagram” hesabında Buzovnadakı bağından görüntülər paylaşan sənətçi bu haqda məlumat verib: “Gözəl kəndimiz Buzovna. Əvvəl damda yatırdıq, səhər 6-da gün düşürdü, məcbur aşağı enirdik. İndi internet dövrü gəldi. İnternetdə üzdəniraq elə insanlar gördük ki… Səsi kişi səsidir, amma özü qadın. Bu yaxınlarda mənə bir video göndəriblər. Bir kişi qadınlar kimi dedi-qodu edir, şər-böhtan, hər şey... Videoda o deyir ki, guya məni Bilgəhdəki bağdan götürürmüş. Görünür ki, o insanın Bakının 32 kəndi haqqında anlayışı yoxdur. Bilgəh ilə Buzovna başqa yerdir. Bizim Bilgəhdə heç vaxt evimiz və bağımız olmayıb”.
B.Dadaşova ona şər atıldığını deyib: “Biri də deyir ki, guya məni kimsə Xalq artisti edib. Bu adı almağa görə, guya mən kiminləsə görüşmüşəm. Səhnəyə çıxandan 23 il sonra "Xalq artisti" adı aldım. İstedadım olmasaydı, peşəkar musiqiçilər yetişdirməsəydim, sənətdə yeni səhifə açmasaydım belə, əmim Məlik Dadaşov heç olmasa mənə "Xalq artisti" adı verdirərdi”.
Xanım sənətçi şaiyələri yayanlara da səslənib: “Əziz dostlar, əfsuslar olsun ki, onlar ana dilimizdə danışırlar. Ən qorxulusu budur. Bir ananın dünyaya gətirdiyi insandır. Heyif o ananın südündən".
Həmin görüntüləri təqdim edirik:
Paylaş:
Müəllif : Yazar
Tarix:8-06-2020, 18:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-06-2020, 18:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11